Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Polkovnik Abdullayev" kitabı geniş oxucu kütləsinə təqdim olunub

Yazıçı Azər Hacıbəyli Səlimovun imzası ilə "Polkovnik Abdullayev" kitabı geniş oxucu kütləsinə təqdim olunmuşdur. Kitabın baş redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik

 Cəlil Xəlilov, məsləhətçilər Elşad Həsənov, Nobel Muradxanov və Rasim Canməmmədovdur.

 

İxtisasca rus dili müəllimi olduğunu nəzərə alaraq rus dilində qələmə alınmış kitabda polkovnik Müslüm Abdullayevin maraqlı ömür yolu və xidməti həyatının yaddaqalan epizodları açıqlanır. Diqqətəlayiq məqamlardan biri də Müslüm Abdullayevin şəxsi arxivi və gündəliyindən nümunələrin kitabda yer almasıdır. Əsası Azər Hacıbəyli tərəfindən qoyulmuş "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən olan bu kitabda əsərin qəhrəmanının II Dünya müharibəsi zamanı atasını, sonra anasını itirməsi, uşaq evində böyüməsi, internatda təhsil alması, sonralar dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul olunması, Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri, rəhbərin xeyir-duası ilə gənc yaşlarından məsul vəzifələrdə çalışması da əks olunmuşdur.

 

Qeyd edək ki, yazıçı Azər Hacıbəyli Səlimov "Qızıl qələm" media mükafatı laureatıdır,  vətənpərvərlik mövzusunda 20-dən artıq kitabın müəllifidir, "Alyans", "Qürur" və digər ictimai birliklərin fəxri üzvüdür, ehtiyatda olan polkovnik-leytenantdır. Ulu Öndər Heydər Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Yaxın vaxtlarda "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən olan daha iki kitabını oxuculara təqdim edəcəkdir.

 

2021-11-23 14:31:00
1564 baxış

Digər xəbərlər

Baxşeyiş Hətəmlinin 60 illik yubileyi qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 15 fevral 2023-cü il tarixində Ağdam rayonu Şəhid ailələri, Qarabağ müharibə veteranları və  Əlillər cəmiyyətinin sədri Baxşeyiş Abbas oğlu Hətəmlinin 60 illik yubleyi qeyd olunub. Yubleydə şəhid ailələri, qazilər, QHT təmsilçiləri, icra hakimiyyətinin nümayəndələri iştirak edib. Tədbirə qatılan Ağdam rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının üzvləri Baxşeyiş Abbas oğlu Hətəmlini təbrik edib, ona vətəmpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.    

Hamısını oxu
“Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”

Cəlil Xəlilov: “Məmmədhüseyn Əsədov bu qəhrəmanlardan biri kimi hər zaman ehtiramla yad ediləcək” “Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi dönəmində xüsusi xidmət orqanının əməkdaşı kimi faşizmə qarşı mübarizə aparan, böyük qələbəyə ciddi töhfələr verən bu şəxslərdən biri də Məmmədhüseyn Əsədov olub: “İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının yüz minlərlə nümayəndəsi əldə silah ön cəbhədə faşizmə qarşı mübarizə apardığı bir zamanda xüsusi xidmət orqanlarımızın yüzlərlə əməkdaşı dünyanın müxtəlif ölkələrində faşizmə qarşı mübarizədə aktiv iştirak edir, düşmənin təxribatçı planlarının qarşısının alınması istiqamətində böyük əzm ortaya qoyurdu. Azərbaycan xalqının bu qəbildən olan böyük oğullarından biri də Məmmədhüseyn Əsədov olub. İkinci Dünya müharibəsi zamanı İranda alman kəşfiyyatına qarşı əməliyyatların hazırlanmasında iştirak edən, düşmənin planlarını uğurla de-şifrə edərək bu barədə rəhbərliyi operativ şəkildə məlumatlandıran Məmmədhüseyn Əsədov, 1943-cü ilin Tehran görüşündə sadəcə öz adına deyil, Azərbaycan xüsusi xidmət orqanları adına böyük bir nailiyyətə imza atdı. Həmin vaxt SSRİ və onun müttəfiqlərinin İranda keçirilən görüşü zamanı faşistlərin sui-qəsd planı haqqında rəhbərliyi vaxtında məlumatlandıran Məmmədhüseyn Əsədov, bununla məlum sui-qəsdin qarşısının alınmasına nail olur. Məlumdur ki, əgər bu terror aktı reallaşsaydı, o zaman proseslər tamam fərqli məcrada inkişaf edə, dünya miqyasında hadisə və proseslərin gedişatını əhəmiyyətli dərəcədə dəyişdirə bilərdi”. Polkovnik qeyd edib ki, həm tariximizin təbliği, həm də erməni faşizminin yalan təbliğatının qarşısını almaq baxımından vacibdir: “Məmmədhüseyn Əsədov və onun kimi qəhrəmanların tarixi xidmətləri haqqında ictimaiyyətin məlumatlandırılması həm taiximizin təbliği, qəhrəmanlarımızın tanıdılması, həm də ermənilərin apardığı böhtan kampaniyasının, uydurma informasiyaların ifşası baxımından olduqca vacibdir. Bu gün Ermənistan bütün tarixi proseslər kimi, faşizmə qarşı sovet xalqlarının apardığı mübarizəni də saxtalaşdırmağa, ortaya qondarma qəhrəmanlar çıxarmağa çalışır. Məqsəd Ermənistanın faşizm üzərindəki qələbədəki rolunu şişirtmək, onun qələbədə daha böyük pay sahibi olduğu yalanını təbliğ etməkdir. Bu baxımdan Ermənistan beynəlxalq ictimai rəyə qondarma qəhrəmanlar təqdim edir ki, bunlardan da biri Qevork Vartanyandır. Nə qədər gülməli də olsa, erməni tarixçiləri iddia edir ki, guya 1943-cü ilin noyabrında müttəfiqlərin Tehrandakı görüşü zamanı faşistlərin terror aktının qarşısını alan Vartanyan olub. Halbuki, bunun yalan olduğu o dövrün əksər kəşfiyyatçıları tərəfindən açıq şəkildə gündəmə gətirilib. Onların açıqlamalarında, habelə tarixi sənədlərdə qeyd olunur ki, erməni kəşfiyyatçının işi 1943-cü ildə İrandakı ingilis kəşfiyaytçılarını izləmək, onlar haqqında məlumat toplamaq olub. Yəni onun faşistlərin sui-qəsd planı və bu planın qarşısının alınması ilə hər hansı əlaqəsi olmayıb. Vartanyan özü də 1999-cu ildə Moskvada keçirilən görüşdə Vartanyan SSRİ rəhbərliyi tərəfindən aldığı mükafatlara görə azərbaycanlılara borclu olduğunu bildirib.  Bütün bu faktlar onu göstərir ki, biz tariximizin hər bir sahəsi kimi həm də xüsusi xidmət orqanlarının tarixinin təbliğinə xüsusi fikir verməli, bu istiqamətdə daha böyük işlər görməliyik". Seymur ƏLİYEV

Hamısını oxu
V.V.Timoşenkonun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                              Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 noyabr 2022-ci il

Hamısını oxu
Ətraf mühitin qorunması sağlam gələcəyin təminatçısıdır

Azərbaycan Respublikasının dinamik inkişafı çoxşaxəlidir. Bütün sahələrdə olduğu kimi, inkişaf və tərəqqi ölkənin ekologiyasının qorunması və yüksəldilməsində də özünü göstərir. Ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan ardıcıl addımların respublikamızın və eləcə də, Qafqazın flora və faunasının qorunmasında müstəsna əhəmiyyəti var. Hər il respublikamızda minlərlə ağac əkilir, parklar və yaşıllıqlar salınır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, ulu öndər Heydər Əliyev ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ölkəmizdə fundamental addımlar atıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttinin istiqamətlərindən biri də ekologiyanın qorunmasıdır. Həyata keçirilən ekoloji siyasət davamlı inkişafa təkan verir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. Belə bir təşəbbüsün həyata keçirilməsi, respublikamızın beynəlxalq aləmdə ekoloji sistemin yaxşılaşdırılması üçün verdiyi mühüm və zəruri töhfə kimi qiymətləndirilməlidir. Diqqətə çatdırıb ki, son illər dünyada yaşıllıqların azaldığı barədə “həyəcan təbili” çalınır. Meşə zolağının, ağacların azalması, ilk növbədə, insan üçün xoşagəlməz nəticələr vəd edir: oksigen azalır, ətrafa yayılan səs-küyün və toz dənəciklərinin qarşısı alınmır, atmosferə buraxılan zəhərli qazlar udulmadığı üçün canlı orqanizmə zərərli təsir göstərir, xəstəliklər çoxalır. Biz veteranlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü dəstəkləyir və olduqca təqdirəlayiq bir iş kimi qiymətləndiririk. “Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər. Təbiətimizə göstərdiyimiz qayğı gələcək nəslin sağlam ekoloji mühitdə böyüməsinə müsbət təsir göstərəcək. Təbiətimizi sevmək, onu qorumaq və bu sevgini gənc nəslimizə təbliğ etmək vacib məsələdir. Dahi şairimizin yubileyi ilə əlaqədar, onun xatirəsini bir daha yad edərək ağac əkmək hər birimiz üçün fərəhdir. Hər birimiz belə nəcib təşəbbüsə qoşulmalı və ətraf mühiti qorumalıyıq”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu