Haqqımızda
İkinci Dünya Müharibəsinin faşizm üzərində Qələbə ilə başa çatmasından sonra keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycan Respublikasında da veteran hərəkatı başlanmışdır. Bu hərəkatın ilk nəticəsi kimi 1960-cı il iyun ayının 10-da Bakı Veteran Komitəsi yaradılmışdır. Ancaq Azərbaycanın ilk veteran təşkilatının fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmış və bu vəziyyət 1970-ci illərin əvvəllərinədək davam etmişdir.
ƏtraflıMissiyamız
Qəhrəmanlarımızın qiymətləndirilməsi
Bizim missiyamız veteranlarımızın fədakarlığını və xidmətini qiymətləndirmək və qeyd etməkdir. Biz veteranların öz hekayələrini bölüşmələri, onların döyüş yolunun, qəhrəmanlığının təbliği üçün platforma təmin etməyə çalışırıq. Məqsədimiz veteranların rifahının yüksəldilməsi və onların xalqımıza verdiyi töhfələrin heç vaxt unudulmamasını təmin etməkdir.
Veteranlara rəhbərlik etmək üçün səlahiyyətlərin verilməsi
Bizim missiyamız veteranlara iş yerlərində və digər platformalarda rəhbərlik etmək səlahiyyətini verilməsini təşviq etməkdir. İnanırıq ki, hərbi xidmət zamanı qazanılan bacarıq və təcrübə veteranlara cəmiyyətin bütün sahələrində lider olması üçün unikal bacarıqlar qazandırıb. Biz veteranların fəaliyyət sahələrində liderlər və dəyişiklik yaradan şəxslər kimi göstərə biləcəkləri müsbət təsiri təşviq etməyə sadiqik.
Güclü veteran təşkilatının formalaşması
Bizim missiyamız veteranlar üçün güclü, dəstəkləyici təşkilat yaratmaqdır. İnanırıq ki, veteranları bir-biri ilə və ehtiyac duyduqları resurslarla birləşdirərək, ömür boyu davam edəcək bir dəstək şəbəkəsi yarada bilərik. Veb saytımız veteranlara öz təcrübələrini bölüşmək, digər veteranlarla əlaqə saxlamaq və yerli tədbirlər və fəaliyyətləri tapmaq üçün platforma təklif edir. Biz bütün veteranlar arasında dostluq və aidiyyət hissini inkişaf etdirməyə sadiqik.
Yaddaş
Tariximizin həm qanla, həm də zəfərlə yazılmış səhifələrini oxumaq, eyni zamanda Qarabağ müharibəsində həlak olan igidlərin qəhrəmanlıq hekayələri ilə tanış olmaq üçün bloqumuza daxil olun
ƏtraflıTədbirlər
Bütün tədbirlər baxƏn çox verilən suallar
Sual: Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği aşağıdakı kimidir:
• müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 600 manat;
• müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 500 manat;
• müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 400 manat.
Təqaüd alanın əlilliyi dayandırıldıqda, vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Sual: 20 Yanvar şəhidinin ailəsinə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab:1990-cı ilin yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda şəhid olan qəhrəmanların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 manat məbləğində Prezident təqaüdü verilir.Təqaüd şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsindən verilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Sual: "Azərbaycanın Milli Qəhrəmanı" adı hansı qaydada verilir və "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
xüsusi fərqlənmə nişanı — səkkizguşəli “Qızıl Ulduz” medalı;
“Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Fərman.
“Azərbaycanın Milli Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
“Azərbaycanın Milli Qəhrəmanı” adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 2000 (iki min) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
Sual: 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə 330 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.Bu təqaüd müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla verilir. Təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.