Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ucar Gənclər Evinin təşkilatçılığı ilə "Anım Günü "ndə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ucar Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr 2021 - ci il tarixində " Anım Günü " ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib.

 

Tədbirdə şəhid ailələri, Ucar rayon könüllüləri və Ucar Gənclər Evinin əməkdaşları iştirak edib.

 

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

 

2021-09-29 08:40:00
861 baxış

Digər xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Heydər Əliyevin  anadan olmasının 100-cü ildönümününün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılmasıdır. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümumilli Liderə məhəbbətinin ifadəsinin göstəricisi olacaqdır. Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı  qaydalar üzrə qəbul ediləcək: İsiqamətlər: Heydər Əliyevin portreti, eyni zamanda onun adı ilə bağlı olan memarlıq abidələri, Ulu Öndərin hakimiyyəti dövründə bərpa edilən və yeni yaradılan mədəniyyət abidələri, abadlıq-quruculuq işlərini özündə əks etdirən rəsmlər qəbul olunur. Müsabiqənin şərtləri: • Müsabiqədə 14-35 yaş aralığında olan şəxslər iştirak edə bilər • Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir istiqamət üzrə bir əsər təqdim edə bilər • Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır • Kənar şəxslərin müdaxiləsi, həmçinin kompüter qrafikası proqramları ilə hazırlanan  rəsmlər qiymətləndirilməyəcək • Təqdim olunan rəsmlərdə janr məhdudiyyəti yoxdur • Rəsmin ölçüsü maksimum 50x50 sm olmalıdır • Seçim zamanı düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları rəsm əsərini birbaşa və yaxud poçt vasitəsilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim etməlidir. Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman ayrıca vərəqdə aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir: 1) Ad, soyad, ata adı 2) Əlaqə nömrəsi 3) Təvəllüdü 4) Təhsil aldığı müəssisənin adı (Əgər varsa) Qeyd 3: Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə materialların qəbulu 20 fevral 2023-cü il tarixdən 20 aprel 2023-cü il saat 17:00-dək müddəti əhatə edir. Mükafat: I yer - 1000 AZN II yer - 800 AZN III yer - 600 AZN Hər biri 300 AZN olmaqla 5 həvələndirici mükafat Əlaqə vasitələri: Tel: 012-436-98-33 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29 Əlaqədar şəxsin nömrəsi : 055-475-87-09

Hamısını oxu
“Qarabağ Milli Parkının yaradılması erməni işğalının təbiətdəki fəsadlarının aradan qaldırılmasına tarixi töhfədir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Milli Parkının yaradılması erməni işğalının təbiətdəki fəsadlarının aradan qaldırılmasına tarixi töhfədir”.  Bunu saytımza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum Sərəncam erməni işğalı dönəmində təbiətə dəyən zərərin aradan qaldırılması, pozulan ekoloji tarazlığın bərpası kimi problemlərin həllinə Azərbaycan dövlətinin verdiyi önəmi göstərir: “Təbii ki, Qarabağ Milli Parkının yaradılması Prezidentimizin təbiətə, ekologiyaya olan həssas və qayğıkeş münasibətinin nəticəsidir. Heç kimə sirr deyil ki, 30 illik işğal dönəmində erməni tapdağında qalan ərazilərimizdə meşələr kütləvi şəkildə məhv edilib, təbiət və ekologiyaya ağır zərbə dəyib. İşğaldan azad olunan hər bir ərazidə ermənilər tərəfindən su hövzələrinin və torpaq örtüyüyü çirklənməsi, yaşıllıqların məqsədli şəkildə məhvi hallarına rast gəlinir ki, bu da problemin həlli istiqamətində effektiv və miqyaslı tədbirlər görməyi zəruri edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin bilavasitə nəzarəti və qayğısı altında təbiətə dəyən ziyanın aradan qaldırılması, ekoloji tarazlığın bərpası istiqamətində fundamental tədbirlər, nəhəng layhələr həyata keçirməkdədir. Təbii meşələrin bəpası və eləcə də süni meşələrin salınması, yaşayış məntəqlərinin ətrafı ilə yanaşı, həm də onların daxilində yaşıllıqların genişləndirilməsi işğaldan azad edilən ərazilərdə həyata keçirilən mühüm tədbirlərdən biridir. Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bunun ən böyük isbatıdır. Bu baxımdan Qarabağ Milli Parkının yaradılması dövlətimizin və Prezidentimizin bu istiqamətdə atdığı çoxsaylı addımların davamı kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan dövləti və xalqının təbiətə olan qayğıkeş münasibətinin, sağlam ekoloji mühit formalaşdırmaq əzminin göstəricidir. Əminliklə demək olar ki, Qarabağ Milli Parkının yaradılması işğal dönəmində təbiətə dəyən zərərin nəticələrinin daha sürətlə bərpasına öz müsbət töhfəsini verəcək, məlum prosesi əhəmiyyətli dərəcədə optimallaşdıracaq. Bu baxımdan Prezident Qarabağ Mili Parkının yaradılması ilə bağlı Sərəncamını alqışlayır, bunu təbiətin qorunması və erməni işğalının nəticələrinin aradan qaldırılması yolunda tarixi qərarlardan biri kimi yüksək qiymətləndiririk”. Seymur ƏLİYEV

Hamısını oxu
“Lokal xarakterli antiterror tədbirləri” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 3 noyabr  2023-ci ildə Bakı şəhəri   Səbail rayonunda tədbir təşkil ediblər. Tədbir  203 saylı tam orta məktəbdə  baş tutub.  “Lokal xaraketrli antiterror tədbirləri” adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru  Əzizə Kərimova, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Əzizə Kərimova  açdı. O, qonaqları tədbir iştirakçılarına  təqdim etdi. Daha sonra Dovlət Himni səsləndi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev ordumuzun lokal antiterror tədbirlərində sərgilədiyi qəhrəmanlığa diqqət çəkib: “Ordumuz antiterror əməliyyatı zamanı 23.50 saat ərzində bütün dünya dövlətlərinə  xalqımızın qəhramanlığını göstərdi və İkinci Qarabağ müharibəsində olduğu kimi xalqımızın birlik olub Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənlərimizə qalib gəldik. Mən bir müharibə veteranı kimi söyləyirəm ki, müharibə nə qədər çətin olsa da, mənim üçün şəhid analarının  gözlərinə baxmaq daha çətin idi. Mən bir daha siz valideynlərin qarşısında baş əyirəm, sizlərə “çox sağ olun” deyirəm ki, belə qəhrəmanlar yetişdirmisiniz. 30 ilin həsrətindən sonra bütün Qarabağda yüksələn üçrəngli bayrağmız tökülən qanların hesabına dalğalanır. Şəhidlər ölməzdir, onlar əbədi qəlbimizdə yaşayacaq və gələcək nəsil onlarla fəxr edəcəklər”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Bosniya və Herseqovinanın QHT nümayəndələri Veteranlar Təşkilatında olublar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri və Agentliyin İcraçı direktoru Aygün Əliyevanın iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ofisində görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, adıçəkilən qurumun Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı polkovnik Samir Musayev də iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qonaqları təşkilatın ofisi ilə tanış edib. Qonaqlar ofisdə Ulu öndər Heydər Əliyevin guşəsi, xatirə lövhələri ilə tanış olublar. Prezident İlham Əliyevin veteranlarla görüşündən stendləri izləyiblər.   Sonra qonaqlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, bu yaxınlarda 100 yaşını qeyd edən Fatma Səttarova ilə görüşüblər.   Qonaqları Bakıda görməyindən məmnun olduğunu bildirən Fatma Səttarova Srebrenitsa soyqırımı haqqında məlumatlı olduğunu, bu cinayəti törədənləri qınadığını deyib və bu soyqırımı aktının hüquqi qiymət almasını onların mübarizəsinin nəticəsi kimi dəyərləndirib.   Fatma Səttarova qonaqlara keçdiyi həyat yolundan, İkinci Dünya müharibəsində tibb bacısı kimi fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirdiyini qeyd edib.   Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic Fatma Səttarovanın keçdiyi həyat yolunu böyük maraqla dinlədiyini, onun zəhmətsevərliyinin və pozitivliyinin hər kəsə örnək olduğunu deyib.   Görüş qarşılıqlı fəaliyyətin prioritetləri və zəngin təcrübə mübadiləsinin aparılması ilə yekunlaşıb.  

Hamısını oxu