Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Kazım Qurbanov: “İdmançılarımızın Avropa çempionatındakı qələbəsi şəhidlərimizə ithaf olunur”

“Uğurlarımıza səbəb ölkə başçısının idmana, idmançılara olan diqqət və qayğısıdır”   Moderator.az xəbər verir ki, bu gün Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov bir qrup idmançı ilə görüşüb, Avropa çempionatında əldə etdikləri uğurlu nəticəyə görə onları təbrik edib. İdmançılarımızın bu qələbəsinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə ithaf edildiyini bildirən Kazım Qurbanov qeyd edib ki, idmançılarımızın əldə etdiyi qalibiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana olan qayğısının nəticəsidir. Kazım Qurbanov Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpyia Komitəsinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə idmançılara göstərilən diqqət və qayğıya görə də minnətdarlığını bildirib. Xatırladaq ki, 21-28 iyun 2021-ci il tarixlərində Tatarstan Respublikasının Kazan şəhərində Kəmər güləşi üzrə dünya çempionatı və sumo üzrə gənclər və böyüklər arasında keçirilən Avropa çempionatının yekun nəticələri bəlli olub. İdmançılarımızdan Feyziyev Camal sumo güləşi üzrə +115 kq çəkidə III yerə, mütləq çəkidə I yerə,kəmər güləşi üzrə mütləq çəkidə I yerə, Əliyev Sadiq sumo güləşi üzrə U 21 gənclər arasında 77 kq çəkidə III yerə, Ələsgərov Kamal U 23 gənclər arasında 77 kq çəkidə III yerə, Abdullayev Xəyyam kəmər güləşi üzrə 70 kq çəkidə III yerə, Hacıyev Vəliş sumo güləşi üzrə gənclər arasında 92 kq çəkidə III yerə və kəmər güləşi üzrə 90 kq çəkidə III yerə layiq görülüb. Yığma komandamız kəmər güləşi üzrə komanda hesabında II yeri tutub. Komandanın üzvü Feyziyev Camala kəmər güləşi üzrə mütləq çəkidə qalib gəldiyinə görə maşın hədiyyə edilib. Çempionatda Seymur Qurbanov və Rəsul Həsənov hakim qismində ədaləti qoruyublar.   Sumo üzrə gənclər və böyüklər arasında Avropa çempionatı Camal Feyziyev gənclər arasında (+115 kq çəki dərəcəsində) III yer, mütləq çəkidə I yer Sadiq Əliyev (77 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yer
Kamal Ələsgərov (77 kq çəki dərəcəsində) U-23 gənclər arasında III yer Vəliş Hacıyev (92 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yer Kəmər güləşi idman növü üzrə dünya​ çempionatı Camal Feyziyev mütləq çəkidə (130+ kq çəki dərəcəsində) I yer. Xəyyam Abdullayev (70 kq çəki dərəcəsində) III yer Vəliş Hacıyev (90 kq çəki dərəcəsində) III yer Yığmamız bu nəticə ilə​ komanda hesabında II yeri tutub.   Seymur ƏLİYEV

2021-06-30 00:00:00
5022 baxış

Digər xəbərlər

2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Hamısını oxu
“Dövlətimiz şəhid ailələrinə, veteranlara hər zaman böyük qayğı göstərib və bu gün də göstərməkdədir”

Naqif Həmzəyev: “”YAŞAT” Fondunun fəaliyyəti bunun ən bariz nümunəsidir”   “Bu gün ölkəmizdə bir milyondan çox qaçqın və məcbur köçkün var və 90-cı illərin əvvəllərindən bu günə qədər ölkəmizdəki məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi addımlar atılmaqdadır”.    Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili  qeyd edib ki, Azərbaycan dövləti veteran və şəhid ailələrinin sosial rifahının yüqksəldilməsi, onlara yönəlik diqqət və qayğının genişləndirilməsi istiqamətində mütəmadi addımlar atmaqdadır:   “Bununla yanaşı, həm I Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi zamanı şəhid olan hərbçilərimizin ailələrinə, veteranlara, müharibə əlillərinə dövlətimiz hərtərəfli qayğı göstərib. Dövlətimiz şəhid ailələrinin, veteranların problemlərinin həlli istiqamətində ciddi və mütəmadi addımlar atıb.   Vətən Müharibəsi zamanı əldə etdiyimiz qələbəni  şəhidlərimizə, qazilərimizə borcluyuq. Möhtərəm prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, o cümlədən bütün dövlət rəsmiləri öz çıxışlarında şəhidlərimizi və qazilərimizi yad edir, qazilərimizə, şəhid ailələrimizə diqqət və qayğının göstərilməsinin vacibliyini qeyd edirlər. Bu, sadəcə sözdə deyil, həm də əməldədir. Mütəmadi olaraq şəhid ailələri ziyarət olunur, onların hər bir istəyinə həssaslıqla yanaşılır.   Ölkəmizdə “YAŞAT” Fondu yaradılıb və “YAŞAT” Fondu birbaşa şəhid ailələrinin, qazilərin probleminin həlli ilə məşğul olur. Bütün dövlət qurumları, YAP fəalları bu məsələdə onların üzərinə düşən işi böyük məsuliyyət hissi ilə həyata keçirirlər. Hal-hazırda bu məsələ ilə bağlı ciddi işlər görülür. Şəhid ailələrinin evlə təminatı, müharibə əlillərinə avtomobillərin verilməsi, onların ailə üzvlərinin məşğulluq probleminin həlli bu il üçün də prioritet məsələlərdən biridir. Bir sözlə, prezidentimizin rəhbərliyi altında dövlətimizin şəhid ailələrinə, veteranlara göstərdiyi qayğı bütün dövlətlərə nümunədir”.   Seymur ƏLİYEV

Hamısını oxu
ANAMA yanında İctimai Şuranın ilk iclası keçirilib

2021-ci il 1 sentyabr tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın ilk iclası keçirilib. İclasda üzvlər tərəfindən fəaliyyət planı müzakirə edilib, gələcək işlərlə bağlı istiqamətlər müəyyən edilib. Görüş çərçivəsində İctimai Şuranın rekvizit və atributları haqqında fikir mübadiləsi aparılıb.   ANAMA yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, üzvlər fəaliyyətlərini genişləndirməli, işğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatlarla yüksək çirklənmə səviyyəsini həm ölkədaxili, həm də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalıdır.   Görüşdə önəmli müzakirə mövzularından biri də BMT-nin Mina və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması məsələləri üzrə Ümumdünya Vəkili Daniel Kreyqə, İctimai Şuranın üzvləri tərəfindən Azərbaycandakı mövcud vəziyyətə dair müraciətlə bağlı idi. Müraciət məktubunun məzmunu müzakirə edildi, müvafiq əlavələrdən sonra yaxın bir müddətdə məktub minaların və partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması ilə bağlı BMT-nin qlobal müdafiəçisinə ünvanlanacaq. Məqsəd vətəndaşların həyatını qorumaq, bölgəyə sülh və firavanlıq gətirmək səylərinə töhfə verməkdir.   İctimai Şura üzvləri azad edilən ərazilərə işgüzar səfərlər planlaşdırır, maarifləndirmə və bu sahədə təhsil üzrə təkliflər müzakirə edilir, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 14 dekabr 2023-cü il tarixində Azərbaycan  Respublikası  Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının Rəyasət  Heyətinin  iclası keçirilib. İclasda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 2024-cü il üzrə İş Planının layihəsi müzakirə edilib. Layihə barədə Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov iclas iştirakçılarına ətrafl məlumat verib. Daha sonra layihədə yer alan müddəalarla bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. İclasın sonunda 2024-cü il üzrə İş Planının layihəsi Rəyasət Heyəti tərəfindən yekdilliklə qəbul edilib.   

Hamısını oxu