Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

8 Noyabr Zəfər Günü münasibəti ilə Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yol yaşıllığa qərq edilib

 

Moderator.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibəti ilə Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yol yaşıllığa qərq edilib. Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətinin birinci ildönümü münasibəti ilə yol qovşağındakı dairəvi meydançaya çoxlu sayda güllər əkilib, habelə həmin ərazinin işıqlandırılması təmin edilib. Həmçinin, yol qovşağı Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilib.

 

Bundan başqa, yol kənarlarına çoxlu sayda çinar, habelə ekzotik kol və dekorativ ağaclar əkilib.Yolun kənarı Azərbaycanın dövlət bayrağının rənglərinə uyğun şəkildə işıqlandırılıb.

 

Görülən işlər vətəndaşlar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Vətəndaşlar hesab edir ki, Zəfər Gününün bu cür faydalı ekoloji aksiya ilə qeyd edilməsi şanlı qələbəmizə ehtiram əlaməti olmaqla yanaşı, təbiətin qorunması, ekoloji mühitin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Hansı ki, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr, atdığı addımlar hər bir vətəndaşa nümunədir.

Redaksiyamızın əldə etdiyi məlumata görə, Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yolun yaşıllaşdırılması təşəbbüsü təbiətsevər Cəlil Nağıyevə məxsusdur. Qeyd edək ki, Cəlil Nağıyev bundan öncə də oxşar təşəbbüslərlə çıxış edib, baxımsız ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması prosesinə böyük töhfələr verib.

 

Seymur ƏLİYEV

 

2021-11-09 10:04:00
1063 baxış

Digər xəbərlər

Quba Rayon İcra Hakimiyyəti xilaskar əsgəri təltif etdi

Veteran.gov.az xəbər verir ki, 27 aprel 2022-ci il tarixdə Azərbaycan - Türkiyə Qardaşlıq Parkında Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Qımıl kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Aşurov Mərdəli Fərhad oğlunun rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, tələbələr və məktəblilər iştirak etmişdir. Tədbirdə çıxış edənlər əsgər Mərdəli Aşurovun Kəlbəcər rayonunun Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən Kəlbəcər sakinlərini müşaiyət edərkən ərazidəki tank əlehinə minanın fərqinə vararaq həmin şəxslərə xəbərdarlıq etməsindən və onları son anda ölümdən xilas etməsindən danışmışdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə demək olar ki yox idi. Tədbirdə əsgər Mərdəli Aşurova Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələr, həmçinin YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tərəfindən də hədiyyələr təqdim edilmişdir. Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanların təhlükəsizliyini də təmin edir. Rayon ictimaiyyəti Mərdəli Aşurovun bu nümunəvi hərəkətini yüksək qiymətləndirir.  

Hamısını oxu
Müstəqilliyin, təhlükəsizliyin və suverenliyin təminatçısı

Hamısını oxu
Zakir Həsənov əmr verdi - Təxribatların qarşısı alınsın

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb. Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb. Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib. Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib. Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Hamısını oxu
Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

Hamısını oxu