Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyeva tapşırıq verdi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Eyni zamanda görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib. Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparılıb. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib. Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.

2021-01-13 00:00:00
1293 baxış

Digər xəbərlər

“Xəsarət alan hər əsgərimizə görə separatçılar beşqat artıq itki ilə üzləşməlidir”

“Erməni təxribatları müxtəlif formalarda davam edəcək” – Millət vəkilindən xəbərdarlıq! “Mina terroruna görə məsuliyyət İrəvanla yanaşı, Rusiya sülhməramlılarının üzərinə düşür” “Bu gün, Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki yolda baş vermiş hadisə, ermənilərin ordumuza qarşı törətdiyi növbəti terror aktıdır. Əfsuslar olsun ki, mina partlaması nəticəsində 3 nəfər hərbçimiz xəsarət almış, yük maşını isə, tamamilə sıradan çıxmışdır. Hadisənin məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyətinin və Qarabağdakı erməni separatçılarının üzərinə düşür. Onlarla bərabər, Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Çünki, həmin ərazinin təhlükəsizliyini rusiyalılar təmin etməlidirlər”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Şuşadakı mina terroru erməni təxribatlarının bundan sonra da davam edəcəyini göstərir: “Bu, birinci hadisə deyil. İndiyə qədər 300-ə yaxın vətəndaşımız ermənilərin mina terrorunun qurbanı olmuşdur. 44 günlük müharibə, 2020-ci ilin noyabr ayında başa çatmışdır. Ancaq, bir çox ərazilərdə 2021-2022-ci illərdə Ermənistanda istehsal olunmuş minaların basdırılmasının şahidi oluruq. Bu o deməkdir ki, ermənilər bir an da olsa, öz çirkin niyyətlərindən əl çəkməyiblər. Onların yenidən silahlanmaları, təşkilatlanmaları açıq şəkildə göstərir ki, təxribatlar müxtəlif formada davam edəcəkdir. Biz sadəlövh olmamalı, bu məsələyə ciddi yanaşmalıyıq. Bu hadisə tələb edir ki, separatçılara qarşı daha sərt tədbirlər görülməlidir. Terrorla mübarizənin bir qızıl qaydası var. Terrordan əziyyət çəkən və uzun illər ərzində xüsusi təcrübə qazanmış İsrail və Türkiyə xüsusi xidmət orqanları məhz, terrorçularla belə davranırlar. Məsələn, bu gün xəsarət alan 3 hərbçimizin yerinə, separatçılar 3 və yaxud 5 dəfə artıq itki verməlidirlər. Belə olarsa, gələcəkdə terroru planlaşdıranlar bir neçə dəfə fikirləşmək məcburiyyətində qalacaqlar. Problemin kökündə duran əsas məsələ, Ermənistanın sülh müqaviləsinin imzalanmasından yayınmasıdır. Bu ölkə, müstəqil siyasət apara bilmir və bir çox xarici faktorlardan asılıdır. Paşinyan gündə bir neçə dəfə fikirlərini dəyişir. Müxtəlif qütblər arasında vurnuxur və dövlət idarəetmə orqanlarına tam nəzarət edə bilmir. Belə davam edərsə, dayanıqlı sülhün əldə olunması qeyri-mümkündür. Hesab edirəm ki, gələcəkdə baş verə biləcək terror aktlarının qarşısının alınması üçün, Türkiyə -Rusiya monitorinq mərkəzinin fəaliyyətinin və texniki imkanlarının genişləndirilməsi vacibdir. Qarabağda məskunlaşmış hər bir separatçı ciddi nəzarət altında olmalıdır. Yalnız belə olan halda, yeni minalarının basdırılmasının qarşısını almaq olar”. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə təbrik edib. Veteran.gov.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli Mehriban xanım! Sizi ad gününüz münasibəti ilə bütün veteranlar adından təbrik edir, xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin istər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun Prezidenti kimi bütün kateqoriyadan olan vətəndaşlara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz diqqət və qayğı, onlara münasibətdə sərgilədiyiniz sevgi və həssaslıq bütün cəmiyyətdə rəğbət və məmnunluqla qarşılanmaqda, Sizə olan ümumxalq sevgisini artırmaqdadır. Sizin rəhbərliyiniz altında həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr yüz minlərlə insanın sosial rifahına bilavasitə təsir göstərməkdə, ölkəmizin çiçəklənməsinə, onun inkişafına xüsusi töhfə verməkdədir. Sizin rəhbərliyinizlə həyata keçirilən humanitar aksiyalar, mədəni tədbirlər sadəcə respublikamızı deyil, onun hüdudlarından uzaqları da əhatə etməkdə, bütün dünyaya Azərbaycan xalqının humanizmini, bəşəri dəyərlərini tanıtmaqdadır. Hörmətli Mehriban xanım! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq əminik ki, Prezident İlham Əliyevin və Sizin rəhbərliyiniz altında dövlətimizin uğurlu inkişafı davam edəcək, vətənimiz Azərbaycan öz tarixi nailiyyyətləri, sürətli tərəqqisi ilə bütün dünyanı bundan sonra da heyrətləndirəcəkdir. Bir daha ad gününüzü təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayırıq”.   Dərin  hörmətlə, Rəyasət Heyəti adından   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri                              Müharibə və əmək veteranı, Prezident  təqaüdçüsü  Fatma Səttarova  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında Mədəniyyət Nazirliyinin təşəbbüsü və  “Respublika Xatirə Kitabı” redaksiyası əməkdaşları tərəfindən hazırlanan “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabın baş redaktoru Nəzakət Məmmədova kitabda yer alan məqalələr haqqında ətraflı məlumat verib, Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki xidmətlərinə diqqət çəkib.   Xalqımızın  hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu bildirən Nəzakət Məmmədova, ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətin də bu gerçəyin növbəti təsdiqi olduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən kitabın önəminə toxunub, bunun gənc nəslin maarifləndirilməsi, tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın cəsur oğullarının şücaətləri ilə bağlı beynəlxalq ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından mühüm rol oynadığını qeyd edib.   Daha sonra çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Hikmət Məlikzadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, Azərbaycan xalqının XX əsrin ortasında faşizmə qarşı sərgilədiyi qəhrəmanlığı XXI əsrin əvvəllərində erməni faşizminə qarşı mübarizədə təkrarladığını bildirib.   Tədbirdə çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Vüqar Əsgərov kitabda Azərbaycan dili ilə yanaşı, rus dilində də məlumatların yer aldığını bildirib. Qeyd edib ki, bu faktor faşizmə qarşı mübarizə aparan azərbaycanlıların beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.   Respublika Veteranlar Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev isə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların sayının 700 mindən çox olduğunu vurğulayıb, bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edib.   Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Samir Musayev isə qeyd edib ki, “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan kitabdan daha səmərəli istifadə etmək, Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini dünyaya çatdırmaq üçün sözügedən kitabın XİN vasitəsi ilə xarici ölkələrdəki səfirliklərimizə çatdrırılması faydalı olardı.   Maraqlı müzakirələr şəraitində keçən tədbirin sonunda iştirakçılara “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı təqdim edilib, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri qazilərlə görüşüb.

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi ilə görüş keçirib.   Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə gənclərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsinin Azərbaycanın son 200 illik tarixində əlahiddə yer tutduğunu, bu müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, Qarabağın 30 illik işğaldan azad edildiyini vurğulayıb. Polkovnik bildirib ki, Azərbaycan ordusunun 44 gün ərzində ortaya qoyduğu sürətli hücum əməliyyatı, müasir hərbi texnologiyanın effektiv tətbiqi, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərinin qısa zamanda yarılması dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərini belə heyrətləndirməkdədir.   Polkovnik gənc qaziləri bundan sonra da ölkə başçısının siyasətini, çağırışlarını qətiyyətlə dəstəkləməyə səsləyib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da çıxışında ordumuzun şanlı qalibiyyətindən, bu qalibiyyətin əhəmiyyətindən ətraflı danışıb, onun hərbi-siyasi və tarixi önəminə toxunub. Gəncliyin bundan sonra da vətənimizin keşiyində məhz bu cür dayanmalı olduğunu vurğulayan Fatma Səttarova, Ali Baş Komandanın hərbçilərə, şəhid ailələri və qazilərə dəstəyini də yüksək qiymətləndirib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmənə diz çökdürdüyünü bildirən Fatma Səttarova, Azərbaycan əsgəri ilə fəxr etdiyini söyləyib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatlarının şöbə müdirləri 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qalibiyyətindən danışıb, ölkə başçısının müharibə veteranlarına, qazi və şəhid  ailələrinə diqqətini yüksək qiymətləndirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu