Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan

2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində dönüş nöqtəsidir. Həmin gün şanlı Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə 30 illik həsrətə son qoyan əks-hücum əməliyyatına başladı, torpaqlarımız düşmən daptağından azad edildi və uzun illərdən sonra əsl müstəqilliyimizə, ərazi bütövlüyümüzün bərpasına nail olduq. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə qalibiyyət salnaməsi yazdı. Bu şanlı tarix xalqın mənəvi birliyi, Ordumuzun qüdrəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılıb və Azərbaycanın ən şərəfli dövrünün başlanğıcı hesab olunur. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq və qürur duyacaq.

Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və bu məsələ artıq öz həllini tapıb.

 

Bunu Veteran.gov.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

 

Vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

 

Millət vəkili qeyd etdi ki, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir və  qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyinə çevrildi, fəxarətimiz oldu. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qisasını aldı. “Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik”. Anım günü münasibətilə Xalqa Müraciətində  Prezident İlham Əliyev belə deyib.

 

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımzı azad edilən torpaqlarda dalğalandırmış qəhərəmanlarımıza dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Tamam Cəfərova bildirib ki, bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülmüş və bundan sonra da görüləcəkdir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır.

Sentyabrın 27-də ölkəmizdə hər yerdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz dərin ehtiram, sonsuz şükran və minnətdarlıq hissi ilə yad edildi. “Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” -deyə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirdi. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhidlərin portiretlərinin başlarının üstündə tutub, yürüşün qarşısında addımlamaları şəhidlərimizə olan böyük ehtiram və hörmətin təzahürüdür.

 

Millət vəkili vurğuladı ki, 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz xalqımızı məğlub xalqdan qalib xalqa çevirən şəhidlərimizlə fəxr edirik. Şəhidlərimiz hər bir azərbaycanlının qəlbində özlərinə əbədi heykəl ucaltdılar, adlarını milli tariximizə, milli yaddaşımıza həkk etdilər. Şəhidlərimizlə, qazilərimizlə, Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik və onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.

 

 

2021-09-30 08:52:00
1115 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin “ŞƏT plyus” formatındakı çıxışı dövlətimizin sülh və ədalətə olan münasibətini ifadə edir”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışı dövlətimizin sülh və ədalətə olan münasibətini ifadə edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı işğal dönəmində BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrasında heç bir rol oynamadığına diqqət çəkib: “Prezident İlham Əliyev çıxışında Azərbaycanın vaxtiylə üzləşdiyi işğal probleminə, bu problem fonunda BMT-nin qəbul etdiyi qətnamələrə toxundu. Dövlət başçısı vurğuladı ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamadı və həmin qətnamələr nəhayətdə Azərbaycanın özü tərəfindən yerinə yetirildi. Nəticədə, dövlətimizin suverenliyi təmin edildi, Azərbaycana qarşı tarixi ədalətsizlik ortadan qaldırıldı. Dövlət başçısı bu gün Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcudluğuna da toxundu.Prezident bildirdi ki,  çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. Təbii ki, uzun illər müharibə və münaqişə bölgəsi olan Cənubi Qafqazda sülhün çiçəklənməsi hər şeydən öncə Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. O siyasət ki, 2020-ci ilin Vətən müharibəsi nəticəsində dövlətimizin tarixi qələbəsini təmin etdi, regiona yeni status-kvo gətirməklə sülh üçün ciddi, fundamental zəmin yaratdı. Artıq hər kəs – dünya dövlətləri, beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin sülh siaysətinə şahidlik etməkdədir. Hansı ki, bu siyasətin yalnız Azərbaycana deyil, bütün regiona  təhlükəsizlik və tərəqqi gətirəcəyi, Cənubi Qafqaz xalqlarının sosial rifahının yüksəlməsinə öz mühüm töhfəsini verəcəyi şübhəsizdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb. Görüş əsnasında son vaxtlar çap edilən kitablarını, o cümlədən “Gəncə Vətən Müharibəsində” kitabını Fatma Səttarovaya təqdim edən yazıçı, hazırda üzərində işlədiyi yeni əsərlər haqqında da məlumat verib.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun da iştirak etdiyi görüşdə xalqımızın həm İkinci Dünya Müharibəsi, həm də Qarabağ müharibəsində sərgilədiyi fədakarlıq və qəhrəmanlıqdan bəhs edilib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi qələbəyə, bu qalibiyyətin hərbi, iqtisadi, siyasi sahədəki nəticələrinə diqqət çəkilib.   Görüşün sonunda Ruhulla Zahidov Böyük Vətən Müharibəsi ilə bağlı araşdırmalarına, vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının xüsusi mükafatı ilə təltif edilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər.

Respublikası Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət ediblər. Veteranlar şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.   

Hamısını oxu
“Sumqayıt Tibb Mərkəzi şəhid hərbi həkimlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görür”

Naqif Həmzəyev: “İnanıram ki, bu qurum gənc nəslin vətənprəvərlik tərbyəsinə bundan sonra da böyük töhfələr verəcək” 44 günlük Vətən müharibəsində ordumuzun bütün kontingenti kimi hərbi həkimlərimizin də cəsarətlə iştirak etdiyi, 8 Noyabr zəfərinə böyük töhfələr verdiyi şübhəsizdir. Məhz bu səbəbdən də bütün şəhidlərimiz kimi şəhid həkimlərimizin də cəmiyyətə tanıdılması, onların xatirəsinin əbədiləşdirilməsi bir zərurət olaraq meydana çıxmaqdadır. Qürurvericidir ki, bu məsələdə Prezident Administrasiyası, Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti  orqanları ilə yanaşı, digər dövlət qurumları da aktiv şəkildə iştirak edir ki, bunlardan biri də Sumqayıt Tibb Mərkəzidir. Qeyd edək ki, Vətən müharibəsində şəhid olan hərbi həkimlərin ictimaiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliği istiqamətində sistemli addımlar atan Sumqayıt Tibb Mərkəzində cari ilin aprel ayında şəhid hərbi həkim Eldar Abdullayevlə bağlı bədii-sənədli filmin təqdimatı keçirilmiş, film cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Ümumiyyətlə, Elnur Azadxanovun Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinatından sonra adıçəkilən qurumun fəaliyyətində ciddi dəyişikliklər, müsbət dinamika müşahidə edilməkdədir. Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətincə ardıcıl tədbirlərin görülməsi, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi Elnur Azadxanovun adı ilə bağlıdır. Peşəkar həkimlərin Sumqayıt Tibb Mərkəzinin tabeçiliyindəki müəssisələrə cəlb edilməsi də yeni rəhbərliyin sözügedən qurumun həyatına gətirdiyi mühüm yeniliklərdəndir.   Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, Sumqayıt Tibb Mərkəzinin şəhid hərbi həkimlərin xatirəsinin əbədiləşdirilməsi, onların tanıdılması istiqamətində atdığı adımların mənəvi-tarixi əhəmiyyətindən danışıb: “Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu prosesi diqqətdə saxlayır, şəhdilərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atır. Dövlətimiz şəhid adlarını əbəədiləşdirməklə yanaşı, onların ailələrinin sosial problemlərinin həll edilməsi, şəhid övladlarının hərtərəfli himayə olunması və s. kimi məsələlərlə bağlı da qətiyyətli siyasət yürüdür. Şübhəsiz, bu siyasət bundan sonra da davam edəcək. Çünki şəhidlərimiz elə bir fədakarlıq göstərib ki, heç nə bu fədakarlıqla müqayisə oluna bilməz. 44 günlük Vətən müharibəsində bizim həkimlərimiz, eləcə də hərbi həkimlərimiz cəsarətlə iştirak etdi, qələbəmizə böyük töhfələr verdi.  Həkimlərimiz öz həyatlarını təhlükə altına qoyaraq öz hərbçi yoldaşlarının, döyüş yoldaşlarının həyatını xilas etdilər. Mənfur düşmən müharibə zamanı hərbi konvensiyalara zidd olaraq tibbi maşınları da atəşə tuturdu. Ancaq buna baxmayaraq, həkimlərimiz müharibənin ən qızğın nöqtələrində fəaliyyət göstərmiş, öz müqəddəs missiyalarını əzmlə yerinə yetirmişdilər. Odur ki, bütün şəhidlərimiz kimi həkim şəhidlərimizin də xatirəsinin əbədiləşdirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu mənada Sumqayıt Tibb Mərkəzinin şəhid həkimlərlə bağlı layihələri, onların xatirəsinin əbədiləşdiirlməsi, qəhrəmanlıqarının təbliği ilə bağlı atdığı addımlar son dərəcə önəmlidir. Bu addımlardan biri kimi Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü və dəstəyilə çəkilmiş, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş “Şəhidlər evə qayıdır” qısametrajlı bədii-sənədli filmini göstərmək olar. Bu filmdə şəhid Eldar Abdullayevin həyat və döyüş yoluna nəzər salınıb, onun qəhrəmanlıqları, vətən uğrunda sərgilədiyi fədakarlıqlar yüksək peşəkarlıqla öz əksini tapıb. Sumqayıt Tibb Mərkəzinin şəhid həkimlərimizin cəmiyyətə tanıdılması, onların qəhrəmanlığının təbliğ edilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımları təqdirəlayiqdir və şəxsən mən bu fəaliyyəti alqışlayıram. Onu da qeyd etməliyəm ki, tanınmış jurnalist Ramil Zeynallının rəhbərlik etdiyi Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi bu sahədə xüsusi ciddi aktivlik sərgiləyir, Mərkəzin fəaliyyətinin təkib hissəsi kimi şəhid həkimlərimiz xatirəsinin əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması istiqamətindəki yenilikləri cəmiyyətə çevik şəkildə çatdırır. Sumqayıt Tibb Mərkəzinin Mərkəz İctimaiyyətlə əlaqələr bölməsi həm media, həm də sosial şəbəkələr üzərindən geniş iş aparır, Sumqayıt Tibb Mərkəzinin həyata keçirdiyi hər bir yenilik kimi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətindəki tədbirlər haqqında ictimaiyyəti operativ şəkildə məlumatlandırır. İnanıram ki, başda hörmətli Elnur Azadxanov olmaqla Sumqayıt Tibb Mərkəzinin bütün dəyərli kolektivi bundan sonra da şəhidlərimizlə bağlı məlum fəaliyyəti uğurla davam etdirəcək, gənc nəslin vətənpərvərlik tərbiyəsinə yeni-yeni töhfələr verəcək”.  Seymur ƏLİYEV  

Hamısını oxu