Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şuşa İli” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində çox mühüm məqamlara toxundu, ötən il qazanılan nailiyyətlərə diqqət yetirdi, gələcək hədəflərlə əlaqədar vacib mesajlar verdi. Dövlət başçısı il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdığımızı, Azərbaycanın uğurla inkişaf etdiyini inamla ifadə etdi.

 

Həqiqətən də, 2021-ci ildə iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, tarixi Qələbinin diplomatik müstəvidə möhkəmləndirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması  istiqamətində çox mühüm işlər görülüb. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar konseptual xarakterli, sistemli tədbirlər uğurla davam etdirilib. Dövlət başçısının Azərbaycanın bölgələrinə səfərləri 2021-ci ildə də müntəzəm xarakter daşıyıb. Xüsusilə də, Azərbaycan Prezidentinin regionlara 47 səfərindən 32-si işğaldan azad olunmuş ərazilərə edilib. Bu, qalib Azərbaycanın qüdrətli Liderinin – yenilməz Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər yürüşünün davam etdiyini, Böyük Qayıdışın qısa müddət və yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir.

 

Regionların inkişafında yeni model - yeni mərhələ

 

Bu kontekstdə əsas məsələlərdən biri isə yeni regional idarəetmə mexanizminin yaradılmasıdır. Məlum olduğu kimi, ötən il Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzaladı. Bu, həm sosial-iqtisadi, həm tarixi-siyasi, həm də strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Bu addımın iqtisadi və regional inkişaf kontekstində əhəmiyyətinə keçməmişdən əvvəl qeyd edim ki, yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması Azərbaycanın möhtəşəm tarixi Qələbə nəticəsində yaratdığı reallıqların ifadəsidir. Yeni təsnifat Azərbaycan iqtisadiyyatının tamlığının bərpası və funksionallığının artırılması baxımından əhəmiyyətli olmaqla yanaşı, bütün resurslardan dinamik inkişafı təmin etmək üçün səmərəli istifadə olunmasına mühüm imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir, təbii sərvətləri və geniş turizm imkanları ilə fərqlənir. Ona görə də bu resurslardan istifadə etməklə regional inkişafın yeni mərhələsinin əsasını qoymaq mümkündür. Paralel olaraq Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi bölgələrin yeni mexanizm əsasında idarə olunması üçün cəlbedici modelin yaradılması baxımından diqqəti cəlb edir. Bu, eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı gələcək üçün yeni nümunələrin formalaşmasına imkan verəcək.   

 

“Şuşa İli” yeni və daha möhtəşəm uğurlar vəd edir

 

Bunlarla yanaşı, Prezident İlham Əliyevin bəhs olunan müraciətində 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirməsi, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi böyük tarixi hadisədir. Bu, həm mədəni-mənəvi, həm də siyasi əhəmiyyətə malikdir. Dövlət başçısı təkcə Şuşada bərpa-quruculuq işlərinin həyata keçirilməsini xüsusi diqqət mərkəzində saxlamır, eyni zamanda, tarixi-mədəni irsin bərpasına, qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti ötən il ərzində Şuşa şəhərinə 7 dəfə səfər edib. Müzəffər Ali Baş Komandanımız bəhs olunan müraciəti zamanı “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”,-deyə vurğulayıb. Qısa müddətdə Şuşanın Baş planı hazırlanıb, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili bərpa edilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi isə qarşıdakı dönəmdə Azərbaycan naminə daha böyük işlərin görüləcəyini deməyə əsas verir - əminlik yaradır.

Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa İli” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2022-01-07 10:34:00
944 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov şəhid ailələrinə başsağlığı verdi: “Onlar qəlbimizdə əbədi yaşayacaqlar”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov sentyabrın 12-də erməni təxribatının qarşısının alınması zamanı həlak olan şəhidlərin doğmalarına başsağlığı verib, Azərbaycan xalqının onları hər zaman sevgi və minnətdarlıq hisis ilə yad edəcəyini vurğulayıb. Veteran.gov.az xəbər verir ki, Polkovnik Cəlil Xəlilov dövlətmizin, bayrağımızın məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində var olduğunu bildirib:  “Sentyabrın 12-də erməni təxribatının qarşısının alınmasında iştirak edən və müqəddəs vətən torpağını müdafiə edən zaman həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə, doğmalarına başsağlığı verir, yaralı qazilərimizə şəfa diləyirəm.  Şəhidlərimiz düşmən təxribatının qarşısının alınmasında böyük qəhrəmanlıq göstərmiş, vətən torpağını öz canları, qanları bahasına yağı düşməndən müdafiə etmişdilər. Tarix sübut edir ki, dövlət də, bayraq da hər zaman şəhidlərin, qazilərin fədakarlığı sayəsində var olmuş, xalqlar tarixin sınaqlarından öz igid övladlarının qəhrəmanlığı sayəsində alnıaçıq, üzüağ çıxmışdır.  Şəhidlərimiz bizim qürurumuz, bizim qəhrəmanlarımızdır və onlar xalqımızın, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq, daim sevgi və minnətdarlqı hissi ilə yad ediləcəkdir.  Bir daha şəhdilərimizə rəhmət, yaralılarımıza şəfa diləyir, hər kəsi dövlətimizin, Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşməyə səsləyirəm”.  Seymur ƏLİYEV  

Hamısını oxu
İlham Əliyev: Tarix göstərdi ki, mən haqlıyam

Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olmuşlar. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir: "Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var. Bir sözlə, bütün bunlar böyük sual doğurur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər".

Hamısını oxu
Моя война

Respulika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov    Ramazanov Nazim Tağı oğlu   Cümşüdov Əlikişi Mirzəməmməd oğlu   Шевченко Валентина Федотовна     Fərəcov İsmayıl Mövsüm oğlu

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edib

Bakı, 16 oktyabr, AZƏRTAC Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Hamısını oxu