Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir”

Cəlil Xəlilov: “Xalqlarımız dar gündə daim bir-birlərinin yanında olub, bir-birinə dsətək verib”

 

Bu gün Bakının daşnak-bolşevik zülmündən qurtuluşunun 103-cü ildönümüdür.

 

Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisənin Azərbaycan üçün önəminə toxunub:

 

“1918-ci ilin sentyabrına qədər sadəcə Bakıda deyil, ümumilikdə Azərbaycandakı mövcud durum son dərəcə acınacaqlı idi. Ermənilər bütün ölkə ərazisində silsilə qətliamlar həyata keçirmiş, minlərlə insanı amansız işgəncələrlə məhv etmişdilər. Bakı şəhəri erməni-bolşevik qüvvələrinin nəzarəti altında idi. Azərbaycanlılar öz vətənlərində hüquqsuz vəziyyətdə, ölüm təhlükəsi altında yaşayırdılar. Bakının, bütövlükdə dövlətçiliyimizin itirilməsi təhlükəsi mövcud idi. Məhz bu təhlükənin qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) rəhbərləri müxtəlif xials yolları arayır, ciddi səylər ortaya qoyurdu. Belə bir məqamda qardaş Türkiyə dövləti Azərbaycan xalqının köməyinə gəldi. 1918-ci ilin 15 senbtyabrında ağır döyüşlərdən sonra Bakı Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik qüvvələrindən azad edildi. Bundan sonra AXC-nin paytaxtı Gəncədən Bakıya köçürüldü və digər bölgələrimiz də erməni quldur dəstələrindən təmizləndi.

 

15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir. Xalqlarımız dar gündə daim bir-birlərinin yanında olub, bir-birinə dsətək verib”.

 

Cəlil Xəlilov qeyd edib ki, Türkiyənin Azərbaycana verdiyi bu tarixi dəstək bu gün də xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilməkdədir:

 

“Qardaş Türkiyənin Azərbaycana verdiyi bu mühüm dəstək hər zaman xalqımız tərəfindən dərin minnətdarlıq və rəğbət hissi ilə yad edilib və bu gün də eyni minnətdarlıq duyğusu ilə xatırlanmaqdadır. Nəzərinizə çatdırım ki, Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq. Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında təşkil edilən yürüşlər hərbi orkestrlərin müşayiəti ilə keçiriləcək. Bundan başqa, ölkədə bu tarixi günlə bağlı çoxsaylı tədbirlər keçiriləcək ki, bütün bunlar Türkiyənin bir əsr öncə ölkəmizə etdiyi qardaş yardımına xalqımızın verdiyi önəm və duyduğu minnətdarlıqdan xəbər verir”.

 

Sədr müavini Türkiyənin 44 günlük Vətən müharibəsində də ölkəmizə mənəvi və diplomatik baxımdan ciddi dəstək verdiyini xatırlatdı:

 

“Qürurvericidir ki, biz 44 günlük Vətən müahribəsində də Türkiyənin ölkəmizə dəstəyinə şahid olduq. Türkiyə həm mənəvi, həm də diplomatik baxımdan Azərbaycana ciddi dəstək verməklə, öz qəti, xəbərdaredici mövqeyini ortaya qoydu. Məhz Türkiyənin bu qətiyyətli davranışları bəzi ermənipərəst qüvvələrin proseslərə geniş müdaxiləsinə imkan vermədi. Türkiyə dövləti açıq şəkildə bəyan etdi ki, əgər hər hansı üçüncü qüvvə müharibəyə müdaxilə etsə, o zaman Türkiyə dövləti bütün gərəkli addımları atacaqdır. Bu baxımdan Türkiyənin tarixi qələbəmizdə mühüm rol oynadığı birmənalıdır.

 

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək yüz il öncəki yardımlaşma ənənəsinin bu gün də davam etdiyini göstərir. Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər sürətlə inkişaf etməkdə, genişlənməkdədir. 44 günlük Vətən müharibəsində sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilələr bunu bir daha sübut edir.

 

Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və bütün regionda sülhün, əminamanlığın qorunub saxlanılmasına öz töhfəsini verəcək”.

 

Mətbuat xidməti

 

2021-09-15 11:18:00
1129 baxış

Digər xəbərlər

“Ermənistan Rusiyanın girovuna çevrilib”

Nəsib Məhəməliyev: “Sərhəddəki erməni təxribatlarına bundan sonra da sərt cavab veriləcək” Son vaxtlar erməni təxribatlarının genişlənməsi təmas xəttində gərginliyin yenidən artmasına səbəb olub. Maraqlıdır, İrəvanın bir yandan “sülh” deyib, digər yandan  təxribata əl atması hansı məntiqlə izah oluna bilər? Bu təxribatlara son qoyulmasa, Azərbaycanın yeni bir anti-terror əməliyyatına start verməsi mümkündürmü? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Müəyyən fasilələrdən sonra sərhəddə baş verən təxribatlar gözlənilən idi. Geniş miqyaslı hərbi əməliyyatlar bitsə də, vaxtaşırı lokal toqquşmalar, təxribatlar, atəşkəs rejiminin pozulması müşahidə olunur. Bunların baş verməsinin əsas səbəbi, Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinin harada, kimin vasitəçiliyi və hansı formatda aparılmasıdır. Danışıqların xronologiyasına diqqət edək. ABŞ-da dövlət katibi Blinkenin vasitəçiliyi ilə Xarici işlər nazirlərinin dörd gün davam edən görüşü keçirildi. Rəsmi məlumata görə bəzi müsbət addımlar atıldı və qərara alındı ki, növbəti görüş dövlət başçıları səviyyəsində, Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilsin. Ermənistanın, prosesə Fransa prezidenti Makronu cəlb etmək istəyi, Azərbaycanın qəti mövqeyinə görə baş tutmadı. 9 mayda, Moskva səfərindən sonra Paşinyan növbəti dəfə mövqeyini kəskin şəkildə dəyişdi və sərsəm bəyanatlar səsləndirdi. Paşinyanın davranışını bir neçə faktorlarla izah etmək olar. Birincisi, Paşinyanın hakimiyyəti yekcins deyil, erməni cəmiyyətinin və erməni diasporasının əksər hissəsi tərəfindən dəstəklənmir. Ələlxüsus, silahlı qüvvələrin komanda heyətində Rusiyada təhsil almış və bu ölkəyə bağlı çoxsaylı kadrlar, hökumətin verdiyi istəniən qərarı boykot etmək, təxrbatlar törətmək iqtidarındadırlar. İkincisi, xroniki erməni xəstəliyi ilə bağlıdır. 44 günlük müharibədə ağır məğlubiyyətə uğramaqlarına, özlərinin rəsmən etiraf etdikləri 11 mindən artıq müharibədən qorxub qaçan fərarinin olmasına baxmayaraq, erməni cəmiyyətində revanş hissi ilə yaşayan daşnak-millətçi kəsimin hakimiyyətə təsiri böyükdür. Bu gün də Ermənistanda və Qarabağda fasiləsiz olaraq, muzdlu döyüşçülərin hazırlanması üzrə kurslar təşkil olunur, partizan müharibəsinə hazırlaşırlar. Sülh müqaviləsi imzalandığı halda, hakimiyyəti dövlət çevrilişi ilə hədələyirlər. Üçüncüsü, Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiyanın ya şəxsi mülkiyyətidir, ya da ki, uzunmüddətli icarədədir. Ermənistanda Rusiyanın xarici ölkələrdə mövcud olan ən böyük hərbi bazası yerləşir və Türkiyə, İranla sərhədlərini rusiyalı sərhədçilər qoruyur. Faktuki Rusiyanın təşkilatları hesab olunan KTMT-nın, Avroasiya və vahid Gömrük İttifaqlarının üzvüdür. Son 30 ildə Ermənistanın apardığı yanlış siyasət, ölkəni Rusiyadan, diasporadan, müxtəlif lobbi təşkilatlarından asılı vəziyyətə salmış, girovuna çevirmişdir. Loru dilində desək, “erməni adlı xanımın” bir neçə adaxlısı var və hər hansı bir qərarın verilməsində onların hər birinin razılığı olmalıdır. Adaxlılardan ikisinin bir-biri ilə barışmaz düşmənçilik səviyyəsində olduğunu nəzərə aldıqda, vəziyyətin necə acınacaqlı olması aydınlaşır. Dördüncüsü, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdən çıxarılmasının əleyhdarı olan qlobal güclərin qurduğu oyunlarla bağlıdır. Burada söhbət təkcə Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Daha geniş arealı, coğrafitanı əhatə edir. Böyük sülh müqaviləsinin imzalanması o deməkdir ki, hər iki dövlətlə yanaşı, qardaş ölkə Türkiyəyə qarşı irəli sürülən ərazi və saxta “genosid” iddialarına son qoyulacaq, böyük bir regionda əmin-amanlıq bərpa olunacaqdır. Bu isə, kürəsəl güclərin planları ilə uzlaşmır. Bəllidir ki, sülh danışıqları iki formatda aparılır. Biri Kollektiv Qərbin təşkil etdiyi Brüssel formatı, digəri Rusiyanın. Rusiya, Cənubi Qafqazda maraqlarının olduğunu gizlətmir. İstənilən üçüncü qüvvənin müdaxiləsini öz siyasətinə təhlükə olaraq görür və qısqanclıqla yanaşır. Bütün bunları Paşinyan görür və vəziyyətin son dərəcə kritik olduğunu başa düşür. Bir yandan Qərb tərəfindən, Rusiyanın Qafqazdan çıxarılmasına yönəlik siyasəti, digər tərəfdən Rusiyanın təzyiqləri, Paşinyanı hər iki qütb arasında vurnuxmağa, tez-tez fikrini dəyişməyə məcbur edir. Üstəlik, populist olmasına rəğmən, onun bəzi şəxsi keyfiyyətləri, geosiyasi oyunlarda əyalət düşüncəli primitiv siyasətçi, piyada təsiri bağışlaması, qətiyyətsizliyi, sülhün əldə olunmasını mümkünsüz edir. Müharibədən sonrakı seçkilərdə erməni xalqı Paşinyana kart-blanş versə də, istifadə edə bilmədi. Azərbaycanın anti-terror əməliyyatlarına başlamasına gəldikdə isə, biz Ermənistan ərazisində yox, Qarabağda separatçılara qarşı keçirə bilərik. Laçın rayonu ərazisində nəzarət-buraxılış məntəqəsini açmaqla, dövlət sərhədlərimiz tam nəzarətə götürülmüşdür. Ermənilər anlamalıdır ki, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, daha çox onlara lazımdır. Onların sərhəddə törətdikləri və planlaşdırdıqlarl təxribatlara silahlı qüvvələrimiz tərəfindən ən sərt şəkildə cavabı verilir və gələcəkdə də veriləcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin, xəsarət alan hərbçilərimizə şəfa versin”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, polkovnik Adil Haqverdiyevin bacısı Qəmər xanım dünyasını dəyişib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Qəmər xanımın vəfatı ilə bağlı mərhumun bütün doğmalarına, o cümlədən qardaşı  Adil Haqverdiyevə dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 may Qələbə günü qeyd edilmişdir

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. RVT–nin inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 80 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlvə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında  o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, ziyalılar, media nümayəndələri, gənclər iştirak etmişdirlər. Tədbirdə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. O bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Sonra veteranlar çıxış edərək onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolundan, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Hərbi orkestrin ifasında Respublika Veteranlar Təşkilatının Qələbənin 72 illik yubileyi münasibəti ilə hazırladığı sözləri Zəminə Xınalıya, musiqisi Şahin Musaoğluna aid “Veteranlar Marşı”  və digər musiqilər səslənmişdir. Sonda veteranlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Hamısını oxu