Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ABŞ-ın MLI İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib

ANAMA-nın uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır. İlk 10 xüsusi təlim keçmiş it Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq çatdırıldı.

 

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasimi Bakıda 26 avqust tarixində keçiriləcəyi nəzərdə tutulur. Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə, MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır.

 

Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır.

30 baş minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşməsi həyata keçiriləcək. Marşal İrsi İnstitutunun mütəxəssisi də Azərbaycanda 10 iti müşaiyət etməkdədir. Səfər bir neçə günlük nəzərdə tutulub və əsas məqsəd uçuş zamanı itlərin narahatçılığının azalmasını təmin etmək, habelə, Azərbaycana gəldikdə iqlimləşmə və yeni bələdçilərlə uyğunlaşma prosesinə töhfə verməkdir. Xatırladaq ki, hər iqlim dəyişməsi dördayaqlı minaaxtaranlar üçün ciddi sınaqdır.

 

ANAMA ilə MLI arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bugünədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 baş mina axtaran və 4 baş partlayıcı axtaran it hədiyyə edilib və həmin itlər Agentlikdə təlim və akkreditasiya keçərək təyinatı üzrə əməliyyatlara qoşulub. İtlər müvafiq akkreditasiya və hazırlıq mərhələlərini keçdikcə, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunur.

 

2021-08-25 16:47:00
1234 baxış

Digər xəbərlər

II Dünya Müharibəsində Azərbaycanın rolu

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb. Görüş əsnasında son vaxtlar çap edilən kitablarını, o cümlədən “Gəncə Vətən Müharibəsində” kitabını Fatma Səttarovaya təqdim edən yazıçı, hazırda üzərində işlədiyi yeni əsərlər haqqında da məlumat verib.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun da iştirak etdiyi görüşdə xalqımızın həm İkinci Dünya Müharibəsi, həm də Qarabağ müharibəsində sərgilədiyi fədakarlıq və qəhrəmanlıqdan bəhs edilib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi qələbəyə, bu qalibiyyətin hərbi, iqtisadi, siyasi sahədəki nəticələrinə diqqət çəkilib.   Görüşün sonunda Ruhulla Zahidov Böyük Vətən Müharibəsi ilə bağlı araşdırmalarına, vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının xüsusi mükafatı ilə təltif edilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
“Azərbaycanın təşkilatçılığı ilə keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir”

Cəlil Xəlilov: “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır”   “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır” .   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə cəlb etməklə yanaşı, həm də bu problemlərdən xilas yolunu özündə əks etdirməkdədir:   “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi sammit çərçivəsində artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, bu problemlərdən qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu istiqamətdə konkret qərarların qəbuludur. Yəni Azərbaycanın moderatorluğu altında keçirilən COP29 sammiti, dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaddığını dərk etdi. Habelə, dünya gördü ki, bu fəlakətdən qurtulmaq üçün ya indi kritik, fundamental addımlar atmalı, ya da öz məhvinə hazır olmalıdır”.   Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır:   “Azərbaycan “yaşıl enerji”yə keçid, ekoloji mühitin yaxşılaşması, meşələrin bərpası, səhralaşma prosesinin qarşısının alınması və s. istiqamətində həm təbliğati, həm də praktiki müstəvidə mühüm addımlar atmalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatları da fəal iş aparmalı, xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir.   Biz bütün bunlarla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtiylə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə cəhənnəmi içərisində sülh cənnəti... -TƏHLİL!

İlham Əliyev möcüzə yaratmaqda davam edir! Artıq bir neçə gündür ki, ABŞ-İran müharibəsi bütün şiddəti ilə davam edir. İsrailin də qatıldığı müharibədə on minlərlə hərbçidən, yüzlərlə hərbi təyyarədən, ən müasir raket sistemlərindən istifadə olunur ki, bu da müharibənin nəticələrini daha dağıdıcı və ölümcül edir. ABŞ-İran müharibəsi ilə bağlı diqqət çəkən nüanslardan biri də müharibənin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Qətər, Oman, İordaniya kimi ölkələrə də yayılmasıdır. Belə ki, ABŞ-İsrail koalisiyasının hücumundan sonra Amerikanın Yaxın və Orta Şərqdəki bazalarını hədəf alan İran, bir sıra ərəb ölkələrinin ərazisinə raket hücumları reallaşdırıb. Nəticədə, mülki infrastrukturda ciddi dağıntılar və itkilər baş verib. Hansı ki, məlum hücumların növbəti günlərdə də davam etməsi ehtimalı böyükdür.  ABŞ-İran qarşıdurması müharibəsi müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda gərginliklərin azalmadığını, əksinə, artdığını göstərir. Bu isə hər bir dövlət və xalqın təhlükəsizlik problemini aktuallaşdırmaqdadır. Xatırladaq ki, bu gün dünyada qaynar nöqtələrdən biri də məhz Azərbaycanın yerləşdiyi coğrafiya hesab olunub. Azərbaycanın şimal qonşusu olan Rusiya 4 ildən çoxdur ki, Ukrayna ilə üzücü və qüvvətükədən müharibə aparmaqdadır. Ölkəmizin şimal-qərb qonşusu olan Gürcüstanda Abxaziya və Şimali Osetiya problemi mövcuddur ki, dondurulmuş vəziyyətdə olan məlum problemin nə zaman öz həllini tapacağı ilə bağlı xırda ehtimal belə mövcud deyil. Cənub-qərb qonşumuz olan Ermənistanda isə müharibə olmasa da, ölkə dövlət-kilsə qarşıdurmasından, habelə, müxtəliv siyasi qüvvələr və klanlar arasındakı mübarizədən əziyyət çəkməkdədir. Hazırda Azərbaycanın cənub qonşusu olan İranda baş verən müharibə isə bütün digər problemləri kölgədə qoymaqda, regionun gələcəyi ilə bağlı mövcud narahatlıqları daha da artırmaqdadır. Məhz belə bir şəraitdə yalnız Azərbaycan müharibə və qarşıdurmaların fövqündə dayanıb ki, bu da Prezident İlham Əliyevin uzaqgörənliyindən, nəhəng siyasi dühasından qaynaqlanır. Bu gün Azərbaycan müharibə cəhənnəmi içərisindəki sülh adası təsiri bağışlamaqda, müharibədən əziyyət çəkən insanlar üçün xilas mənbəyi, təsəlli rolunu oynaqmaqdadır. Fevralın 28-dən bugünə qədər İrandakı müharibə səbəbi ilə cənub sərhədləri vasitəsilə Azərbaycana yüzlərlə əcnəbi pənah gətirib ki, bu da ölkəmizin ənənəvi humanitar missiyasına sadiqliyindən xəbər verir. Bu gerçək bir daha sübut edir ki, Azərbaycan Müzəffər Ali Baş Komandanının siyasi səriştəsi sayəsində qaynar qazan təsiri bağışlayan planetimizdə öz təhlükəsizliyini və toxunulmazlığını uğurla qorumaqda, bütün təhdid və təhlükələri müvəffəqiyyətlə dəf etməkdədir. Bu fakt həm də İlham Əliyevin heyrətləndirmək bacarığından, möcüzə yaratmaq səriştəsindən xəbər verir. Dörd bir tərəfdən müharibə və münaqişələrlə dövrələndiyi bir zamanda Azərbaycanın sülhə sadiq qalması, öz bitərəfliyini qoruyub saxlaması diplomatiyamızın tarixi uğuru, tarixi nailiyyətidir. Və bu uğur Prezident İlham Əliyev 9 fevral 2026-cı il tarixində ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinlə görüşü zamanı səsləndirdiyi tarixi ifadəni yada salır: “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu