Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Qarabağ - Zəfərə gedən yol" adlı İntellektual Bilik yarışı keçirilib

Veteran.gov.az xəbər verir ki, Xaçmaz Rayon Gənclər və İdman İdarəsi və Xaçmaz Gənclər Klubu yeniyetmə və gənclər arasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Qarabağ - Zəfərə gedən yol" adlı Xəmsə formatında İntellektual Bilik yarışı keçirib.

 

İntellektual yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.1. yarımbəndinin icrasının təmin edilməsi, intellektual oyunların gənclər arasında təbliği, gənclərin dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə təşkil olunub.

Yarışda 6 komanda tərkibində birləşən 30 nəfər gənc bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən Kolizey komandası - I yerə, Pentaqon komandası II yerə, Polad komandası III yerə layiq görülüblər.

 

Qalib komandaları İdarə tərəfindən kubok, medallar və diplomlarla təltif olunublar.

Qalib komandaları təbrik edirik.

 

Yarış pandemiya qaydalarına uyğun olaraq keçirilib.

 

2021-09-22 08:30:00
1224 baxış

Digər xəbərlər

Surxay Tağızadə: Xatirəsi minlərlə veteranın ürəyində yaşayacaq Böyük İnsan!

Veteran.gov.az xəbər verir ki, ictimai-siyasi xadim Surxay Tağızadə vəfat edib. Xatırladaq ki, Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir. Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur. Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar. S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin I müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı" qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur. S. Tağızadə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Veteranlarının haqq səsinin Dünya ictimayyətinə çatdırılması istiqamətində də geniş fəaliyyət göstərmiş və bunlar 1941 – 1945 ci illər Böyük Vətən müharibəsi veteranlarının 2011-ci ildə keçirilmiş ümumrespublika toplantısında, ATƏT-in rəhbərlərinə və Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinə göndərilən Müraciətlərdə, MDB ölkələri Veteranları Əlaqələndirmə Şurasının iclaslarında və başqa sənədlərdə öz əksini tapmışdır. S.Tağızadə 2010-cu ilin 24-26 noyabrında UNESKO-nun mənzil qərargahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi yeddinci beynəlxalq konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanı beynəlxalq tədbirdə təmsil etmişdir. Burada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan veteranlarının Bəyanatını yaymış və çıxış etmişdir. S.Tağızadə 2013-cü ildə Respublika Veteranlar Təşkilatının V Qurultayında Təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir.  

Hamısını oxu
“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 01 may  2023-ci ildə Bakı şəhəri   Səbail rayonu Badamdar qəsəbəsində  tədbir təşkil ediblər. Tədbir  329 saylı tam orta məktəbdə  baş tutub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev məktəblilərin gözü ilə”adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru  Elnur Mirzəyev, şagird və müəllim kollektivi İştirak etdilər. Tədbiri məktəbin direktoru  Elnur Mirzəyev açdı. O,qonaqları tədbir iştirakçılarına təqdim etdi . Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, Ulu Öndər Heydər  Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütməyin çətin və məsuliyyətli iş olduğunu deyən polkovnik qeyd etdi ki, ona görə də onlara hər zaman qayğı göstərmək, problemlərinə diqqətlə yanaşmaq lazımdır: “Heydər Əliyev  siyasətini uğurla davam etdirən, bizim əzimkar, qətiyyətli Prezidentimiz Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  ilə birlikdə uşaqlaın və gənclərin yaxşı təhsil almaları üçün daima onlara diqqət və qayğı gostərirlər.Yeni-yeni təhsil mərkəzlərinin təmiri və tikintisi buna əyani sübutdut. Mənim siz şagirdlərə tövsiyəm odur ki, valideynlərinizin zəhmətinin dəyərləndirib, müəllimlərinizin tapşırıqlarını səylə yerinə yetirib, ölkəmizin dəyərli vətəndaşları olasınız”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.          

Hamısını oxu
Böyük itki verən düşmən Qarabağdan əsgər gətirir... - Ermənilər sərhəddən qaçır

Tovuz istiqamətində gecə boyunca davam edən döyüşlərdə Ermənistan tərəfi çətin vəziyyətə düşüb.Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır.Xüsusilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepyanın döyüşlərdə cəmi iki erməni polisinin yaralanması haqda açıqlaması bəzi məqamların ortaya çıxmasına səbəb olub.Stepyan bildirib ki, “sərhəddə növbə çəkən iki polis yüngül yaralanıb”.Onun bu sözləri ermənilər tərəfindən tənqid olunub. Çünki əsgərlərin əvəzinə polisin posta olması şübhələrə yol açır.Ermənistan mediasında bununla bağlı müxtəlif məlumatlar yayılır.“Faktinfo” saytı yazır ki, yaralanan polislər əsgərlərə kömək üçün gələnlərdir. Belə ki, gecə döyüşlərində ağır itkilər verən erməni ordusu sərhədə əlavə qüvvələr gətirib və Tavuş, eləcə də ətraf rayonlardakı polis qüvvələri də döyüşlərə cəlb olunub. Bununla yanaşı, Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrindən də bəzi bölüklər Tavuş rayonuna gətirilib.Sosial şəbəkələrdə erməni istifadəçilər itkilərlə bağlı müxtəlif məlumatlar paylaşır. Bəzi məlumatlara görə, 70-dən çox itki, yüzlərlə yaralı var, başqa bir məlumatlarda hospitalların dolduğu, yüzlərlə ölünün olduğu deyilir.Ermənistan tərəfinin məlumatları gizlətməsi də düşmən ordusunun ağır itkilər verdiyindən xəbər verir.“Analitik.am” saytı isə yazır ki, əsgərlərin valideynləri nələrin baş verdiyini öyrənmək istəyir, hakimiyyət isə heç bir məlumat vermir.Sayt Ermənistanın milli təhlükəsizlik xidmətini də tənqid edib: “Azərbaycan səngərdə və internet resurslarında zərbə dalınca zərbə endirir, bizim kəşfiyyatçılarımız daxildə şeytan axtarışına çıxıb”.Hətta Tavuşd olan ermənilərin evlərini tərk etdiyi haqda məlumatlar da var.Tavuş rayonunun Movses kənd keşişi Abel Kartaşyanın sosial şəbəkələrdə “bizim üçün dua edin” paylaşımı ermənilərin narahatlığını daha da artırıb.Asif

Hamısını oxu
Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanmaq əzmindədir

Əzəli Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, Ermənistanın həyata keçirdiyi mənfur düşmənçilik siyasəti Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasının daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib. Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı fikirləri barədə AZƏRTAC-a müsahibəsində deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Ordumuz Azərbaycan xalqının tarixi ənənələrinə sadiq qalmaqla gündən-günə daha da güclənir. Beynəlxalq reytinq göstəricilərində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu olmaqla yanaşı, dünya miqyasında ən qüdrətli ordular sırasındadır. Bütün bunlar qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin, uğurlu ordu quruculuğunun və güclü iqtisadiyyatın sayəsində mümkün olub. Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin gücünün artırılmasına daim xüsusi diqqət göstərir. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, ordumuzun peşəkarlığının artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin bariz nümunəsidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləyir, onları nəzarətdə saxlayır. Ehtiyatda olan polkovnik deyib: “Bunlar sübut edir ki, ordumuz düşmən üzərində qələbə qazanmağa qadirdir. Silahlı Qüvvələrimiz peşəkar kadrlarla, yüksək hərbi təhsilli, vətənpərvər zabitlərlə komplektləşdirilib. Əsgərlərimizin döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Maddi-texniki baza daim yenilənir, gücləndirilir, daha yaxşı nəticələrin əldə edilməsi üçün müasir silah və sursatla təmin edilir. Ordunun təminatının ödənilməsi üçün lazım olan, müasir tələblərə cavab verən hərbi texnika, silah-sursatın böyük əksəriyyəti Azərbaycanda istehsal edilir. Bu, ordumuzun hərbi-texniki təchizatı baxımından xarici dövlətlərdən asılılığını azalmaqla yanaşı, iqtisadiyyatımızın inkişafına da mühüm töhfə verir. Bu gün Ordumuzun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biri hesab edilir. 2016-cı ilin aprel döyüşlərini bu uğurun göstəricisi hesab etmək olar. Ordumuzun qonşu dövlətlərlə birgə həyata keçirdiyi təlimlər də peşəkarlığın artırılmasına xidmət edir. Bütün bunlar döyüş hazırlığının yüksəlməsinə təsir edən mühüm amillərdir”. C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətin ölkəmizin tarixinə, qədim dövlətçilik ənənələrinə sadiqliyini sübut edir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, ordu quruculuğu təcrübəsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımında “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan edilməsi yüksək dəqiqliklə düşünülmüş addımdır.

Hamısını oxu