Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

Veteran.gov.az xəbər verir ki, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.

 

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır.

 

Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.

 

2021-08-26 13:23:00
919 baxış

Digər xəbərlər

Danışır Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov

Hamısını oxu
“8 Noyabr dövlətçilik tariximizdə ən böyük zəfər, ən parlaq nailiyyətdir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkib, bununla bağlı maraqlı fikirlər səsləndirib. Müzəffər Ali Baş Komandan bildirib ki, 8 Noyabr zəfəri Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Saytımıza açıqlama verən  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin yalnız hərb tariximizdə deyil, bütövlükdə dövlətçilik tariximizdə ən unikal hadisə olduğunu bildirib: “8 Noyabr zəfəri xalqımızın həyatında  mühüm yer tutan, dövlətimizin və dövlətçiliyimizin yalnız bugününə deyil, həm də gələcəyinə bilavasitə təsir göstərən böyük bir zəfər, misilsiz bir qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin cəmi 44 gün içərisində əldə etdiyi bu tarixi zəfər ərazi bütövlüyümüzlə yanaşı, həm də milli-mənəvi dəyərlər sistemimizi, xalqımızın özünə, öz gücünə və qəhrəmanlığına olan inamını hifz etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitinin əldə etdiyi bu qələbə göstərdi ki, Azərbaycan yalnız Ermənistana deyil, ona dəstək verən, onun işğalçılıq siyasətini təqdir edən bütün anti-Azərbaycan qüvvələrinə qalib gəlməyə, bu şər ittifaqını darmadağın etməyə qadirdir. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırması da bu böyük qələbənin zamana sığmayan önəmindən xəbər verir. Qarşıdan böyük zəfərin 5-ci ildönümü yaxınlaşır. Bu əlamətdar gün münasibətilə bütün xalqımızı təbrik edir, şəhid və qazilərimizin qarşısında hörmətlə baş əyir, böyük sərkərdəmiz Prezident İlham Əliyevə bütün veteranlar adından öz dərin təşəkkürümüzü bildirirəm. Əminliklə vurğulayıram ki, veteranlarımız bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam edəcək, bütün anti-milli, anti-Azərbaycan qüvvələrinin hər bir təxribatına layiqincə cavab verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 20 Yanvar - Ümumxalq Hüzn günü münasibətilə 18.01.2017-ci il tarixində keçirilmiş tədbir

Respublika Veteranlar Təşkilatının nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları 20 Yanvar - Ümumxalq Hüzn günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarlarına tər qərənfillər düzmüş, Əbədi Məşəl Kompleksi önünə gül çələngi qoymuşlar. Ziyarət başa çatdıqdan sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında 20 Yanvar - Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilmişdir.    Tədbir iştirakçıları çıxışlara başlamazdan əvvəl 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Ziyalılar, media nümayəndələrinin də qatıldığı tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. O, Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq və şərəfli səhifələrindən sayılan 20 Yanvarla bağlı geniş məlumat vermişdir. Bu faciənin təməlinin hələ 1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov demişdir: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan düşünülüb hazırlanmış təcavüzkarlıq aksiyası idi.  Bu qanlı faciəni törədənlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas mədsədi isə DQMV-in Azərbaycandan qoparılaraq Ermənistana biriləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1989-cu ilin sonunda Ermənistanda azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirilməklə, 230 min azərbaycanlı dədə-baba torpaqlarından qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev və digər əmlaklar talan edildi. Bu olaylara Moskva göz yumur, Azərbaycanın o vatkı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər. 1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti xeyli zəiflədi, hakimiyyət böhranı və qarşıdurma dərinləşdi. 1990-cı il yanvarın 19-na keçən gecə Bakıya  qanunsuz olaraq, fövqəladə vəziyyət elan edilmədən yeridilən SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların və DTK-nın hərbi birləşmələri şəhərdə “Udar” kod adlı əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR Konstitusiyalarını kobud surətdə pozdular. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi qvardiya hava-desant diviziyalarının üç alayı, motoatıcı diviziya, xüsusi təyinatlı briqada, dəniz piyadaları, DTK-nın xüsusi təyinatlı “Alfa” qrupu, Ctavropol vilayətindən toplanmış əksəriyyəti ermənilərdən ibarət xalqımızın qanına susamış vəhşilər idi. İri hərbi kontingentin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilməklə, Bakıda və Respublika rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur.  Tanklar və BTR-lər qarşılarına çıxan hər şeyi əzir, hər yan amansız atəşə tutulur, insanlar nəinki küçələrdə, hətta avtobusda, öz mənzillərində güllələrə tuş gəlirdilər. Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək, xalqla birgə olduğunu bildirdi. O, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı”. C.Xəlilov daha sonra demişdir: “20 Yanvarın 1999-cu ildən etibarən Ümumxalq hüzn günü kimi keçirilməsinin Əmək Məcəlləsində əksini tapması da məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”. Tədbirdə çıxış edən digər şəxslər də 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad edilməsi, həm də Azərbaycan xalqının qəhrəmanlıq, birlik günü olduğunu vurğulamış, şəhidlərin heç unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd etmişlər.

Hamısını oxu
“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 01 may  2023-ci ildə Bakı şəhəri   Səbail rayonu Badamdar qəsəbəsində  tədbir təşkil ediblər. Tədbir  329 saylı tam orta məktəbdə  baş tutub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev məktəblilərin gözü ilə”adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru  Elnur Mirzəyev, şagird və müəllim kollektivi İştirak etdilər. Tədbiri məktəbin direktoru  Elnur Mirzəyev açdı. O,qonaqları tədbir iştirakçılarına təqdim etdi . Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, Ulu Öndər Heydər  Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütməyin çətin və məsuliyyətli iş olduğunu deyən polkovnik qeyd etdi ki, ona görə də onlara hər zaman qayğı göstərmək, problemlərinə diqqətlə yanaşmaq lazımdır: “Heydər Əliyev  siyasətini uğurla davam etdirən, bizim əzimkar, qətiyyətli Prezidentimiz Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  ilə birlikdə uşaqlaın və gənclərin yaxşı təhsil almaları üçün daima onlara diqqət və qayğı gostərirlər.Yeni-yeni təhsil mərkəzlərinin təmiri və tikintisi buna əyani sübutdut. Mənim siz şagirdlərə tövsiyəm odur ki, valideynlərinizin zəhmətinin dəyərləndirib, müəllimlərinizin tapşırıqlarını səylə yerinə yetirib, ölkəmizin dəyərli vətəndaşları olasınız”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.          

Hamısını oxu