Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili Tahir Mirkişili dünən Sumqayıtda bir qrup şəhid ailəsi ilə görüşüb. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə aşağıdakıları yazıb:

 

“Vətən müharibəsinin ildönümü ərəfəsində bu gün Sumqayıtda bir qrup şəhid ailəsini ziyarət etdik. Şəhidlərimizin döyüş yolunu əks etdirən kadr və şəkilləri gördükcə düşmən üzərindəki möhtəşəm zəfərimizin hansı iradə və əzmkarlıq hesabına başa gəldiyini bir daha anlayırsan… Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bu möhtəşəm qələbəsi tariximizin ən şərəfli səhifədir. Hər bir şəhid ailəsi onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər.

 

Şəhid ailə üzvləri ilə söhbət edib, onları narahat edən məsələləri dinlədik. İndidən sonra da şəhid ailə üzvlərinə, onların ideyalarına dəstək olmağı davam etdirəcəyik.

 

Seymur ƏLİYEV

 

 

2021-09-20 12:05:00
1154 baxış

Digər xəbərlər

“Azərbaycan Vətən müharibəsində onu dəstəkləyən dost Pakistanla əməkdaşlıqda maraqlıdır”

Arzu Nağıyev: “Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan işğalçı dövlətlə bütün diplomatik əlaqələri kəsib” Bugünlərdə Azərbaycan hərbçiləri Pakistandakı paradda iştirak edib, dost dövlətlə həmrəylik sərgiləyiblər. Bundan başqa, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva arasındakı görüşdə iki dövlət arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edilib. Maraqlıdır, Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı hər iki dövlətin maraqları baxımından nə dərəcədə önəmlidir? Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev, Azərbaycanın bütün dost dövlətlər, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maarqlı olduğunu bildirib: “Bir sıra dövlətlər var ki, bizim həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni, mənəvi və hərbi əməkdaşlığımız mövcuddur. Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan Ermənistanla bütün diplomatik əlaqələri kəsib. Pakistan hərbi baxımdan da güclü bir dövlətdir. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın mövcudluğu mühüm əhəmiyyətə malikdir. Bizim bir sıra dövlətlərlə yanaşı, Pakistanla da müəyyən silah-sursatın idxalı ilə bağlı müqavilələrimiz mövcuddur.   44 günlük Vətən müharibəsaində Pakistan bizə mənəvi dəstək verən islam dövlətlərindən biridir. Təbii ki, Türkiyə ilə münasibətimiz yüksək səviyyədədəir. Pakistanla münasibətlərimiz də kifayət qədər qənaətbəxşdir. Azərbaycan və Pakistan arasında humanitar sahədə də geniş əməkdaşlıq var. Heydər Əliyev Fondunun Pakistanın bir sıra qurumları ilə əlaqəsi buna nümunədir. Bu gün Pakistan hərbi qüdrətinə görə dünyanın ən güclü dövlətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bizim Pakistanla effektiv əməkdaşlığımız mövcuddur. Pakistandakı paradda Azərbaycanın müdafiə nazirinin iştirak etməsi, hərbçilərimizin bu paradda təmsil olunması faktı da göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bizi dəstəkləyən hər bir dövlətlə, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Hansı ki, bu əməkdaşlıq həm Azərbaycanın, həm də Pakistanın dövlət maraqlarına tam cavab verir”. Seymur ƏLİYEV

Hamısını oxu
Cəlil Xəlilov: Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub

Zəngin və mənalı həyat yolu keçən ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı zamanın ağır sınaqlarından çıxarıb. Dahi şəxsiyyət böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında ikən Ulu Öndərə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib. Dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib. “Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında müstəsna rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu Öndər Azərbaycan və dünya tarixinin yaddaşında qalacaq. Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində və ölkəmizin dünyada tanınmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi həkk olunub”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Azərbaycan dünyada sözü və mövqeyi olan bir dövlətə çevrilib

"Azərbaycan həmin vaxtlar dağılmaq ərəfəsində idi. Buna həm daxildən, həm də xaricdən müəyyən qüvvələr təsir göstərirdi. Lakin, Heydər Əliyevin həmin dövrdə hakimiyyətə gəlməsi bu məsələlərə son qoydu". Moderator.az xəbər verir ki, bu sözləri SİA-ya  açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə təəssüratlarını ölüşərkən deyib. O bildirib ki, bu gün Azərbaycan xalqı üçün ən əlamətdar günlərdən biridir və həmin gün Azərbaycan böyük bir fəlakətdən və qardaş qırğınından qurtarıb: "Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsindən xilas oldu. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda stabillik bərpa olundu və bu bütün hüquq mühafizə orqanlarının, dövlət aparatının, hakimiyyət quruluşlarının gücləndirilməsinə imkan verdi ki. Azərbaycanın bayrağı BMT-də dalğalandı. Azəbaycan dünyanın aparıcı ölkələri ilə iqtisadi, siyasi, hərbi əlaqələr qurdu. Bu da həm Azərbaycanın iqtisadi gücünün artırılmasına, həm də ordunun gücünün artırılmasına kömək oldu. Əsrin neft kontraktının imzalanması Azərbaycanın imicinə və Azərbaycanın dünya ölkələri tərəfindən tanınmasına, möhkəmlənməsinə öz töhfəsini verdi. Bu gün Azərbaycan dünya ölkələri arasında sözü və mövqeyi olan bir dövlətə çevrilib. Azərbaycan cəmiyyəti də bu gün onun baris nümunəsini və xeyrini görür". Cəlil Xəlilov vurğulayıb ki, bu gün rayonlarımızda görülən abadlıq işləri, Bakı şəhərinin özündə və digər şəhərlərdə iqtisadi vəziyyətin yaxşılaşdırılması, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, kommunal işlərin gücləndirilməsi, yolların çəkilməsi, körpülərin salınması və s. bu kimi işlər həmin günlə, 15 İyun Milli Qurtuluş Günü ilə bağlıdır: "Həmin dövrün hadisələri gözümün qarşısında olub. Azərbaycan həmin vaxtlar dağılmaq ərəfəsində idi. Buna həm daxildən müəyyən qüvvələr təsir göstərirdi, həm də xaricdən müəyyən qüvvələr təsir göstərirdi. Azərbaycan bir dövlət kimi məhvə doğru gedirdi. Lakin, Heydər Əliyevin həmin dövrdə hakimiyyətə gəlməsi bu məsələlərə son qoydu. Onun xidmət təcrübəsi, uzun müddət dövlət orqanlarında rəhbər vəzifələrdə işləməsi Azərbaycanda tez bir zamanda stabilliyin əldə olunmasına imkan yaratdı. Dövlət qurumları yaradıldı. Heydər Əliyev idarəetmə mexanizmini öz üzərinə götürdü və Azərbaycanı fəlakətdən xilas etdi".  

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha 7 kəndini işğaldan azad edib

Bakı, 4 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu