Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında veteranlarla Nərimanov rayon gənclərinin görüşü keçirilmişdir

Tədbirdə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi,  əmək və Silahlı Qüvvələr veteranları, Nərimanov Rayon İcra Hakimiyyətinin təmsilçiləri, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri RVT-nın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov acmış gənclərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışmışdır. C.Xəlilov bildirmişdir ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdə birini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq demişdir: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələrinin hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda erməni hərbi birliklərinin işğalı altında olan Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır. Gənclərin ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, siyasi cəhətdən daha da yetkinləşməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Onlar daxili sabitliyə, xalqın birliyinə qarşı yönəlmiş yad təsirlərdən özlərini qorumağı bacarmalı, belə hallarla inamla mübarizə aparmalıdırlar. Vətəni, müstəqil dövləti qorumaq, daha da inkişaf etdirmək gənclərin ən ümdə borcudur”.  Tədbirdə çıxış edən veteranlar Fatma Səttarova, Adil Haqverdiyev, Cahangir Nəsirov, Nərimanov İcra başçısının müavini İlqar Mirzəyev və başqaları da gənclərə öz dəyərli tövsiyələrini çatdırdılar. Azərbaycan naminə gələcək fəaliyyətlərində onlara uğurlar arzuladılar. Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi  Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və başqaları gənclərin onlara göstərilən etimadı doğruldulacağına, layiqli vətəndaş olacaqlarına əminliklərini bildirdilər. Sonda xatirə şəkili çəkdirildi.

2017-05-30 00:00:00
4503 baxış

Digər xəbərlər

“Əsgərə məktub” layihəsi Cəlilabadda...

Müdafiə Nazirliyinin  Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi  Cəlilabad rayon İcra Hakimiyyəti ilə birlikdə  "Əsgərə məktub " layihəsi çərçivəsində tədbir   keçirib. Müstəüilliyin Bərpası gününə həsr edilmiş tədbirdə  Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri iştirak ediblər. Yüksək əhval-ryhiyyədə keçən tədbirdə iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə öz salamlarını və istəklərini çatdırmaq üçün  məktublar yazıblar. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan bu tədbirdə müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri də fəal iştirak edib, qüdrətli ordumuzun qalib əsgərlərinə şanlı məktublar ünvanlayıblar.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Şabranda şəhid Elvin İsgəndərovun ailəsini ziyarət edb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 20 mart 2026-cı il tarixində Şabranda şəhid baş gizir Elvin İsgəndərovun ailəsini ziyarət edib.  Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, erməni faşizmi üzərindəki tarixi qələbənin əldə edilməsində şəhidlərimizin həlledici roluna toxunub, onların qəhrəmanlığının illər, əsrlər sonra da hər bir azərbaycanlı üçün ilham mənbəyi olacağını vurğulayıb. Şəhidin qardaşı Elçin İsgəndərov gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Ziyarət əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi dəstək göstərilib, şəhid övladlarına hədiyyələr təqdim olunub. Seymur ƏLİYEV

Hamısını oxu
Şirvanda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

4 mart 2025-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinadən məlumat verir. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və idman məktəblərinin kollektivləri, veteran və gənc idmançılar iştirak ediblər. Tədbirdə əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Sonra çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar. Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. Sonda idmançılarla xatirə şəkli çəkilib. Seymur ƏLİYEV    

Hamısını oxu
Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"  

Hamısını oxu