Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar general Mustafa Nəsirovun məzarını ziyarət edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları sözügedən qurumun sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında anadan olmasının 100 illiyi münasibəti ilə mərhum general Mustafa Nəsirovun məzarını ziyarət edib, onun məzarı üzərinə gül dəstələri və əkil qoyub.

 

Mərasim zamanı çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun Azərbaycan xalqı tərəfindən hər zaman dərin hörmət və ehtiramla xatırlanacağını, onun xidmətlərinin əsla unudulmayacağını bildirib.

 

Daha sonra Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri general Mustafa Nəsirovun 100 illik yubileyi münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilən tədbirə qatılıb.

 

Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Firuz Şirinzadə Mustafa Nəsirovun xidmət yolu haqqında geniş məlumat verib, onun sərhədçi peşəsinə gətirdiyi yeniliklərdən bəhs edib.

 

Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Mustafa Nəsirov məktəbinin hər bir sərhədçiyə örnək olduğunu, hər bir sərhədçinin bu məktəbdən faydalanmasının zəruriliyini vurğulayıb.

 

Tədbirdə çıxış edən İnayət Xəlilov, digər zabit və kursantlar da Mustafa Nəsirovdan ehtiramla söz açıb, onu sadəcə peşəkar hərbçi kimi deyil, həm də ictimai xadim, alicənab insan kimi dəyərləndirib.

 

 

2021-10-25 15:34:00
1312 baxış

Digər xəbərlər

“ Aprel döyüşləri Şanlı qələbəmizin başlanğıcıdır” mövzusunda tədbir keçirilib

Müharibə, Əmək və Silahli Qüvvələr Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik  Adil Haqverdiyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 04 aprel  2023-ci ildə    Bakı şəhəri Suraxanı rayonunda tədbir təşkil ediblər. Tədbir  Aslan Muradov adına  84 saylı tam orta məktəbdə baş tutub. 2016-cı il Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri -Şanlı qələbəmizin başlanğıcıdır”adlı tədbirdə  Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, müavini müharibə veteranı Cavanşir Abdullayev, məktəbin direktoru Röya İslamova , hərbi hazırlıq müəllimi  müharibə veteranı ehtiyatda olan mayor Zöhrab Muradov, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Röya İsmayılova açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.  Çıxış üçün ilk söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev  öncə Aprel  döyüşləri  haqqında ətraflı danışıb. Adil Haqverdiyev iki müharibənin - Əfqanıstan və Qarabağ müharibəsinin  iştirakçısı  kimi  müharibənin çətinliyindən əsgər və zabitlərimizin torpaqlarımız  ugrunda necə əzimlə döyüşməklərindən, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan  qürurla  bəhs edib. Bildirib ki, biz  sülhsevər xalqıq. Hər zaman bu istəyimizi subut etmişik.  Ali Baş Komandan İlham Əliyev dəfələrlə düşmənə hümanistlik göstərmişdir. Əsirlərin qaytarılması, xəstə əsirlərin müalicə olunması, torpaqlarımızdan çıxmaları üçün möhlət hüququnun verilməsi və s. buna sübutdur. Adil Haqverdiyev çıxışının sonunda  Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzuladı. Tədbirin sonunda xatirə şəkli çəkilib.                                               

Hamısını oxu
Paşinyanı devirmək istəyən revanşistlərin planı: “nə sülh, nə də müharibə” şəklində də olsa...

“Revanşistlər Paşinyanı məğlub etməklə Ermənistanda hakimiyyəti birmənalı şəkildə ələ keçirməyə çalışırlar. Onlar Paşinyanı məkrili plan və ambisiyaları yolunda ən böyük əngəllərdən biri hesab edirlər”. Bu sözləri Publika.az-a açıqlamasında Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, revanşistlər hesab edir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya, bölgədəki gərginliyə son qoya bilər ki, bu da revanşist qüvvələrin marağına uyğun deyil: “Onlar “nə sülh, nə də müharibə” şəklində də olsa, Azərbaycanla gərginlyi davam etdirməkdə maraqlıdır. Revanşistlər hesab edir ki, əgər proses bir qədər uzana və Ermənistan xarici himayədarlarından kifayət qədər dəstək ala bilərsə, o zaman post-müharibə dövründəki məlum status-kvonu dəyişdirə bilərlər. Təbii ki, bunlar cəfəng fikirlərdir və həqiqətdən çox-çox uzaqdır. Ancaq erməni revanşistlər xülyalara dalmaqda, özlərinin uydurduqları yalanlara inanmaqda davam edir və Paşinyanı onların hədəfinə çevirən də məhz budur”. Ekspertin sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyinin bölgədə hansı nəticələrə səbəb olacağını indidən qəti şəkildə demək mümkün deyil: “Çünki hər şey hakimiyyətə gələcək qüvvələrin məqsəd və məramından asılı olacaq. Əgər Ermənistanda hakimiyyətə revanşist qüvələr gələrsə, o zaman çox böyük ehtimalla, regionda vəziyyət daha da gərginləşəcək. Çünki bu qüvvələr açıq şəkildə yeni qarşıdurmaların tərəfdarı olduqlarını bəyan edirlər. Odur ki, indiki halda Paşinyan hakimiyyəti erməni toplumunun maraqlaırna daha çox cavab verir. Çünki Paşinyan post-müharibə dövrünün reallıqlarını qismən də olsa dərk edir, ciddi daxili və xarici təzyiq altında olsa da, rəsmi Bakı ilə anlaşmağa cəhd edir. Ola bilsin ki, bütün bu cəhdlər sadəcə imitasiyadır. Amma ən azından Paşinyan Azərbaycana qarşı açıq çağırışlar etmir, müharibə anonsları vermir. Bu isə o deməkdir ki, əslində Paşinyan hakimiyyəti erməni toplumu, onun maraqları baxımından daha sərfəli, daha təhlükəsizdir. Təxribatlara gəlincə, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan istənilən təxribata qətiyyətlə cavab verəcək, öz təhlükəsizliyini təmin etmək üçün ən sərt tədbirlərdən belə çəkinməyəcək”. Nəzrin Cavadzadə

Hamısını oxu
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər,   Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”  

Hamısını oxu
Veteranlar Təşkilatının üzvləri şəhidin anım günündə iştirak ediblər

6 mart 2023-cü il tarixində Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri Sərhəd Qoşunları sıralarında xidmət etmiş şəhid Orxan Paşazadənin anım günündə iştirak ediblər. Veteran.gov.az xəbər verir ki, şəhidin ev muzeyini və məzarını ziyarət edərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Sərhəd Qoşunları Qərargahının rəisi, general- mayor Aqil Babayevin, şəhidin döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım mərasimində rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun adından şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, belə vətənpərvər qəhrəman övlad böyütdükləri üçün onlara təşəkkür edib.

Hamısını oxu