Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakıda xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil ediləcək

Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirəcək. “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub.

 

İanə...

 

Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək istəyənləri də sıramızda görmək xoş olacaq.

 

Məqsəd…

 

Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır.

 

Məkan…

 

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında finişə çatacaqlar.

 

Qaçışdan əyləncəyə…

 

Bu qaçışda iştirak etməklə siz artıq qaliblər sırasındasınız! Günün maraqlı davamı üçün təşkilatçılar finişdə maraqlı proqram hazırlayıblar. Tədbirin qaçış hissəsi başa çatdıqdan sonra iştirakçıları urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər və digər sürprizlər gözləyir.

 

Qeydiyyat…

 

Qaçışda iştirak üçün say limiti tətbiq olunacaq. Qeydiyyatdan ilk keçənlər qaliblər sırasında olmaq imkanı qazanacaqlar. 18 yaşdan yuxarı hər kəs qaçışda iştirak edə bilər. Bunun üçün, Təşkilat Komitəsinin təsdiqlədiyi əsasnaməyə uyğun olaraq və göstərilən link (https://www.smartscoring.com/az/form) vasitəsilə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat noyabrın 7-də saat 18.00-da başa çatır. Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.

 

Hamı üçün…

 

“Qələbə qaçışı”ndan sonra, bütün iştirakçıların e-mail ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq, elektron sertifikatlar göndəriləcək.

 

Sağlamlığa faydalı…

 

Qaçış xeyriyyə aksiyası olmaqla yanaşı, həm də bədən tərbiyəsinin kütləviliyinə marağı artırmaq, idmanın inkişafına nail olmaq və əhali arasında sağlam həyat tərzinin təbliği baxımından faydalı olacaq.

 

Elə isə...

 

Qürurla irəli!

 

Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı 050-593-37-47 mobil telefonla əlaqə saxlamaq, info@smartscoring.com e-mailinə yazmaq olar.

2021-10-27 14:03:00
1310 baxış

Digər xəbərlər

Встреча руководителей общественных объединений города Таганрога с членами официальной делегации Азербайджанской Республики

29 августа в Городском Совете ветеранов (пенсионеров) войны, труда, вооруженных сил и правоохранительных органов состоялась встреча руководителей общественных объединений города Таганрога с  членами официальной  делегации Азербайджанской Республики, прибывшей  для участия в праздновании Дня освобождения города Таганрога от немецко-фашистских захватчиков. На встрече присутствовали: Башарина Ольга Ивановна – председатель Городского Совета ветеранов Куликов Анатолий Николаевич – председатель комиссии по патриотическому воспитанию молодежи Городского Совета ветеранов Климов Сергей Николаевич  - председатель Таганрогского отделения Всероссийской общественной организации ветеранов «Боевое братство» Сетьков Александр Александрович – председатель Региональной Общественной Организации ветеранов военной службы «Союз десантников Таганрога» Чаленко Сергей Иванович – атаман городского казачьего общества «Таганрогское» Ибрагимов Таджаддин Джалилович – председатель Таганрогской городской общественной организации «Достлуг-Дружба» Старикова Элина Эдуардовна – председатель общественной организации Белорусская местная национально-культурная автономия города Таганрога Мусаев Самир Фирдовси оглы - начальник отдела международного сотрудничества Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Исмайылов Исмайыл Вахиб оглы - старший специалист отдела военно-патриотической работы Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Долгорукова Светлана Анатольевна – главный специалист отдела по работе с общественными объединениями Администрации города Таганрога Куличев Дмитрий Викторович - ведущий специалист отдела международных связей Администрации города Таганрога.   Присутствующие обменялись опытом работы по патриотическому воспитанию молодежи, социальному обслуживанию, социальной поддержке и защите ветеранов, гармонизации межнациональных отношений. Обсудили вопросы сотрудничества между общественными организациями города Таганрога и Организацией ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики. Гости из Азербайджана вручили Городскому Совету ветеранов памятные подарки и копии документов, свидетельствующих об участии Правительства Азербайджанской Республики в строительстве мемориала «Самбекские высоты» и увековечении памяти погибших на Ростовской земле.

Hamısını oxu
KATV1, Böyük Vətən Müharibəsi vetranlarına və müharibə iştirakçılarına 4 aylıq pulsuz tv-paket təqdim edəcəkdir

Əziz veteranlar!Müharibədə qalib gəldiyiniz üçün təşəkkür edirik! KATV1, Böyük Vətən Müharibəsi vetranlarına və müharibə iştirakçılarına 4 aylıq pulsuz tv-paket təqdim edəcəkdir.1941-1945 Böyük Vətən Müharibəsi veteranları və arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxsləri, müharibə veteranlarının dul həyat yoldaşlarını, dörd ay ərzində (may, iyun, iyul, avqust 2020) pulsuz televiziya izləmə xidmətləri təqdim olunacaqdır.Hədiyyə paketi ölkənin aparıcı kabel televiziyası və internet xidmətləri provayderi KATV1 tərəfindən təqdim olunacaqdır. Aksiyaya qoşulmaq üçün https://bit.ly/2xVucHp qeydiyyat formasın doldurulmalısı zəruridir. Ölkədə koronovirus pandemiyası ilə bağlı tətbiq olunan profilaktik tədbirləri nəzərə alaraq KATV1 abunəçilərinə aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyyə edir:- www.katv1.az saytında onlayn müştəri xidməti;- Onlayn formatda rəsmi social səhifələrimizdən facebook https://bit.ly/3avJ51k və https://www.instagram.com/katv1_en/;- Whatsapp çat xidməti +994 50 888 81 27 и +994 50 444 41 27;- 127 Çağrı Mərkəzi və qəza xidməti 247 formatında gücləndirilmiş rejimdə işləyir. ----------------------------------------------------------------------------------KATV1 (торговая марка компании AG Telecom), один из ведущих операторов кабельного телевидения и интернет-услуг, в преддверии празднования 75-летия Победы в Великой Отечественной войне запускает социальную акцию! Ветераны Великой Отечественной войны 1941-1945 годов, а также труженики тыла (лица награжденные за самоотверженный труд в тылу) и вдовы участников войны, получат четыре месяца (май, июнь, июль, август 2020 г.) бесплатного просмотра телевидения. Чтобы воспользоваться акцией необходимо заполнить регистрационную форму https://bit.ly/2xVucHp Принимая во внимание превентивные меры, применяемые в стране, KATV1 рекомендует своим абонентам использовать следующие альтернативные каналы обслуживания:- Онлайн обслуживание клиентов на сайте www.katv1.az;- В онлайн-формате с мессенджеров социальных страниц facebook https://bit.ly/3avJ51k и https://www.instagram.com/katv1_en/;- WhatsApp чат-сервис активирован на +994 50 888 81 27 и +994 50 444 41 27- Call-центр 127 работает в усиленном режиме в формате 247;   Hörmətlə, Əli ƏliyevKATV1 kommunikasiya şöbəsin rəhbəriMobViberSkypeTelegramWhatsapp +994 55 803 55 55

Hamısını oxu
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər

Respublikası Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, veteranlar şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilir.    

Hamısını oxu
Tarixi Qələbəmiz Ali Baş Komandanın uğurlu xarici siyasətinin, güclü ordu quruculuğunun nəticəsidir

Hamısını oxu