Посольство Российской Федерации в Азербайджанской Республики


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hesablayıcı komissiyanın üzvü, Parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü Səbinə Salmanova Sumqayıt şəhər 1, 11, 16 və 18 nömrəli məktəblərlərinin şagirdləri ilə birlikdə Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edib. Qonaqlar muzeydəki eksponatlarla tanış olmuş və onlara Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulması, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsi, 487 nəfər dinc sakinin ağır yaralanması, 1275 nəfərin girov götürülməsi və hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat verilib.
Hamısını oxu
Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb. Mirzə Axundov 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb . Azərbaycan Ordusunun Hərbi Dəniz qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində şəhid olub, Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra”Vətən uğrunda “ medalı ilə təltif olunub. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmi vurğulanıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev də iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 27 aprel 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonunda yerləşən Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. ”Cəbhədən cəbhəyə qələbədən qələbəyə “ adlı tədbirdə Xətai rayon VT-nın sədri Adil Əzməmmədov, arxa cəbhə veteranı İskəndər Alıyev, məktəbin direktoru Zenfira Məsiyeva, şagird-müəllim kolektivi ilə yanaşı, digər qonaqlar da iştirak ediblər. Tədbir İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan xalqının rolu və Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilib. İlk öncə Azərbaycan Dövlət Himni səslənib, şəhdilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin və müəllimlərin birgə hazırladıqları kompozisyalara baxılıb, şeyirlər, mahnılar dinlənilib. Şagirdlərin və müəllimlərin çıxışlarından sonra söz qonaqlara verilib. Adil Haqverdiyev çıxış edərək bildirib ki, xalqımızın İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında misilsiz xidmətləri olub: “ Müharibənin ilk günlərində vətəndaşlarımıza qarşı ədalətsiz davranışlar olmuşdur.Belə ki, rus dilini bilməmələri səbəbi ilə verilən əmri düzgün yerinə yetirə bilmədikləri üçün vətəndaşlarımız rus zabitləri tərəfindən cəzaladırılmışlar. Bu hadisələrdən Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin katibi Mircəfər Bağırov xəbər tutmuşdur. O, ön cəbhəyə getmiş, doğma dilində rus zabitinə əmr vermiş və əmri yerinə yetirməyən zabiti cəzalandırmışdır. Bu hadisədən sonra milli divizyalarımız yaranmış və bu müharibənin sonuna qədər şərəfli döyüş yolları keçmişlər. Hər kəsə bəllidir ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə də olmayacaqdı. Döyüşlərdən üzü ağ çıxan babalarımızın varisləri onların davamçıları olmalı idi. Uzun illərin həsrətindən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz düşmənləri torpaqlarımızdan qovdu. İndi Qarabağda quruculuq işləri başlanıb. Mən çıxışımın sonunda bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı diləyirəm!” Daha sonra Nəbi Hacıyev və Adil Əzməmmədov çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu