Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hərbi təlimlərin miqyas və keyfiyyəti ordumuzun qüdrətindən, onun yüksək döyüş hazırlığından xəbər verir”

Cəlil Xəlilov: “Azərbaycana münasibətdə xoş məram sərgiləməyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır”   Azərbaycan ordusu mayın 16-dan etibarən hərbi təlimlərə start verib. Saytımıza açıqlamasında sözügedən təlimlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Azərbaycan ordusunun start verdiyi və mayın 20-nə qədər davam edəcək təlimlər  hər şeydən öncə ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun döyüş qabiliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çoxsaylı şəxsi heyətin cəlb edildiyi bu təlimlərdə ən müasir hərbi texnika nümunələrinin döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və s. tapşırıqlar icra edilir ki, bu da zaman-zaman erməni faşizminin terror və təxribatları ilə üzləşən ölkəmizin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu cür təlimlər ordunun döyüş hazırlığının qorunub saxlanılması, onun çevikliyinin təmin edilməsi, sayıqlığının artırılması, peşəkarlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”.   Polkovnik qeyd edib ki, təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının təmin edilməsi də təqdirəlayiqdir:   “44 günlük Vətən müharibəsi təcrübəsi birgə hərbi əməliyyatlar zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin uzlaşdırılması, döyüş tapşırıqlarının ustalıqla əlaqələndirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoydu. Bildiyiniz kimi, Vətən müharibəsində bütün qoşun növləri iştirak etdi və hərbi komandanlıq bu qoşun növləri arasında uzlaşmanı uğurla təmin etdi. Nəticədə, qısa müddət ərzində düşmən ordusu darmdağın edilərək işğal olunmuş ərazilərdən qovuldu. Ermənistan təslimçi bəyanat imzalamağa məcbur oldu. Odur ki, hərbi təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının həyata keçirilməsi odluqca vacibdir və hərbi baxımdan inkişaf etmiş bütün dövlətlərdə bu məsələyə xüsusi diqət yetirilir”.   Cəlil Xəlilov Azərbaycan ordusunun hərbi təlimlərindən düşmənlərin də nəticə çıxarmasının vacib olduğunu qeyd edib:   “Təbii ki, Azərbaycan sülhpərvər dövlətdir və onun keçirdiyi hərbi təlimlər hər hansı dövlətə qarşı yönəlməyib. Lakin bununla belə, Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyən, ona xoş məramla yanaşmayan, dövlətimizlə terror və təxribat dili ilə danışmaq istəyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır.   2020-ci ilin 10 noyabr bəyanatından sonra  Ermənistandakı bəzi revanşist qüvvələr təxribat xarakterli çağırışlar səsləndirməkdədir. Ordumuzun keçirdiyi hərbi təlimlər hər şeydən öncə bu cür gülünc və təxrbatçı bəyanatlara layiqli cavabdır. Bu gün Ermənisatnda revanş fikrinə düşənlər, Azərbaycana qarşı qisas əməliyyatına çağırış edənlər 44 günlük müharibədə Ermənistan ordusunun rüsvayçı məğlubiyyətini yada salmalı, bundan nəticə çıxarmağa çalışmalıdır. Onlar unutmamalıdırlar ki, yeni bir təxribat Ermənistan üçün daha faciəvi nəticələrə səbəb olacaq və tarixi Azərbaycan torpaqlarında forlaşdırılan Ermənistan tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”.   Seymur ƏLİYEV  

2021-05-18 00:00:00
4123 baxış

Digər xəbərlər

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 dekabr 2025-ci il tarixində Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı şəhid ailələrinin, veteranların, kənd ağsaqalları və ziyalıların iştirakı ilə ehsan süfrəsi təşkil edilib. İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrəsində 210 nəfərə qədər şəxs iştirak edib. Tədbiri giriş sözü ilə açan məscidin axundu Hacı Ələsgər Mikayılzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi xidmətlərinə toxunub, onun xilaskarlıq missiyasından bəhs edib. Ehsan süfrəsində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, BDU-nun tələbəsi Nüsrət Mirzəyev, tanınmış ziyalı Hacı Natiq Nağıyev, kənd ağsaqqalı Nuhbala Ağayev Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğunu, müasir Azərbaycanın məhz Ümummilli Liderin siyasi kursu, işıqlı ideyaları sayəsində öz inkişaf və əzəmətinin zirvəsində qərarlaşdığını vurğulayıblar. Sonda çıxış edən iş adamı Cəlil Nağıyev Heydər Əliyev ideyalarının bundan sonra da təbliğinin zəruri olduğunu vurğulayıb, Ulu Öndərin güclü, müstəqil Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb: “Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri, bu xidmətlərin Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasında, gücünə güc qatmasındakı önəmi hər kəs məlumdur. Heydər Əliyev yadelli işğala məruz qalan,  daxili qarşıdurmalardan əziyyət çəkən, sosial-iqtisdi vəziyyəti sürətlə ağırlaşan, milli-mənəvi dəyərlər sistemi aşınmaya məruz qalan Azərbaycanı yalnız bu bəlalardan xilas etməklə qalmadı. Xalqımızın böyük oğlunun bənzərsiz siyasi dühası sayəsində ölkəmiz tarixi və qarşısıalınmaz yüksəliş dövrünə qədəm qoydu. Qısa zamanda nizami ordunun formalaşması, daxili parçalanmalara son qoyulması, mərkəzi hakimiyyətin gücləndirilməsi, idarəetmənin bütün istqiamətləri üzrə gənc kadrların yetişdirilməsi, iqtisadiyyatın dirçəldilməsi və onun beynəlxalq tələblər səviyyəsində yenidən qurulması həyata keçirildi. Bütün bu addımlar Azərbaycan xaqlının və dövlətçiliyinin gələcəyini xilas etdi, onun təməllərini gücləndirməklə yanaşı, beynəlxalq arenadakı nüfuzunu da artıtdı. Bizim üçün qürurvericidir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Müzəffər Ali Baş Komandanımızın tərəfindən böyük uğur və qətiyyətlə davam etdirilir. Biz də bir fərd, bir vətəndaş olaraq Prezidentimizin ətrafında sıx birləşməklə yanaşı, Heydər Əliyev ideyalarının təbliğində də fəal iştirak etməli, gənc nəslin bu ideyaları dərindən mənimsəməsini təmin etməliyik. Bu, həm milli kimliyimizin və tariximizin qorunub saxlanılması, həm də gələcək uğurlarımızın təminatı baxımından həyati əhəmiyyətə malikdir”. Ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub, Prezident İlham Əliyev siyasətinə dəstək ifadə olunub. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 9 may - Qələbə Günü münasibətilə veteranlara təbriki.

Hamısını oxu
“Qardaşlıq məzarlığı” Memorial kompleksində torpağın götürülməsi mərasimi keçirildi

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunması ilə bağlı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Məbədi tarixi-memorial kompleksində qələbənin əldə olunmasına böyük və  əvəzolunmaz töhfə vermiş sovet döyüşçülərinin dəfn olunduğu yerlərdən götürülmüş torpaq nümunələrinin qoyulması həyata keçiriləcəkdir. Bu məqsədlə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində yerləşən “Qardaşlıq məzarlığı” Memorial kompleksində torpağın götürülməsi mərasimi keçirilmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov və səfirliyin əməkdaşları,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Müdafiə Nazirliyinin əməkdaşları, Nərimanov rayonu Veteranlar Təşkilatının üzvləri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasimdə çıxış edən səfir M.Boçarnikov mərasimin təşkilinə   görə Respublika Veteranlar Təşkilatına və Nərimanov rayon İcara Hakimiyyətində  təşəkkürünü bildirmişdir. Sonra torpaq nümunələri Rusiya Federasiyasının Azərbaycandakı səfiri M.Boçarnikova təqdim edildi.  Tədbirin sonunda mərasim iştirakçıları “Qardaşlıq Məzarlığı” memorial kompleksində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, onların xatirəsini ehtiramla yad etdilər

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib

Veteran.gov.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin fevral ayında şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb. STM-nin tabeliyində olan tibb müəssisələrinə fevral ayı ərzində əhaliyə 464 min 769 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 348 min 237-si ambulator, 116 min 532-si isə stasionardır. Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Hamısını oxu