Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraiti yaxşılaşdırılacaq - SƏRƏNCAM

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

Apa-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin, Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin, Sərəncamda irəli gələn digər məsələləri həll etsin.

 

Müəyyən edilib ki, bu Sərəncamda nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.

 

İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamdan göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etməlidir.

 

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

2021-08-25 14:52:00
1163 baxış

Digər xəbərlər

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib - Millət vəkilindən başsağlığı

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri, polkovnik-leytenant, dəyərli ziyalı Məmmədağa Məmmədəli oğlu Şiriyev vəfat edib. Azadmedia.az xəbər verir ki, bu sözləri 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov sosial media hesabında yazıb.Millət vəkili qeyd edib ki, Məmmədağa müəllim ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, hüquq-mühafizə orqanlarında və ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir: "Mərhumun Masallının ictimai-siyasi həyatındakı rolu, veteranların hüquqlarının müdafiəsi və tariximizin yaşadılması istiqamətində gördüyü işlər daim hörmət və ehtiramla yad ediləcək.Məmmədağa Şiriyevin vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir. Onun əziz, işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.Allah rəhmət eləsin!"Xatırladaq ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.

Hamısını oxu
İlham Əliyevin “France 24”-ə “yox” deməməsi, dövlət başçısının media və söz azadlığına münasibətini əsk etdirir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 fevral 2026-cı il tarixində Münxen şəhərində Fransanın aparıcı televiziyalarından olan “France 24” telekanalına müsahibə verib.  Müsahibəsində Azərbaycan-Fransa münasibətləri, eləcə də erməni separatçıları ilə bağlı suallara hər zamankı kimi səlis, məntiqli və təkzibedilməz faktlarla cavab verən İlham Əliyev, bu dəfə də media platformasında həyata keçirilən bütün hücumları “mat”la cavablandırdı. Müzəffər Ali Baş Komandan öz hazırcavablığı və heyrətamiz məntiqi ilə sübut etdi ki, hərb və diplomatiya müstəvisində olduğu kimi, media platformasında da “məğlubedilməzlik kəməri” ona məxsusdur və bu “kəməri” kimsəyə güzəştə getmək fikrində deyil. İlham Əliyev “France 24”-ün müsahibə istəyinə “yox” deməməklə özünün media və söz azadlığına olan münasibətini ortaya qoydu. Dövlət başçısı bununla sübut etdi ki, o, mediaya – hətta Azərbaycana qarşı böhtan kampaniyası aparan Fransa dövlətinin televiziyasına belə ehtiram göstərməyi, onun suallarını cavablandırmağı vacib hesab edir. Bundan başqa, dövlət başçısı “France 24” telekanalına müsahibə verməklə istənilən sualı cavablandırmağa hazır olduğunu, heç bir hadisə və prosesin onun üçün “çətin mövzu” olmadığını isbatladı. İlham Əliyev “France 24”-ün müxbirinin erməni separatçıları ilə bağlı ardıcıl və qərəzli suallarını nəinki cavabsız qoymadı, bu sualların hər birini ətraflı şəkildə cavablandırmaqla həm erməni separatizmini, həm də onu himayə edənlərin anti-insani simasını, taixi  ədalətsizliyini gözlər önünə sərdi. Bir sözlə, Prezident İlham Əliyev “France 24” telekanalına müsahibəsi ilə özünü “demokratiyanın əsas carçılarından” biri hesab edən Fransaya növbəti dəfə dərs verdi. Azərbaycanın dövlət başçısı isbatladı ki, əsl demokratiya sözdə deyil, əməldə təzahür edilməsi gərəkən bir dəyərdir və hələ ki, Fransa dildə səsləndirdiyi bu dəyəri felən reallaşdırmaqda acizdir. Seymur ƏLİYEV  

Hamısını oxu
“Mehriban Əliyeva müstəqillik tariximizin ən görkəmli dövlət xadimlərindən biridir”

Cəlil Xəlilov: “Respublikamızın sürətli inkişafında onun əməyi danılmazdır”   “Azərbaycan Respubliklasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müstəqillik tariximizin ən görkəmli dövlət xadimlərindən biridir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Ad günü münasibətilə Mehriban Əliyevanı təbrik edən Cəlil Xəlilov, onun çoxşaxəli  ictimai-siyasi, sosial-mədəni fəaliyyətinə diqqət çəkib:   “Mehriban Əliyeva və onun rəbərikl etdiyi Heydər Əliyev Fondu respublikamızın bir çox bölgələrində çoxsaylı layihələr həyata keçirib, vətəndaşların sosial rifahının yaxşılaşması, onların yaşam səviyyəsinin yüksəldilməsi üçün böyük əmək sərf edib.  Sağlamlıq problemi olan şəxslərin müalicəsindən tutmuş şəhid ailələrinin, veteranların mənzillə təminatına qədər müxtəlif müstəvilərdə sistemli fəaliyyət ortaya qoyan Mehriban xanım, həm də böyük mədəni layihələrin müəllifidir. Qədim tarixi abidələrin qorunması, onların yenidən bərpası və təbliği Mehriban xanımın bütün ictimai-mədəni fəaliyyətinin əsasını təmin edib. Milli musiqimizin, adət-ənənlərimizin yaşadılması və dünyada təbliği də Mehriban  xanımın adı ilə bağlıdır. Unutmaq olmaz ki, məhz Mehriban xanımın dəstəyi ilə ölkəmizdə bir neçə dəfə muğam müsabiqələri həyata keçirilib, bu müsabiqələr yüzlərlə musiqiçidə muğama hədsiz maraq yaradıb, onları bu sahəni tədqiq etməyə həvəsləndirib.   Mən ad günü münasibətilə hörmətli Mehriban xanımı təbrik edir, ona ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.   Polkovnik Mehriban Əliyevanın ictimai-mədəni fəaliyyətinin yalnız ölkəmizlə məhdudlaşmadığını, dünyanın bir çox dövlətlərini əhatə etdiyini bildirib:   “Mehriban xanımın yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində mədəni layihələr həyata keçirdiyi, tarixi abidələrin bərpası istiqamətində mühüm addımlar atdığı heç kimə sirr deyil. Mehriban xanımın bu fəaliyyətinə Avropanın bir çox ölkəsində, eləcə də müxtəlif coğrafiyalarda rast gəlmək mümkündür. Bütün bunlar onu göstərir ki, Mehriban xanım öz fəaliyyətində milli dəyərlərlə yanaşı, həm də ümumbəşəri dəyərləri rəhbər tutub, bütün insanlığın mənafeyini müdafiə edib. Bu, Mehriban xanımın timsalında Azərbaycan insanının, Azərbaycan qadınının mənəvi ucalığından xəbər verir”.   Sədr müavini vurğulayıb ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu veteranlara və şəhid ailələrinə də böyük diqqət göstərir, onlardan qayğısını əsirgəmir:   “Heydər Əliyev Fondu Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatına da mütəmadi qayğı göstərir, veteranlarımızı tək qoymur. Biz uzun illərdir ki, hörmətli Mehriban xanımın, Heydər Əliyev Fondunun bu dəstəyini öz üzərimizdə hiss edirik.   Heydər Əliyev Fondu veteranların, şəhid ailələrinin problelərinə də daim həssaslıqla yanaşıb, bu probemlərin həlli istiqamətində qəti addımlar atıb. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur.   Mehriban xanımın tapşırığına uyğun olaraq Fond tərəfindən ötən ilin oktyabr ayına qədər 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, onlarla Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir.   Mehriban xanım Birinci vitse-prezident kimi də uğurla fəaliyyət göstərməkdə, dövlətimizin maraqlarını siyasi-diplomatik platformalarda müvəffəqiyyətlə müdafiə etməkdədir.   Mən bütün bu xidmətlərinə görə bütün veteranlar adından Mehriban xanıma təşəkkürümü bildirir, onu yubiley münasibətilə təbrik edirəm. Əminəm ki, Mehriban xanım bundan sonra da mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, şəhdi ailələrinin və veteranların əsas himayədarı olaraq qalacaq”.

Hamısını oxu