Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” açıq Bakı turniri keçirilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 26-dа Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” açıq Bakı turniri keçirilib.

 

Turnirin açılış mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, eləcə də, Vətən müharibəsinin qaziləri, şəhid valideynləri iştirak ediblər. Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutduğunu və cavab tədbirləri olaraq Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib: “Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuran igid oğul və qızlarımız qəhrəmanlıq dastanı yaratdılar, torpağımıza göz dikən düşməni yurdumuzdan həmişəlik qovdular. Bu günlər böyük qürur hissi ilə xalqımız Qələbənin ildönümünü qeyd edir. Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anırıq. Onların xatirəsi hər zaman yaddaşlarda yaşayacaq”.

 

Şəhid Muxtar Qasımlının atası Əli Qasımov qeyd edib ki, tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu düşməni torpaqlarımızdan qovub, həm də xalqımızın hərb və qürur tarixini yazıb: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu torpaqlarımızı düşmən işğalından azad etməklə, həm də xalqımızın hərb və qürur tarixini yazıb. Xalqımızın 30 illik həsrətinə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi böyük Zəfərdir. Bu gün vətənpərvər, cəsarətli gənc nəsil yetişir və biz yaşlı nəsil onlarla qürur duyuruq”.

 

Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə Azərbaycan xalqının bu günlərdə böyük iftixar hissi və fəxrlə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd etdiyini bildirib: “Azərbaycan xalqı bu günlərdə böyük qürur hissi ilə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd edir. Vətən müharibəsinin və Qələbəmizin rəmzi kimi bütün dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı idman sahəsində də qələbənin simvoluna çevrilib. Gənclərimizə və gələcək nəsillərə bu tarixi Qələbəmizi bir daha aşılamaq və hafizələrinə ömürlük həkk etmək üçün Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” adlı çempionat və turnirlərin təşkili bundan sonra da davam etdiriləcək”.

 

O, Vətən müharibəsində şəhid olan igid oğul və qızlarımızın xatirəsinin xalqımızın yaddaşında həmişəlik yaşayacağını bildirib.

 

Sonra Vətən müharibəsində iştirak etmiş qazilərə, şəhid valideynlərinə, eləcə də idman ictimaiyyətinin nümayəndələrinə, turnirlərin qaliblərinə “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlar təqdim edilib.

 

Mərasimin rəsmi hissəsindən sonra nümunəvi çıxışlar nümayiş etdirilib.

 

Daha sonra turnir yarışlarla davam edib. Turnirin qalibləri “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif edilib.

 

2021-09-27 11:34:00
1259 baxış

Digər xəbərlər

“Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir”

Xəbər verdiyimiz kimi, 22 dekabr 2025-ci il tarixində əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq qəhrəmanın Novxanı kəndindəki abidəsi ziyarət olunub, bu əlamətdar günlə bağlı böyük tədbir keçirilib. İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkiltaçılığı ilə keçirilən tədbirdə qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, onun ölümsüz xatirəsi ehtiramla yad edilib.  Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı qəhrəmanların təbliğinin milli-mənəvi dəyərlərimizin təbliği, mili kimliyimizin yaşadılması baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Mehdi Hüseynzadənin göstərdiyi qəhrəmanlıqlar öz miqyas və əzəzəmətinə görə zamana sığmayan, zamanın fövqündə dayanan qəhrəmanlıqdır. İnsanlığın “qəhvəti taun”dan xilas edilməsinə, bəşəriyyətin təhlükəsizliyinə xidmət edən bu qəhrəmanlıqlar, həm də Azərbaycan insanının milli kimliyindən, xarakterindən, yenilməzliyindən xəbər verir. Bu mənada Mehdi Hüseynzadənin doğum günü ilə bağlı Novxanı bu cür möhtərəm tədbirin keçirilməsi təqdirəlayiqdir. Bu və bu qəbildən olan tədbirlər keçmişə ehtiram əlaməti olmaqla yanaşı, həm də gələcəyə yönəlik addımlardır. Mehdi Hüseynzadə kimi qəhrəmanların təbliği yeni qəhrəmanlar yetişdirmək deməkdir. Çünki bu cür tədbirlər keçmişlə gələcək qəhrəmanlar arasında bir növ mənəvi körpü rolunu oynayır. Bugünün və gələcəyin qəhrəmanları keçmişə baxaraq, keçmişdən öyrənərək öz ruhi-mənəvi güclərini artırırlar. Mən Mehdi Hüseynzadə ilə bağlı Novxanı keçirilən bu tədbiri yüksək qiymətləndirir, bunu xalq, vətən, tarix qarşısıdna mühüm xidmətlərdən biri kimi dəyərləndirirəm. İnanıram ki, söügedən ənənə bundan sonra da qorunub saxlanılacaq və daim təkrarlanacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
Cəlil Xəlilov: Azərbaycan Prezidentinin Litvada səsləndirdiyi fikirlər dövlətimizin sülhə verdiyi önəmi göstərir

Bakı, 23 may, AZƏRTAC Prezident İlham Əliyevin Litvada mətbuata bəyanatı dövlətimizin sülhə və tərəqqiyə verdiyi önəmi göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin əhəmiyyətini yaxşı dərk edir və buna nail olmağa çalışır: “Prezident İlham Əliyev Litvada mətbuata bəyanatında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. İşğal dövründə bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlətimizin başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də səylərini davam etdirəcək. Dövlətimizin başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir. Xatırladım ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbaycanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək”. Cəlil Xəlilov Prezidentin Litva səfərində müzakirə edilən iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedla görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu. Hesab edirəm ki, Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək”.

Hamısını oxu
Nəsib Məhəməliyev Talalar kəndinin seçiciləri ilə görüşüb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Talalar kəndinin seçiciləri ilə görüş keçirdi. Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər xalqımıza tarixi nailiyyətlər qazandırıb: “Həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb”. Kənd sakinləri İslambəy Şahverdiyev, Osman Əzizov,YAP fəalı Arif Həsənov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini,sentyabrın birində seçki məntəqələrinə gələrək bu dəstəyi nümaiş etdirəcəklərini bildirdilər.. Deputatlığa namizəd Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu nəticələrini və qarşıda duran hədəfləri diqqətə çatdıraraq cənab Prezidentin siyasətinə dəstək olaraq seçki günündə seçki məntəqələrinə gələrək seçdikləri namizədə səs verməyə çağırdı. O, YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamını ifadə etdi. Ramazan Abal  

Hamısını oxu
“Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi vətəndaşlara psixoloji yardım göstərməkdə davam edir

Veteran.gov.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Bu vaxta qədər ehtiyacı olan onlarla vətəndaşa köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, həmin problemlərin müsbət həlli istiqamətində işlər görülüb. Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji seanslar keçirilib. İbrahim Əsədli  bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləyib. Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə çalışır ki, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub.  Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində əsəb və yuxusuzluqdan əziyyət çəkən vətəndaş Mənsur İbrahimovun vəziyyəti  xeyli yaxşılaşıb, gərginliyi aradan qalxıb. Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin edib. Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edilib.

Hamısını oxu