Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“YAŞAT” Fondu rəhbərliyinin müharibə veteranlarından və şəhid ailələrindən təşkili böyük əhəmiyyətə malikdir

Məlum olduğu kimi, “YAŞAT” Fondunun rəhbərliyi və Himayəçilik Şurasının üzvlərinin bəziləri müharibə veteranlarından və şəhid ailələrinin nümayəndələrindən təşkil olunub. Fondun Himayəçilik Şurasının tərkibinin müharibə veteranları və şəhid ailələrinin nümayəndələrindən təşkili hər şeydən əvvəl dövlətimizin başçısının bu kateqoriyadan olan vətəndaşlarımıza qayğısının bariz nümunəsidir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, bu, bir daha Prezident İlham Əliyevin müharibə veteranlarına, şəhid ailələrinə münasibətdə xüsusi həssaslıq, onlara yüksək diqqət və qayğı göstərdiyinin əyani təsdiqidir. Eyni zamanda, bu Fond vətəndaşlarımızın problemlərinə daha duyarlı münasibəti təmin edəcək. Çünki Fondda çalışan insanlar da məhz bu kateqoriyadan olan şəxslərdir. Onlar araşdırılması vacib müraciətlərin, problemlərin mahiyyəti ilə yaxından tanış olan insanlardır. Bu baxımdan, “YAŞAT” Fondunda məhz müharibə veteranı və şəhid ailələrinin təmsilçilərinin yer alması böyük əhəmiyyətə malikdir. “Əminəm ki, dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılan və müqəddəs məqsədə xidmət edən “YAŞAT” Fondu bütün şəhid ailələrinin, müharibə veteranlarının ümid və gözləntiləri doğruldacaq, onların probleminin həllinə böyük töhfə verəcək”, - deyə C.Xəlilov vurğulayıb.

2021-01-16 00:00:00
4130 baxış

Digər xəbərlər

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Hamısını oxu
Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinə start verilib

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinin açılış mərasimi keçirilib. "Unikal" xəbər verir ki, Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi (STM) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi səhiyyə işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği və kollektivlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi, həmçinin Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən STM-nin direktoru Elnur Azadxanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixindəki əhəmiyyətindən danışaraq, belə yarışların səhiyyə işçiləri arasında birlik, həmrəylik və komanda ruhunun güclənməsinə xidmət etdiyini bildirib. Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qönçə Abdullayeva səhiyyə işçilərinin cəmiyyət həyatındakı mühüm rolunu vurğulayaraq, bu cür idman tədbirlərinin kollektivlər arasında əməkdaşlığın və sağlam həyat tərzinin təşviqinə töhfə verdiyini qeyd edib. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vahid Abdullayev isə idmanın insanları birləşdirən mühüm amillərdən biri olduğunu qeyd edərək, bütün komandalara uğurlar arzulayıb. Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva turnirin təşkilində əməyi olan qurumlara təşəkkürünü bildirib, yarışın səhiyyə işçiləri arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Turnirdə ümumilikdə 8 komanda iştirak edir. Komandalardan biri Sumqayıt Narkoloji Dispanserini, digər yeddi komanda isə Sumqayıt Tibb Mərkəzini və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrini təmsil edir. Açılış mərasimindən sonra ilk oyunlara start verilib. Turnirin növbəti qarşılaşmaları 8 iyun tarixində keçiriləcək. Yarışın final oyunu və bağlanış-mükafatlandırma mərasimi isə 12 iyun tarixində baş tutacaq. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunacaqlar.  

Hamısını oxu
“26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binasında “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri Vətən Mü

Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hər bir şəxsə qayğı və dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir. İkinci Qarabağ Müharibəsi iştirakçılarının diqqətdə saxlanılması dövlət təşkilatları ilə yanaşı ictimai birliklərin və hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. “26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə bu gün, 2021-ci il iyunun 24-də Baş Prokurorluğun yeni inzibati binasında Qarabağ Müharibəsi iştirakçıları, qaziləri və döyüşlərdə yaralanmış hərbçiləri ilə görüş keçirilmişdir.  Görüş iştirakçıları burada yaradılmış Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial muzeylə tanış olmuşlar. Bundan sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin akt zalında tədbir açıq elan edilərək Vətən müharibəsində şəhid olan bütün əsgər və zabitlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə iştirak edən “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri və Vətən müharibəsinin iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı yenilməz Azərbaycan ordusunun zabit və əsgərlərinin şücaətindən və qəhrəmanlıqlarından danışmışlar. Tədbirin yekununda Vətən müharibəsi iştirakçılarına İctimai Birlik tərəfindən hədiyyələr verilmiş və xatirə fotoşəkli çəkilmişdir.                  

Hamısını oxu
Təzə Alvadı ərazisində səyyar-görüş qəbulu

Veteran.gov.az azadmedia.az-a istinadən xəbər verir ki, 09 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Təzə Alvadı kənd ərazisinin Əhmədli kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Cəfərov Aslan Ələsgər oğlu, İsmayılov Eldar İsmayıl oğlu, Fətullayev Ərzulla Xeybər oğlu, Əliyev Zülfüqar Müzəffər oğlu, Məmmədov Rafiq Davud oğlu, Həsənov Ülfət Məhərrəm oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu və başqaları Əhmədli kəndində mərkəzi yola asfalt çəkilməsi, kənd təsərrüfatı əkinlərinin məhsullarının sığortalanması, qaz xəttinin çəkilməsi, Tatyançay çayının Əhmədli ərazisində keçən hissəsinin təmizlənməsi, Əhmədli kəndində tibb məntəqəsinin tikilməsi, Təzə Alvadı kəndində mərkəzi yola asfalt vurulması, Meşəkənarı kəndinə telefon və internet xəttinin çəkilməsi və s məsələlər barədə müraciət etmişlər.Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Hamısını oxu