Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.

 

Veteranların və 44 günlük Vətən müharibəsi iştirakçılarının qatıldığı konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin əsl sərkərdəlik məharəti sərgilədiyini vurğulayan Fatma Səttarova, işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyətin Azərbaycan tarixinə qızll hərflərlə həkk edildiyini bildirib.

 

Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb:

 

“Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb ki, bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun prezidenti ətrafında birləşməsi zəruridir.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir.

 

Son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur.

Bəzi hallarda müxtəlif şəxslərin qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslər qanunsuz əməlləri ifşa olunmalıdır.

 

Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır.

Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolvverilməzdir  və qaziləri bu kimi halllarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun prezidentinin ətrafında birləşməyə səsləyirik.

 

Qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla  yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər.

 

Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”.

 

Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları da dövlətin onlara olan diqqət və qayğısından məmnunluqla bəhs etməklə yanaşı, cəmiyyətdə bəzi hallarda mənfi təzahürlərə də rast gəldiklərini vurğulayıblar. Aparılan müzakirələrdən məlum olub ki, dövlət başçısının xəbərdarlığına rəğmən hələ də bəzi məmurlar tərəfindən müharibə iştirakçılarına laqeyd münasibət, o cümlədən süründürməçilik halları mövcuddur ki, bu da qazilərdə haqlı narazılığa səbəb olur.

 

Konfransda mənfi təzahürlərə qarşı birgə mübarizənin zəruriliyi qeyd olunub və bu cür hallarla qarşılaşan qazilərə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət etmək, öz hüquqlarını təmin etmək üçün təşkilatın imkanlarından faydalanmaq tövsiyə olunub.

 

Konfransda iştirak edən xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynovun, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədovun, polkovnik-leytenant Şahin Məmmədovun,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyevin çıxışları da böyük maraqla qarşılanıb və konfrans iştirakçıları tərəfindən təqdir olunub.

 

Konfransın sonunda bir daha tədbir iştirakçılarına üz tutan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova qaziləri dövlət başçısının ətrafında sıx birləşməyə, dövlətimizin daha da güclənməsi prosesində aktiv iştirak etməyə səsləyib.  Daha sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

2022-01-14 15:58:00
1091 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində olublar

Bakı, 16 mart, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Səfərdən geniş reportaj martın 17-də təqdim ediləcək.  

Hamısını oxu
Yeni dərs ili ilə əlaqədar olaraq şəhid övladlarına planşetlər hədiyyə olunub

Veteran.gov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər.   Nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.   Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb.   Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib.   “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq birinci sinifə qədəm qoyan bütün şəhid öladlarını təbrik edir, uğurlar arzulayırıq.  

Hamısını oxu
Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfrans keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfransı təşkil edilib. Tarixi, mədəni irsin qorunması və saxlanılması missiyasını başlıca fəaliyyət məqsədi sayan “Qələbənin varisləri” beynəlxalq birliyinin təşkil etdiyi konfrans İkinci Dünya müharibəsinin 75 illiyinə həsr olunub. İyirmidən çox ölkədən yüksək vəzifəli nümayəndə heyətlərinin, o cümlədən iki ölkənin prezidentinin qatıldığı konfransda Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib. Tədbirdə “Veteranların müdrikliyi - müharibə və faşizmə sipərdir” adlı məruzə ilə çıxış edən C.Xəlilov Azərbaycanın faşizmə qarşı mübarizədə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Həmin müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar, əvəzsiz xidmətlər göstərib. Azərbaycan neftinin qələbədəki payı xüsusilə böyük olub. Bu gün həmin Qələbənin canlı yaddaşı veteranlardır. Əbədi fəxrimiz olan veteranlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. C.Xəlilov qonaqların diqqətini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozmasına, 25 ilə yaxın müddətdə BMT-nin qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən bu günədək icra olunmamasına yönəldib. O, bu faktı faşizmin dirçəldilməsinin bariz nümunəsi kimi dəyərləndirib, tarix beşiyimiz olan Qarabağın hələ də işğal altında saxlanmasını və milli-mədəni sərvətlərimizin talan olunmasını böyük təəssüf hissi ilə diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanda nasizmə xidmət edənlərə son illərdə abidə ucaldılmasını ciddi tənqid edərək deyib: “Biz nasistlərlə əlbir olanların qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq. Artıq bir neçə ildir ki, müasir erməni faşistləri öz sələflərinin, İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar, erməni qisasçı legionlarına rəhbərlik etmiş Qaregin Njde və general Dronun genişmiqyaslı təbliğatı ilə məşğul olurlar. Ermənilər bədnam niyyətlərinin həyata keçirilməsində hər vasitəyə əl atır, hətta qonşu ölkələrin mətbuatının imkanlarından istifadə etməkdən belə çəkinmirlər. Vaxtılə Qarabağda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlar törətmiş Njde kimi faşist başkəsənlərinin bəraətinə xidmət edən bu təbliğatda o dərəcədə ifrata varılır ki, cəlladlar qəhrəman səviyyəsinə yüksəldilir. Ermənilərin bəşəriyyətin məhvinə çalışan, milyonların cəlladları olanlara abidə ucaltmaları hiddətləndiricidir. İkinci Dünya müharibəsi tarixinə adları nasistlərlə birgə kütləvi qırğınların törədiciləri sırasına yazılmış bu qaniçənlər faşizmə xidmət etdikləri üçün qınaq obyekti olmalı, lənətlə xatırlanmalıdırlar”. Respublika Veteranlar Təşkilatının sədr müavini Azərbaycanda heç zaman dini, irqi ayrı-seçkiliyə yol verilmədiyini, xalqımızın tolerantlığının dünya tərəfindən qəbul edilən reallıq olduğunu əminliklə bildirib. O, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qeyd olunan ənənələrin dövlət siyasəti səviyyəsinə qaldırılmasından və həyat tərzinə çevrilməsindən bəhs edərək konfrans iştirakçılarını bunun bariz nümunələri ilə tanış edib. Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, müxtəlif dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri qeyd edən natiq müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin bir arada harmonik mövcudluğunun dünya üçün nümunə olduğunu vurğulayıb. Konfransda digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, faşizmsiz dünya uğrunda mübarizənin metodlarından bəhs olunub.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

5 sentyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhəbrliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkib, 8 Noyabr zəfərinin önəmini vurğulayıb: “Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu – bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdi. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. İnanıram ki, bu konfrans çərçivəsində səsləndirilən məruzələr, çıxışlar və aparılan müzakirələr bizə təkcə Zəfər tariximizi bir daha xatırlatmayacaq, həm də sülhə gedən yolda görülən işlərə, qarşıda duran vəzifələrə və milli hədəflərimizə daha aydın baxış formalaşdıracaq. Prezident İlham Əliyev təkcə hərbi Qələbənin deyil, eyni zamanda sabitliyin, inkişafın və sülhün memarıdır. Onun müdrik rəhbərliyi ilə Azərbaycan bu gün nəinki regionda, həm də beynəlxalq miqyasda sabitlik adası, əməkdaşlıq mərkəzi və dayanıqlı inkişaf modeli kimi tanınır. Əminik ki, bu model yaxın gələcəkdə bütün dünya üçün nümunəyə çevriləcək və hər kəs  Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının əldə etdiyi yeni, böyük, tarixi uğurlara şahid olacaq”. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı Eldar Quliyev işğal dönəmində ermənilərin törətdiyi vəhşiliyə diqqət çəkib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbə bütün bu vəhşiliklərə son qoydu, dövlətimizin ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Bu gün Azərbaycanın bütün dünya, xüsusilə də türk dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri qurduğuna diqqət çəkən millət vəkili, bütün bu uğurların müəllifinin Müzəffər Ali Baş Komandan olduğunu vurğulayıb. AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, Milli Məclisin deputatı professor Ziyad Səmədzadə çıxışında dövlətimizin əldə etdiyi iqtisadi uğurlara diqqət çəkib. Müstəqilliyin ilk illərində Azərbaycanın bir çox problemlərl yanaşı, həm də ciddi borc problemi ilə üzləşdiyini bildirən millət vəkili, hazırda Azərbaycanın borc verən ölkəyə çevrildiyini söyləyib. Konfransda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlili də Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinə toxunub. O, qeyd edib ki, məhz İlham Əliyevin dərin zəkası, yüksək siyasi səriştəsi, cəsarət və qətiyyəti Azərbaycanı tarixin ağır sınaqlarından qalib çıxardı, dövlətimizə və xalqımıza  bütün dünyada böyük hörmət və ehtiram qazandırdı. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi və əmək veteranı  İmran Əbilov da iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu