Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Soçi bəyanatı erməni təxribatlarına və revanşist qüvvələrə ən layiqli cavabdır”

Cəlil Xəlilov: “Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın qələbəsi bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə məcburdur”

 

“Soçi bəyanatı Azərbaycanın dövlət başçısının növbəti siyasi-diplomatik qələbəsidir”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bidlirib. Sədr müavini qeyd edib ki, bu bəyanat Azərbaycanın hərbi müstəvidə olduğu kimi, diplomatik platformada da söz sahibi olduğunu göstərir:

 

“Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı və Ermənistan kapitulyasiyaya bərabər razılaşma imzaladı. Həmin razılaşmaya əsasən Ermənistan işğalda saxladığı digər ərazilərdən öz qoşunlarınıə geri çəkməyə hazır olduğunu bildirdi. 2021-ci ilin 11 yanvar bəyanatı ilə isə regionda bütün nəqliyyat kommunukasiyaların açılması ilə bağlı tərəflərin razılığı elan edildi.  Lakin hər zaman təxribat və avantüralara meyilli olan Ermənistan bu dəfə də bölgədə müyyən gərginliklər yaratmağa cəhd edir, Zəngəzur dəhlizinin açılmasına, nəqliyyat kommunukasiyasının canlanmasına mane olurdu. Ancaq cari ilin 26 noyabr tarixində Soçidə imzalanan bəyanatla Ermənistan hər iki bəyanatın – həm 10 noyabr, həm də 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiq etdi ki, bu da dövlətimiz adına çox böyük uğurdur.

 

Onu da qeyd edim ki, bu bəyanat sadəcə diplomatik müstəvidə deyil, həm də hərbi müstəvidə qazanılan zəfərin nəticələrini möhkəmləndirməyə xidmət edir. Hansı ki, bu, Azərbaycanın maraqlarına tamamilə uyğundur”.

 

Cəlil Xəlilov qeyd edib ki, 26 noyabr bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə layiqli cavabdır:

 

“Soçi bəyanatı həm də Ermənistandakı revanşist qüvvələrə, o cümlədən erməni təxribatlarına ən layiqli cavab kimi də xarakterizə edilə bilər. Çünki bu bəyanatla Ermənistan bundan öncəki bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini bir daha təsdiqlədi. Bu bəyanat bir daha göstərdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi həqiqətən bölgədə yeni reallıqlar formalaşdırıb və hər kəs bu reallıqları qəbul etməyə, bu reallıqlarla barışmağa məcburdur”.

 

 

2021-11-29 10:54:00
1255 baxış

Digər xəbərlər

“Şuşaya səfər hər bir vətəndaşımızda qürur və iftixar hissi doğurur”

Cəlil Xəlilov: “Bizə bu qüruru yaşatdığı üçün dövlətimizə, Ali Baş Komandanımıza təşəkkür edirəm”   Məlum olduğu kimi, sentyabrın 11-də bir qrup QHT təmsilçisi Şuşaya səfər edib, şəhərdə aparılan qurucluq işləri ilə tanış olub.   Səfərlə bağlı veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu cür səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Şuşaya səfər hər bir vətəndaşımızda qürur və iftixar hissi doğurur. Mən ilk növbədə bizə bu qüruru yaşatdığına görə dövlətimizə, Ali Baş Komandanımıza təşəkkür edir, şəhdilərimizin ruhu qarşısında ehtiramla baş əyirəm. Biz bu torpaqları ordumuzun və Ali Baş Komandanımızın əzmkarlığı, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın fədakarlığı sayəsində nail olduq.   Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Şuşaya təşkil olunan səfər əsnasında şəhərin tarixi yerlərini ziyarət etdik, erməni vandalizminin nəticələri ilə yanaşı, dövlətimiz tərəfindən həyata keçirilən nəhəng tikinti-quruculuq işləri ilə tanış olduq. Səfərdə iştirak edən hər bir şəxs görülən işlər, həyata keçirilən layihələrlə tanış olduqca əmin olur ki, Azərbaycan dövləti qısa bir zamanda Şuşada sözün həqiqi mənasında möcüzə gerçəkləşdirib. Şəhər və şəhər ətrafında yol-nəqliyyat və sosial infrastrukturun bərpası ilə yanaşı, şəhərin tarixi-mədəni simasının bərpası, erməni vəhşiliyinin izlərinin ortadan qaldırılması istiqamətində ciddi addımlar atıb. Hansı ki, bu fəaliyyət bu gün də uğurla davam etməkdədir.   Şuşa Azərbaycan xalqının qədim mədəniyyət mərkəzi, tarixi qürur, yenilməzlik simvoludur və hər zaman məhz belə qalacaq”.   Seymur Əliyev  

Hamısını oxu
“Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilib

Veteran.gov.az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilir. Müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir.   Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcəkdir.   Qaliblər pul mükafatı ilə mükafatlandırılacaqdır.    

Hamısını oxu
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olundu

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub. Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Hamısını oxu
“Vətən müharibəsi ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də humanizmini nümayiş etdirdi”

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm də humanizmini nümayiş etdirdi”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyəti ilə bütün dünyanı heyrətdə qoydu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində dünyanın ən güclü ordularında belə heyrət doğuran misilsiz qəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycan əsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı, müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir. Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır. Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsun mülki ermənini hədəf almadı. Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısı yerli telekanallara müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, istər 2020-ci, istərsə də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki, Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi, müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi. Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhə xidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki, dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də humanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”.

Hamısını oxu