Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Əsrin müqaviləsi” – milli tərəqqiyə aparan yolun başlanğıcı

Bu gün dünyada güclü, nüfuzlu və qalib ölkə kimi tanınan Azərbaycanın müstəqillik illərində mühüm nailiyyətlər qazanaraq öz iqtisadi və siyasi imkanlarını artırmasında vacib rol oynayan amillərdən biri uğurlu enerji siyasətinin həyata keçirilməsidir. Enerji ehtiyatlarından səmərəli istifadə olunaraq ölkənin milli gücünün artırılması siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Xüsusilə də, 20 sentyabr 1994-cü il tarixində "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açıldı, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yarandı. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə sabitliyin, təhlükəsizliyin hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına səbəb oldu və bu, imzalanan sazişlərdə, anlaşma memorandumlarında öz əksini tapdı. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən “Əsrin müqaviləsi”  yenicə müstəqillik əldə etmiş Azərbaycanın dünya birliyi ilə tərəfdaşlığının həlledici amillərindən birinə çevrildi.

 

Praqmatik enerji strategiyası Azərbaycanın milli gücünün artmasını şərtləndirib

 

Təqdirəlayiq haldır ki, Ümummilli Liderimizin müəllifi olduğu neft strategiyasının Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə böyük üstünlüklər qazandırıb. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz  kəmərlərinin istifadəyə verilməsi də Azərbaycanın regionun lider ölkəsinə çevrilməsini şərtləndirən mühüm amillərdən biri olub. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin, daha dəqiq desək, «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması, müddətin 2050-ci ilə qədər uzadılması isə Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində dünyada yeri və rolunun, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinin təqdimatı oldu. Beləliklə, Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsası qoyuldu. Digər tərəfdən, Azərbaycanın təşəbbüsü, moderatorluğu və liderliyi ilə reallaşdırılan layihələr çoxtərəfli əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsinə səbəb olub. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması, onun əsas seqmentlərindən olan TANAP-ın və TAP-ın istifadəyə verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.

 

“Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb

 

Bütövlükdə, Azərbaycanın uğurlu enerji strategiyası və reallaşdırılan layihələr çərçivəsində davam etdirilən genişmiqyaslı əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfədir. Bununla yanaşı, enerji layihələri həm də Azərbaycan iqtisadiyyatının inkişafına yeni stimuldur. Belə əməkdaşlıqlar nəticəsində əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına dəstəkdir. “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb. Digər tərəfdən, Azərbaycanın enerji proyektlərinin uğurlu nəticələri regionların sosial-iqtisadi inkişafı, əhalinin məşğulluq səviyyəsinin artması, insanların rifahının yaxşılaşması baxımından da olduqca mühüm əhəmiyyətə malikdir. Öz ərazi bütövlüyünü bərpa etmiş – torpaqlarını işğaldan azad etmiş Azərbaycanı qarşıdakı dövrdə yeni inkişaf prosesləri və quruculuq işləri gözləyir. Şübhəsiz ki, uğurlu enerji strategiyası həm respublikamızın regionlarında, həm də ən əsası, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlərin görülməsi üçün mühüm imkanlar yaradacaq.

Nəticə etibarı ilə, səmərəli və məqsədyönlü enerji strategiyası Azərbaycanın gələcək inkişafı – ölkəmizin milli tərəqqisi üçün dayanıqlı zəmin yaradıb.   

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

2021-09-20 09:18:00
1022 baxış

Digər xəbərlər

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir. APA-nın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. May ayının 9-u ölkədə qeyri-iş günüdür. 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Qeyd edək ki, bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq. Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.  

Hamısını oxu
Azərbaycanda hərbi xidmətdən tərxis başladı

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb.   Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.  Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir.  Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Hamısını oxu
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir. Beləliklə, ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən: 1) “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır. 2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:  ● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla) ● kitab satışı ● qəzet satışı ● dəftərxana mallarının satışı ● çap və sürətçıxarma fəaliyyəti ● fotoatelye/fotostudiyalar ● fərdi mənzillərdə təmizlik xidmətləri ● dərzi xidmətləri ● kosmetika və ətriyyat satışı ● geyim satışı ● ayyaqqabı və dəri məmulatlarının satışı ● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti ● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ● kompüter avadanlıqlarının satışı və təmiri ● elektronika və məişət texnikasının satışı ● mebel satışı ● avtomobil satışı ● kimyəvi məhsulların satışı ● gül və bitki məhsullarının satışı ● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı ● gübrə və aqrokimyəvi məhsulların satışı Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır. Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək. Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaqdır:    ● 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);    ● 2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);    ● 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür. COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq. COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov bir qrup veteranı qəbul edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 3 iyul 2026-cı il tarixində “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin buir qrup üzvünü qəbul edib. Görüş zamanı veteranları maraqlandıran məsələlərə toxunulub, əməkdaşlıq imkanları müzakirə edilib. Seymur ƏLİYEV    

Hamısını oxu