Kaveroçkin küçəsi 34 rvt@veteran.gov.az
A
A++

Zəfər Gününə həsr edilən “Dəmir yumruq” ikinci açıq respublika turniri keçiriləcək

Veteran.gov.az xəbər verir ki, sentyabrın 26-da Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” ikinci açıq respublika turniri start götürəcək.

 

Turnir Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Məktəb İdmanları Federasiyasının dəstəyi və BKA-nın təşkilatçılığı ilə baş tutacaq. Yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə əməl edilməklə təşkil ediləcək.

 

Turnirlərin qalibləri “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif ediləcəklər”.

 

calendar 21 sentyabr 2021, 09:09
show 72