Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Azərbaycan Tarixi Muzeyində Belarus nümayəndə heyəti ilə görüş keçirilib

II Dünya müharibəsində Belarus cəbhəsində döyüşmüş azərbaycanlılar haqqında kitab hazırlanması məqsədi ilə 6-11 sentyabr 2021-ci il tarixlərində Belarus nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri planlaşdırılıb.

 

Qeyd edək ki, bu səfər proqramı çərçivəsində Belarus jurnalist yazarları Larisa Kuçerova və Dmitriy Koşevar ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində görüş keçirilib. Görüşdə qeyd olunan kitabın hazırlanması ətrafında müzakirələr aparılıb. Baş direktor, akademik N.Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin kitabın hazırlanmasında dəstək göstərəcəyini qeyd etdi. Müzakirə çərçivəsində muzeyin fondlarında mövzu ilə əlaqədar bir çox materialların olduğu və həmin materialların kitabın hazırlanması zamanı istifadə olunacağı vurğulandı.

 

Müzakirədən sonra Larisa Kuçerova II Dünya müharibəsi dövründə azərbaycanlıların Belarus uğrunda qəhrəmancasına döyüşdüyünü və Belarus xalqının bunu heç zaman unutmayacağını vurğuladı.

 

Həmçinin qonaqlara Muzeyin nəfis tərtibatlı nəşrləri təqdim olundu. Sonda qonaqlar Muzeyin ekspozisiyası, "Anadır arzulara hər zaman Qarabağ" və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgiləri ilə tanış oldular.

 

Mənbə: http://azhistorymuseum.gov.az/az/news/3556?fbclid=IwAR0UEzqr80V74-G6zPfJ5s_Z47u_paMYeeMkmMjTlXTDqLxfnk9x-s-pGqU

2021-09-08 12:39:00
1280 baxış

Digər xəbərlər

Prezident Administrasiyası və QHT Agentliyinin yetkililəri Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı təbrik ediblər. Təbrikə görə Vüsal Quliyev və Aygün Əliyevaya təşəkkürünü bildirən Fatma Səttarova, bunu bütün Azərbaycan qadınlarına göstərilən diqqət kimi dəyərləndirib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib.

Hamısını oxu
“Zəfər” futbol turniri keçiriləcək

Turnir Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə təşkil olunur   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə “Zəfər” futbol turniri keçiriləcək. Ölkəmizin tarixi qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirin açılış oyunu sentyabrın 27-də baş tutacaq. Turnirdə 17 komanda birincilik uğrunda mübarizə aparacaq. Finala yüksələn komandalar arasında həlledici oyun noyabrın 8-də baş tutacaq və qalib komanda müəyyənləşəcək.   Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən “Zəfər” futbol turniri Vətən Müharibəsində Zəfərin ən böyük pay sahibləri olan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.  

Hamısını oxu
“Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər heyrətamizdir”

Cavid Osmanov: “Onlar arxa cəbhədə əsl fədakarlıq sərgiləyiblər”   “Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər sözün həqiqi mənasında heyrətamizdir” .   Bunu Veteran.gov.az-a açıqlaamsında millət vəkili Cavid Osmanov bildirib. Millət vəkili vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə, yüksək dağlıq relyefdə görülən işlərin miqyası olduqca böyükdür:   “Bu gün işğaldan azad edilən ərazilərə səfər etdikdə “Azərişıq”ASC-nin bu ərazilərdə həyata keçirdiyi böyük layihələri qürur və sevinclə izləməmək mümkün deyil. Yüksək dağların qoynunda ucalan nəhəng elektrik ötürücüləri, meşələrin üzəri ilə uzanıb gedən yüksək gərginlikli elektrik naqilləri “Azərişıq”ASC əməkdaşlarının gecəli-gündüzlü əməyindən, fədakarlığından, xalqa, vətənə olan sevgisindən xəbər verir.   Ən başlıca məqamlardan biri isə ondan ibarətdir ki, “Azərişıq”ASC bütün bu işlərə müharibədən sonra deyil, elə müharibənin gedişində başlayıb. Torpaqlarımız işğaldan azad edildikcə dövlət başçısının tapşırığına əsasən həmin ərazilərin elektrik enerjisi ilə təminatını həyata keçirən “Azərişıq” əməkdaşları, qısa zamanda sözügedən ərazilərin elektrik enerjisi ilə təminatına nail oldu. Bu, digər dövlət qurumlarının da öz fəaliyyətini daha səmərəli və optimal şəkildə təşkil etməyə, xidmət keyfiyyətini yüksəltməyə imkan verdi. Təkcə bir faktı vurğulayım ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan mədəniyyət paytaxtımız Şuşa cəmi 37 günə elektrik enerjisi ilə təmin olundu. Bütün bunlar Prezident İlham Əliyevin quruculuq siyasətinin, “Azərişıq”ASC əməkdaşlarının fədakarlığının, onların Qarabağdakı bərpa prosesinə verdiyi dəstəyin göstəricisidir. Qarabağda həyata keçirilən digər təmir-bərpa və quruculuq işlərinin fonunda reallaşan bütün bu layihələr qısa zamanda işğaldan azad edilən ərazilərimizdə həyatın əvvəlki axarına düşməsini, məcburi köçüknlərimizin öz doğma ata-baba yurdlarına qayıdışını təmin edəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin dəvəti ilə Ukraynalı həkimlər qazilərimizi müayinə edib

Veteran.gov.az xəbər verir ki, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə Novamed klinikasında Ukraynadan dəvət olunmuş həkim ekspertlər tərəfindən bir çox qazi tibbi müayinə olunub.   Qazilər tibbi müayinələri, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olundu. Tibbi müayinə aksiyasında Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyəti, klinkanın rəhbər və tibbi personalı iştirak ediblər.   Tibbi aksıyada çıxış edənlər bildirdilər ki, Birlik tərəfindən davamlı olaraq şəhid ailələrinə və qazilərə bu cür tibbi əhəmiyyətli dəstəyi həyata keçirməkdə əsas məqsəd ölkəmizin həssas təqbəqsinin sağlamlığının vacibliyini düşünürək dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərin sağlaamlığının yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri uğurlu fəaliyətə ictimai təkan olmaqla yanaşı tibbi dəstək göstərməkdir.    

Hamısını oxu