Kaveroçkin küçəsi 34 rvt@veteran.gov.az
A
A++

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb

Fəxri adlara görə verilən aylıq təqaüd artırılır.

 

 

APA-nınnın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

 

Sərəncama əsasən, Fəxri adlara görə aylıq təqaüdün məbləği Xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 150 manatdan 180 manata, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot, Əməkdar tibb işçisi üçün 100 manatdan 120 manata qaldırılır.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

calendar 20 dekabr 2021, 07:12
show 2373