Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qalib xalqın sağlam gəncləri” layihəsi sona çatıb

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan “Gənc Velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində Respublika Velotrekində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər təşkil edib. Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını təşviq etməkdir.

 

Layihə Biləsuvar, Zaqatala və Bakı şəhərində 150 nəfərə yaxın gəncləri əhatə etmiş, rayonlarda “Gənclərin inkişaf və karyera mərkəzi”nin velosiped bölməsinin işinin fəallaşması və təkmilləşməsi işinə öz töhfəsini vermişdir. Respublika Velotrekində keçirilən son günün seminarında Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Gənclər və İdman nazirliyinin məsul əməkdaşı Elçin Qasımov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak etmişdir. Toplantıda ilk öncə Qarabağ Müharibəsi Şəhidlərinin ruhları 1 dəqiqəlik sükutla yad edilmiş, daha sonra layihə haqqında geniş məlumat verilmişdir. Seminar zamanı "Gənc Velosipedçilər" İctimai Birliyininin sədri Nur Axundova, velobloger Nurlan Qədirli və məşqçi müəllim Elçin Qasımov layihə iştirakçılarına velosiped idmanı haqqında və onun sağlamlıqdakı rolu ilə bağlı məlumat vermiş, ikitəkər nəqliyyat vasitəsinin üzərində nəzəri və praktiki təlimlər keçirilmişdir. Daha sonra müxtəlif çap materialları paylanılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbirin sonunda fərqlənən iştirakçılar diplomla təltif edilib.

 

2021-12-08 13:42:00
845 baxış

Digər xəbərlər

Hərbi-siyasi ekspert: Erməni yalanlarına verilən dəstək bölgədə gərginliyi artırır

Bakı, 18 sentyabr, AZƏRTAC Erməni yalanlarına verilən hər bir dəstək bölgədə gərginliyi artırır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O deyib ki, müəyyən dövlətlər və güclər öz maraqlarını təmin etmək üçün regionda yeni qarşıdurma və gərginliyin yaşanmasında maraqlı görünür: “Təəssüflər olsun ki, elə qüvvələr var ki, onlar öz maraqları naminə regionda qarşıdurma meyillərini qızışdırmağa cəhd edir. Bu məqsədlə də erməni yalanlarını dəstəkləyir, məqsədli şəkildə anti-Azərbaycan kampaniyasında yer alırlar. ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı Azərbaycanın ünvanına səsləndirilən böhtanlar buna nümunədir. Bu dinləmələr zamanı regionla bağlı əsassız fikirlər səsləndirilib, Qarabağdakı ermənilərin guya blokadada yaşadığı iddia olunub. Həmçinin müharibənin başa çatmadığı ilə bağlı absurd fikirlər ifadə edilib. Halbuki, erməni lobbisinin, eləcə də rəsmi İrəvanın maraqlarına cavab verən bu fikirlərdə həqiqət payının olmadığı hər kəsə məlumdur. Sadəcə, məqsəd erməni separatizmini ayaqda tutmaq, onlara mənəvi-siyasi dəstək göstərmək və bununla da həmin qüvvələri yeni qarşıdurmalara sövq etməkdir”. Respublika Veteranlar Təşkilatının sədr müavininin sözlərinə görə, bəzi dövlətlərin regionda qarşıdurma meyillərini qızışdırmaq cəhdi yolverilməzdir və həmin dövlətlər, həmçinin erməni lobbisinin diktəsi ilə hərəkət edən qüvvələr bu siyasətdən imtina etməlidirlər. Azərbaycan bütün problemlərin və mübahisələrin sülh yolu ilə həllində maraqlıdır və atdığı hər addımla bunu əməli şəkildə isbatlayır. Lakin separatizmə dəstək verməklə onları qarşıdurmalara həvəsləndirən qüvvələr Azərbaycanın öz təhlükəsizliyini, suverenliyini təmin etməyə qadir olduğunu bilməlidirlər. Hər zaman olduğu kimi bundan sonra da Azərbaycan bu istiqamətdə bütün lazımi addımları atacaq.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı hərbi hissədə keçirilən tədbirdə iştirak edib

Veteran.gov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən N saylı hərbi hissəsində "Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın memarı" mövzusunda  tədbir keçirilİb. Tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatı da iştirak edib. Tədbirdən öncə Ulu öndərin Göytəpənin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyulub. Daha sonra hərbi hissədə yaradılmış İdeoloji Mərkəzdə ümümmilli lider Heydər Əliyevə həsr olunmuş foto stendlərə və xatirə şəkillərə maraqla baxılıb. Hərbi hissənin  500 nəfərlik geniş salonunda düzənlənən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə hərbi hissənin komandiri polkovnik Rauf Abdullayev, Cəlilabad rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və ADPU Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli sərhədçi əsgərlər qarşısında çıxış ediblər. Sonda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən "Xilaskar ömrü" sənədli filmi nümayiş olunub.  

Hamısını oxu
Şəhid övladları üçün təşkil edilən "YAŞAT" düşərgəsi başa çatıb

Veteran.gov.az xəbər verir ki, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi başa çatıb.   Düşərgənin sonuncu günündə Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları tərəfindən "Süni zəka: kodla və oyna", "Data elmi və tətbiq sahələri" mövzuları üzrə təlim proqramları keçirilib.   Eyni zamanda iştirakçılar üçün hovuz və əyləncə saatı təşkil olunub.   Sonra "YAŞAT" düşərgəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Fondun Himayəçilik Şurasının üzvləri Sevinc Alızadə, Anar İsgəndərov, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər. Qonaqlar uşaqlarla birgə şam ediblər.   Günün sonunda tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə düşərgənin qala gecəsi təşkil olunub.   Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.   Düşərgə şəhidlərimizin 8-11, 12-14, 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edib. Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.   Düşərgə boyunca uşaqlar sığortalanıblar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunublar. Psixoloqlar tərəfindən müxtəlif terapiyalar keçirilib, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.   Düşərgədə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşınlanması məqsədilə yarışmalar, habelə robotexnika, yuxarı yaşlı uşaqlar üçün isə “Hakaton” keçirilib.   2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edib. Ümumilikdə 300-dək uşağı əhatə edən 6 düşərgə həyata keçirilib Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.   Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur. Düşərgənin baş spo nsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.   Sponsorlar: “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, "PAŞA Bank", “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Əli və Nino”, “Oven”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi   Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi, Regional olimpiya kompleksləri  

Hamısını oxu
“Ermənistan hərbi müstəvidə olduğu kimi, hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq”

Cəlil Xəlilov: “Türkiyənin erməni cinayətlərinin ifşasında Azərbaycana dəstək verməsi təqdirəlayiqdir”   “Ermənistan hərbi müstəvidə olduğu kimi hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq”.   Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu gün olduğu kimi bundan sonra da sərhədlərimizi pozan, ölkəmizə qarşı terror və təxribat həyata keçirən şəxslərin məhkəmə qarşısında cavab verəcək:   “Emənistanın istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində çoxsaylı hərbi cinayətlərə imza atdığı, böyük vəhşiliklər törətdiyi birmənalıdır. Dünən Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə qarşısına çıxarılması erməni faşizminin hüquqi müstəvidə ifşasıdır. Hər kəs bilməlidir ki, sadəcə Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç deyil, Azərbaycan xalqına qarşı cinayət törədən bütün ermənilər, o cümlədən Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyi, həmçinin Vətən müharibəsi zamanı mülki obyektlərin bombalanması əmrini verənlər də gec-tez məhkəmə qarşısında cavab verməli olacaqlar. Bu gün iki erməninin məhkəmə qarısına çıxrılması gerçəyi artıq bu prosedura start verildiyini göstərir”.   Cəlil Xəlilov erməni vəhiliklərinin beynəlxalq məhkəmə qarısında ifşası məsələsində Türkiyənin Azərbaycana verəcəyi dəstəyi də yüksək qiymətləndirdiyini vurğuladı:   “Bildiyiniz kimi, Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin  Türkiyənin Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcəyini bildirib. Bu, qardaş Türkiyənin Azərbaycana növbəti dəstəyi kimi olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Çünki erməni cinayətlərinin beynəlxalq məhkəmələrdə ifşa edilməsinə çox böyük ehtiyac var. Bu, həm Azərbaycanın haqq işinin dünyada tanınması, həm erməni faşizminin iç üzünün ifşa edilməsi, həm də cinayətkarların qanun qarşısında cavab verməsinin təmin olunması baxımından əhəmiyyətlidir.   İnanıram ki, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə qısa zamanda bu müstəvidə də böyük uğurlar əldə edəcək, Vətən müharibəsində olduğu kimi beynəlxalq hüquqi platformada da Ermənistanı ağır məğlubiyyətə məhkum edəcək.   Onu da unutmaq olmaz ki, erməni faşizminin hüquqi müstəvidə cəzalanması gələcəkdə bu kimi hərbi cinayətlərin dünyanın hər hansı bölgəsində yenidən təkrarlanmaması baxımından da mühüm əhəmiyyətə malikdir. Odur ki, bu məsələdə beynəlxalq təşkilatlar, aparıcı dövlətlər də maraqlı olmalı, erməni hərbi canilərinin beynəlxalq məhkəmə qarşısında dayanması üçün səy göstərməlidirlər”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu