Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Suraxanı rayonunda bir qrup veteranla görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev  03 fevral   2021-cu il tarixdə    Bakı şəhəri Suraxanı rayonunda bir qrup Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsinin qaziləri ilə görüş keçiriblər. Tədbirdə Suraxanı VT-nın müavini, Birinci Qarabağ müharibəsinin iştirakçısı  Vahid Muxtarov, Hüseyn İsmayılov, 44 günlük Vətən müharibəsi qaziləri Namiq  Rufullayev, Nicat  ismayılov və digər qazilər iştirak edib.

 

Tədbiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev açdı. Onun təklifi ilə torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Adil Haqverdiyev Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb:

 

“Ali Baş Komandan İlham Əiyev dəfələrlə öz çıxışlarında bildirib ki, mən hər zaman şəhid ailələrinin, qazilərin, veteranların yanındayam. İcra orqanlaına daim göstərişlər verirəm ki, onların sağlamlıqlarını, firavan yaşamlarını diqqətdə saxlasınlar. Elə hallar olur ki, bəzi məmurlar onları incidir.Onların incik olmalarından öz məqsədləri üçün müəyyən qara qüvvələr istifadə etməyə çalışırlar. Bunlar yolverilməzdir. Hamımız bir yumruq olub Ali Baş Komandan İlham Əiyevin ətrafında sıx birləşərək ölkəmizi daxili və xarici qara qüvvələrdən qorumalıyıq.

Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Sonra Nəbi Hacıyev çıxış edib, qazilərimizin Vətən müharibəsindəki qəhrəmanlıqalrından söz açıb.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

2022-02-04 11:57:00
1411 baxış

Digər xəbərlər

Nadir şahdan sonra ilk dəfə O alır!

Elə bil indiyədək heç yaşamamışıq. Gözümüz indi, məhz indi, bu günlərdə açılıb... Nə gözəlmiş yaşamaq haqqı, sevinmək haqqı, qürurlanmaq haqqı... Yaşamağın bir adı da Qürurmuş... O biri adı Şərəf... Koronaviruslu 2020-ci ili heç bəyənməmişdik, xatırlayırsınız? Hətta ömrümüzdən saymayacağımızı deyirdik. Pandemiyanın planlarımıza əngəl olmasından şikayətlənirdik. Amma həyatımızın ən gözəl, ən dəyərli ili olmaqdadır 2020: Ən Yeni Tarix yazılır bu günlərdə... Torpaqlarımız işğaldan azad olunur!!! Şərəfimiz, Qürurumuz, Heysiyyətimiz yenilənir. Bərpa olunuruq sanki... Artıq sevə bilirik! Bütün varlığımızla sevirik bu məmləkəti. Ali Baş Komandanımız 30 ildir tamarzı olduğumuz möhtəşəm duyğular yaşadır bizə. Biz Qalib gəlirik, təsəvvür edirsiniz?!. Biz qalibik, təsəvvür etmək belə lazım deyil, gözümüzlə görürük Qələbəni - işğaldan azad olunan Qarabağı... Yaralı Qarabağı... Şöhrətli Qarabağı... Cəbrayılı, Ağdərəni, Füzulini, Hadrutu, Xocavəndi.... Şuşanı, Xankəndini, Laçını, Kəlbəcəri... Qubadlını, Zəngilanı, Ağdamı, Xocalını... Ayaq səslərini eşidirsiniz?! Addım-addım yaxınlaşmağımızı, qovuşmağımızı... Bu gözəl, çox gözəl, fövqəladə gözəl və möhtəşəm günlərdə - şərəfli tariximiz yazılan bu əziz günlərdə təkrar-təkrar ifadə etdiyim və etmək istədiyim kəlmələr bunlardır: Cənab Ali Baş Komandanım, Sizi çox sevirəm! Sizi çox sevirik!!! Bizim Liderimiz, Xilaskarımız, Qarabağımız!!! İlham Əliyev. Bu ölkədə Sevgiyə və Sayğıya, ən ali, ən ülvi münasibətə, rəğbətə, xoşgörüyə ən layiqli Birinci şəxs məhz odur. Sevgilərimiz və Dualarımız Ona ünvanlıdır!!! Çünki... Qarabağ çox yox, 20 gün öncəyədək bizimçün arzu, xəyal və solğun ümid, hətta ümidsizlik idi. Arzularımızı, Ümidlərimizi, Xəyallarımızı O gerçəkləşdirir! Bayrağımızı O dalğalandırır işğaldan azad olunan torpaqlarımızda! Tariximizi və taleyimizi dəyişdirir O. Yadların və yadellilərin bizə yazdığı dəhşətli və dözülməz tarixi-taleyi... Adam kimi Adamdır O! Qəhrəmandlr, qəhrəmanımızdır O! Rəisimiz, Komutanımız, Sərkərdəmizdir. Qalib Ali Baş Komandanımızdır. Möcüzədir varlığı. Nə yaxşı ki, var. Nə yaxşı ki, bizimdir, bizə aiddir!!! Bayraqdır O, Ordudur O, Vətəndir O, Dövlətdir O! Azərbaycandır O!!! Sizi çox, çox, lap çox, hədsiz çox sevirik, Bayraq Adam, Ordu Adam, Vətən Adam, Dövlət Adam! Tanrıya sonsuz şükranlarımızın səbəbi! Bizi heçliyin, yoxluğun, gücsüzlüyün, güvənsizliyin girdabından çıxaran Adam! Birləşdirən, bütünləşdirən, bütövləşdirən Adam! Son 250 illik tariximizdə - Nadir şahdan üzü bu yana yalnız itirdik - ərazilərimiz, coğrafiyamız kiçildi, işğal olundu, yağmalandı. Çox səbəblər oldu - bizdən asılı olan və olmayan: daha çox olmayan... Fəth olmadı. İtkilər oldu. Torpaq itkisi... Qürur itkisi... Mənəviyyat itkisi... Amma indi... gözümüzün önündə baş verənlər şok effekti yaradır izlədikcə: Prezident İlham Əliyev torpaqlarımızı-itirdiklərimizi geri alır, Qarabağı fəth edir. Qürurumuzu, Şərəfimizi, Heysiyyətimizi qaytarır. Qarabağı qaytarır. “Şuşasız olmaz” deyir!!! Özü də “Müqəddəs Şuşa” deyir. Bilir ki, Şuşa açardır. Şuşa mənəviyyatımızın paytaxtıdır. Şuşa olmazsa, olmaz. Şuşasız olmaz! Varlığımızın, mövcudluğumuzun, qan yaddaşımızın, ilham mənbəyimizin sirri ordadır - Şuşada... Bu gözəlliyi, bu əzəməti, bu ruhaniyyəti təsvir və ifadə etməyə söz acizdir: Şükranlığı və minnətdarlığı; Sevgini və heyranlığı... Heyrəti... Xoşbəxtliyi... Sevinci... Fərəhi... Boynubükük, gözləriylə kədər və iztirab daşıyan bir topluma xoşbəxtliyi və qüruru yaşatmaq... bilirsiniz, nə deməkdir?! Heç bilirsiniz Millətə qol-qanad olmaq, nəfəs olmaq, ruh olmaq nə deməkdir?! Millətin boyunu ucaltmaq, başını dikəltmək, köksünü qabartmaq nə deməkdir, bilirsiniz?! Millətə can vermək, Milləti diriltmək, Yeri Göy etmək nə deməkdir, bilirsiniz?! Bilirsiniz bu millətə Oğul olmaq, Sərkərdə olmaq, Ordu olmaq, Qəhrəman olmaq nə deməkdir?! Bilirsiniz... Bizim Hekayəmiz başlayıb, Millət, gözümüz aydın! Millət, Qarabağın mübarək! Bəxtəvərliyin, səadətin mübarək!!! Bizim Hekayəmiz yazılır! Bu hekayəni yazana, yazdırana haqqımız halal olsun! Min dəfə, yüz min dəfə, milyon dəfə halal olsun!!! Doğma Adam, Əziz Adam, Böyük Adam, Qalib Adam, Qələbə Adam!!! Bizim Adam!!!

Hamısını oxu
Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var

Regionun lider dövləti, güc mərkəzi olan Azərbaycan indiyədək çoxsaylı tarixi və möhtəşəm uğurlara imza atıb. Ölkəmizin yüksəlişini və tərəqqisini təmin edən əsas amil uğurlu strateji kursdur. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara, dövrün çağırışlarına əsaslanan siyasəti respublikamızın xaos və tənəzzüldən xilas olaraq rifah və inkişaf yoluna çıxmasını şərtləndirib. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev isə xalqımıza bir çox ilklər yaşadıb, bənzərsiz nailiyyətlər qazandırıb, ən əsası, Azərbaycanı Zəfər zirvəsinə yüksəldib. Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarına, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti də ölkəmizin gücünü artıran, dünyadakı mövqeyini möhkəmləndirən müstəsna amildir. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var. Mehriban xanım Əliyevanın fəaliyyəti həm çoxşaxəli, həm də məqsədyönlüdür. O, hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib. Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərərkən milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib, xalqa və dövlətə ləyaqətlə xidmət edib. Təsadüfi deyil ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstərib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etməklə yanaşı, Azərbaycanın coğrafi sərhədləri ilə məhdudlaşmır, beynəlxalq əhəmiyyət daşıyır. Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği istiqamətində də çox mühüm addımlar atılır. Önəmli nüanslardan biri budur ki, artıq tarixdə qalmış münaqişə ilə bağlı həqiqətlərin təbliği, Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub. Bunlarla yanaşı, Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyətini uğurla davam etdirir. Onun partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında böyük rolu var. Birinci vitse-prezidentin gördüyü işlər vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, idarəetmədə çevikliyin və funksionallığın artırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından əlamətdardır. Xüsusilə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və digər həssas kateqoriyadan olan insanlara xüsusi qayğı ilə yanaşılması təqdirəlayiqdir. Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O, müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bu, Mehriban xanım Əliyevanın milli məzmunlu, beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Mehriban xanım Əliyevanın cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətini uğurla davam etdirməsi xalqımıza rifah, inkişaf və qalib Azərbaycana yeni uğurlar, qələbələr, bir sözlə, parlaq perspektivlər vəd edir.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Ermənilərin ekoloji terrorunun qarşısının alınmasında dünya birliyi həmrəylik sərgiləməlidir

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumlara müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində xalqımıza məxsus təbii sərvətlər erməni separatçıları tərəfindən vəhşicəsinə istismar olunub, ekologiyaya böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsi erməni işğalına son qoysa da, son iki ildə erməni separatçıları tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki sərvətlərimizin talanması prosesi davam etməkdədir. Təbii resurslarımızdan qanunsuz istifadə təbiətin amansızcasına məhv edilməsi prosesi ilə paralel həyata keçirilir ki, bu da məlum problemi sadəcə Azərbaycan üçün deyil, bütün dünya üçün aktual edir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Azərbaycana məxsus təbii sərvətlərin talanmasına, təbiətin məhv edilməsinə son qoyulmasını tələb edir, bütün beynəlxalq təşkilatları, dünya birliyini bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, sərvətlərimizin talanmasına, təbiətimizin sistemli şəkildə məhv edilməsinə etiraz əlaməti olaraq dekabrın 12-dən etibarən Şuşada ekoloji fəalların, media nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, sadə vətəndaşların iştirakı ilə fasiləsiz aksiyalar keçirilməkdədir. Aksiyada məqsəd bəşəriyyətin sağlam gələcəyi, ekoloji təhlükəsizliyi naminə ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq, bölgədə separatizmin inkişafını önləmək, ölkəmizin suveren ərazilərində Azərbaycanın nəzarətini təmin etməkdir. Ekologiyanın sərhəd tanımadığını nəzərə alsaq, bu gün ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən ekoloji terroru, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilən cinayət hesab edirik. Bildiririk ki, bu cinayətin qarşısının alınmasında bütün dünya ciddi həmrəylik sərgiləməli, bu terrorun davam etməsinə, onun fəsadlarının daha da ağırlaşmasına yol verməməlidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq üçün Azərbaycanın səylərini praktiki şəkildə dəstəkləyəcək, bu terrora son qoymaq üçün rəsmi İrəvana ciddi təzyiqlər göstərəcək. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, ekoloji terrorun qarşısını almağı bütün bəşəriyyətin mənəvi borcu hesab edir və bir daha planetimizin hər bir üzvünü bu borca sadiq olmağa səsləyirik”.

Hamısını oxu
Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı İctimai Birliyinin PRESS RELİZİ

“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir. Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. Bu günlərdə yekunlaşan layihədə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür.  Layihə həyata keçirildiyi dövrdə ilk dəfə hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı kitab çap olundu. Bu kitaba I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınmışdır. Kitabın müəllifi   filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov bildirib ki, kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib.  Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. O, qeyd edib ki, kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür. Qeyd edək ki, Qa­ra­ba­ğın iş­ğa­lın­dan son­ra Azər­bay­can şa­ir­­lə­ri­nin, de­mək olar, ha­mı­sı bu möv­zu­da əsər­lər yaz­­mış­lar. Bu şe­ir­lər­də Tür­ki­yə-Azər­bay­can ic­ti­mai, si­ya­­si, hər­bi bir­li­yi ilə ya­na­şı, mə­nə­vi bir­li­yin­dən do­ğan bö­yük bir ümid və gə­lə­cə­yə yö­nə­lik me­saj­lar var­dır. Həm Tür­ki­yə, həm Azər­bay­can şei­rin­də Qa­ra­bağ möv­zu­sun­da bir­lik və bə­ra­bər­lik me­saj­la­rı ve­ri­lir. Araş­dır­ma­lar gös­tə­rir ki, ic­ti­mai-si­ya­si, hər­bi bir­lik olan za­man ədə­biy­yat, poe­zi­ya da bu bir­li­yi tə­rən­nüm edir və ya­şa­dır. XX yü­zi­lin əv­vəl­lə­rin­dən baş­la­yan bu bir­lik me­saj­la­rı bü­tün türk­lə­rin bir­ləş­mə­si üçün bir ör­kək xa­rak­te­ri da­şı­yır. Bü­tün bun­lar türk­lü­yün gə­lə­cək hə­yat yo­lun­da Tu­ran ide­ya­sı­nın və Tu­ran­çı­lı­ğın poe­tik dər­ket­mə­si­nin ilk mər­hə­lə­si­dir. Dü­şü­nü­rəm ki, hə­lə bun­dan son­ra da Tür­ki­yə və Azər­bay­can or­du­su­nun zə­fə­ri­nə ye­ni şe­ir­lər ya­zı­la­caq. Bu şe­ir­lər­də yüz il əv­vəl­də Nu­ru Pa­şa­ya poe­tik öy­gü­lər ol­du­ğu ki­mi, bu­gü­nün mü­ha­ri­bə qəh­rə­man­la­rı­na da ye­ni öy­gü­lər ya­zı­la­caq.     “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyinin layihə rəhbəri:                               prof. Bədirxan Əhmədli       Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 34 Əlaqə: (+99450) 5545982 e-mail: bedirxan@mail.ru

Hamısını oxu