Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransı işə başlayıb

Ağdamda 16 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransın ilk günü başa çatıb.

 

Konfransdan öncə tədbir iştirakçıları Ağdam şəhərində Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını, Çörək muzeyini, Ağdam Dövlət Dram Teatrını, Cümə məscidini və Mərkəzi meydanı ziyarət ediblər.

 

Tədbir iştirakçıları Ağdam torpağında birlikdə ağac əkiblər.

 

Konfransı açılış nitqi ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov açıb. Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulslari” I Beynəlxalq elmi-praktik konfransının iştirakçılarına müraciəti səsləndirilib.

 

Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli çıxış edib.

 

Plenar iclasda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri”, AMEA İqtisadiyyat İnstitutu “Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin rəhbəri, AMEA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” mövzusunda çıxış edib.

Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”,  “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.

Daha sonra yerli və xarici qonaqların iştirakı ilə sual-cavab sessiyası keçirilib.

 

Sonda xatirə şəkli çəkilib.

 

Qeyd edək ki, konfransın növbəti və son görüşü bu gün videoformatda keçiriləcək.

 

Məlumat üçün bildirək ki, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın bütün təşkilati işləri Qarabağ Dirçəliş Fondu tərəfindən qarşılanıb.

 

Tədbirin internet resursu ilə təmin olunması isə “Azercell” şirkətinin dəstəyi ilə reallaşıb.

 

2021-09-17 14:45:00
1281 baxış

Digər xəbərlər

“Təşkilatımız Vətən müharibəsi veteranları ilə öz sıralarını sürətlə genişləndirməkdədir”

Cəlil Xəlilov: “Bu, veteranlarımızın ictimai aktivliyi ilə yanaşı, Təşkilatımıza olan münasibətini əks etdirir” “Təşkilatımız Vətən müharibəsi veteranları ilə öz sıralarını sürətlə genişləndirməkdədir”. Bu, veteranlarımızın ictimai aktivliyi ilə yanaşı, Təşkilatımıza olan münasibətini əks etdirir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əsas vəzifələrindən biri ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının   əlaqədar aidiyyəti dövlət orqanları ilə əlaqələndirmək, onları düşündürən məsələləri müvafiq qurumalr qarşısında qaldırmaqdır: “Bütün kateqoriyadan olan veteranların sosial durumunun diqqətdə saxlanılması təşkilatımızın əsas vəzifələrindən biri olaraq qalır. Bildiyiniz kimi, dövlətimiz şəhid ailələri, müharibə əlilləri, qazi və müharibə veteranlarının sosial vəziyyətinin mütəmadi olaraq yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır, bu yöndə miqdarı milyard manatlarla hesablanan nəhəng layihələr həyata keçirir. Məhz dövlətimizin məlum qayğısının nəticəsidir ki, bu gün Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərilən diqət və qayğıya görə dünyanın bəlkə də ən qabaqcıl dövlətidir. Təbii, bu məsələdə dövlətlə yanaşı, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları da aktiv rol oynamalı, dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməli, hansısa məmurun laqeyd münasibəti ilə üzləşən veteranların səsinin dövlətə çatdırılmasında yaxından iştirak etməlidir. Unutmamalıyıq ki, həssas kateqoriyadan olan vətəndaşlarımıza yardım etmək, onların arzu və istəklərinə ikiqat diqqətlə yanaşmaq hər birimizin mənəvi borcudur və hər bir azərbaycanlı bu borca sədaqətlə yanaşmalıdır”. Vətəndaşın dövlətlə, onun əlaqədar qurumları ilə əlaqələndirilməsi, problemin qarşılıqlı anlaşma əsasında həlli, vətəndaş hüquqlarının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi baxımından olduqca önəmldir. Bu, həm də anti-milli qüvvələrin dövlətimizlə bağlı çirkin məqsədlərinin qarşısını almaq baxımından vacibdir. Bildiyiniz kimi, bəzi qüvvələr var ki, onlar xalqla-dövlət, vətəndaşla-hökumət arasında süni gərginlik yaratmağa, bu gərginlik fonunda öz məkrli niyyətlərinə nail olmağa çalışır. Bunun üçün isə onlar çox vaxt gənclərdən, eləcə də veteranlardan istifadə etməyə səy göstərirlər. Buna görə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı paytaxt və bölgələrdə keçridiyi çoxsaylı görüşlərdə, konfrans və forumlarda geniş maarifləndirmə işləri həyata keçirir. Bildiririk ki, hər bir vətəndaş onda narazılıq doğuran məsələ ilə bağlı əlaqədar dövlət qurumuna müraciət etməli, problemin hüquqi müstəvidə həllinə nail olmalıdır. Bu baxımdan onlar bizim Təşkilatımız vasitəsi ilə də öz səslərini istənilən dövlət qurumuna çatdıra bilərlər. Biz bugünə qədər olduğu kimi, bundan sonra da veteranlarımıza bu və digər məsələlərdə dəstək olmağa, onlara əlimizdən gələn köməkliyi göstərməyə hazırıq”. Polkovnik bildirib ki, son vaxtlar 44 günlük Vətən müharibəsi iştirakçılarının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına kütləvi şəkildə üzv olması gənclərin, veteranların bu Təşkilata olan münasibətini əks etdirir: Bizim üçün qürurvericidir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı olan gənclərimiz kütləvi şəkildə Təşkilatımıza üzv olur, onun fəaliyyətində yaxından iştirak edirlər. Bu, gənclərimizin aktivliyinin göstəricisi olmaqla yanaşı, həm də onların Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına olan münasibətini əks etdirir.  Təbii, üzləşdiyimiz bu mənzərə bizi çox sevindirir, eyni zamanda bizim çiynimzidəki məsuliyyət hissini artırır. Mən inanıram ki, Müzəffər Ali baş Komandan İlham Əliyevin diqqət və qayğısı, dövlətimizin dəstəyi ilə bundan sonra da veteranlarımızı düşündürən bütün məsələlərin həllinə nail olacaq, dövlət və xalq olaraq bütün hədəflərimizi gerçəkləşdirəcəyik. Unutmayaq ki, bütün uğurlarımızın, qələbələrimizin açarı birliyimizdədir və bu birliyi daim qorumaq bizim hər birimizin mənəvi borcumuzdur”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev şəhid ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev Beyləqan Rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub. Daha sonra Ənvər Qarayev Təşkilat sədri polkovnik Cəlil Xəlilovun tapşırığına əsasən şəhid Rizvan Nəsirovun ailəsini ziyarət edib.  Ziyarət əsnasında şəhid ailəsinin vəziyyəti ilə maraqlanan Ənvər Qarayev, şəhidlərimizin dövlət və xalq qarşısındakı xidmətinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və ehtiramla xatırlanacağını bildirib. Görüşün sonunda Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından şəhid atası Yusif Nəsirova əlil arabası hədiyyə edib. Şəhid ailəsi olaraq Prezident İlham Əliyevin diqqətini daim üzərlərində hiss etdiklərini bildirən Yusif Nəsirov, qayğıya görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
XƏZƏRİN SAHİLİNDƏN ŞƏRƏF CƏLİLİ İLƏ ...

Hamısını oxu
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.   Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib. Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı. Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi. 

Hamısını oxu