Kaveroçkin küçəsi 34 rvt@veteran.gov.az
A
A++
Mehriban Əliyeva

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın Rəyasət Heyəti adından  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib. Ad günü münasibəti ilə Birinci vitse-prezidentə ünvanlanan məktubda deyilir:

 

Hörmətli Mehriban xanım.

 

Sizi respublika veteranları və şəxsən öz adımızdan ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

 

Siz müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimsiniz. Azərbaycan Respublikasının dövlət siyasətinin uğurla həyata keçirilməsində Ali Baş Komandanımız Respublika Prezidenti cənab İlham Əliyevlə birgə çiyin-çiyinə yorulmadan əmək sərf edir və çalışırsınız. 44 günlük müharibə dövründə xalqımız bir daha Sizlərin fədakarlığınızın şahidi oldu.

 

Respublika veteranlarının sevimlisi, dəyərli Mehriban xanım.

 

Sizə möhkəm cansağlığı, uzun ömür və ailə səadəti, Azərbaycanın inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır, ölkə veteranları adından göstərdiyiniz qayğı və diqqətə görə bir daha öz dərin minnətdarlığımızı bildiririk”.

 

calendar 25 avqust 2021, 10:08
show 419