Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb. Bu barədə Fərid Şahbazlı özünün sosial mediadakı səhifəsində məlumat verib. Məlumatda deyilir:

“Bu gün Kiyevdə Ukraynanın Gənclər və İdman nazirinin müavini Marina Popatenko ilə görüşdük. Nazir müavininə Azərbaycandakı uğurlu dövlət gənclər siyasəti modeli haqqında məlumat verdik.

Ukraynanın gənclər təşkilatları ilə əməkdaşlıq, ortaq toplantıların keçirilməsi, beynəlxalq platformalarda birgə fəaliyyət haqqında müzakirələr apardıq.

İnanırıq ki, Azərbaycan dövlətinin böyük dəstəyi ilə Ukrayna gənclər təşkilatları ilə Bakıda bir araya gələcəyik.

Görüşün təşkilinə verdiyi dəstəyə görə, dəyərli dostumuz, Azərbaycanı Ukraynada uğurla təmsil edən jurnalist Mübariz Aslanova təşəkkür edirəm.

 

2022-02-18 18:37:00
885 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Müdafə Naziri general-polkovnik Həsənov Zakir Əsgər oğluna

Hamısını oxu
Laçın sərhəd məntəqəsi erməni separatçıları üçün sonun əvvəlidir

Hamısını oxu
“Ermənistanın təxribatçı addımlar üçün kimdən cəsarət aldığı məlumdur”

Nəsib Məhəməliyev: “Rusiya sülhməramlıları erməni terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər”   Son vaxtlar ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqdadır. Laçın və Şuşada baş verən son olaylar erməni təxribatlarının sistemli xarakter almağa başladığını göstərir.   Maraqlıdır,  Vətən müharibəsində hərbi potensialının 80%-ni itirən Ermənistanın yeni qarşıdurmaya cəhd etməsi nə dərəcədə anlaşılandır? Məğlub Ermənistan özündə bu cəsarəti haradan alır?   Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:   “Erməni separatçısının hərbçilərimizin xidməti postuna əl qumbarası atması terror hadisəsidir və ən ağır şəkildə cəzalandırılmalıdır. Əks halda, yeni terror hadisələrinin törədiləcəyi şübhəsizdir. Burada məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür və onlar terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər. Terrorla mübarizədə effektiv İsrail təcrübəsi var. Heç bir halda terrorçulara güzəşt olunmur.   Nəzərə almaq lazımdır ki, Ermənistan, dünyanın bir çox ölkələrində diplomatları, siyasətçiləri, qətlə yetirən terror dövlətidir və bu sahədə geniş təcrübəyə malikdir. İnsanlıq əleyhinə ən ağır cinayətlər törətmiş qatı terrorçuları milli qəhrəman səviyyəsinə qaldıran toplumdur.   Heç kimə sirr deyil ki, hər bir terrorun arxasında siyasi məqsədlər dayanır. Mənə elə gəlir ki, bu terrorun da əsas məqsədi, 44 günlük müharibədə darmadağın olmuş və psixoloji baxımdan sındırılmış və alçaldılmış erməni əsgərinin döyüş ruhunu qaldırmaqdır.   Eyni zamanda, nizamlama prosesini əngəlləmək, 10 noyabr üçtərəfli bəyanatla razılaşdırılmış bəzi müddəaların icrasından yayınmaq məqsədi daşıyır. Bu yaxınlarda, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov dövlət başçılarının yaxın vaxtda görüşünün baş tutacağını bəyan etdikdən dərhal sonra, bir çox erməni siyasətçiləri, politoloqları bunun əleyhinə çıxdıqlarını, hər hansı sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəklərini bildirdilər.   Digər tərəfdən, düşünürəm ki, Türk dünyasının güclənməsi, inteqrasiya proseslərinin sürətlənməsi, bir çox dairələrin narahatlığına səbəb olur. Bu istiqamətdə müvəffəqiyyətlər əldə olunduqca, bədxahların ,,sürprizlərinə ,, hazır olmalıyıq.   Ermənistanın gücü haradan alması, bəlli məsələdir. Ermənistan bu gücü ilk növbədə regionda maraqları olan ənənəvi geosiyasi güclərdən və biabırçı məğlubiyyətlə barışa bilməyən daxili millətçilərdən alır. Erməni cəmiyyəti yekdil deyildir. Cəmiyyətin daxilində müxtəlif xarici orqanlara xidmət edən destruktiv qüvvələr var. Onlar istənilən an, öz xəstə ideyalarını yeritmək naminə cinayət işlətməyə hazırdırlar. 1999-cu ildə parlamentdə baş nazirin, parlament rəhbərliyinin güllələnməsi və s. buna sübutdur. Amma Ermənistanın yaxın illərdə Azərbaycanla qarşı-qarşıya gəlməsi, genişmiqyaslı müharibə aparması qeyri-mümkündür”.   Seymur ƏLİYEV

Hamısını oxu
Qəbiristanlıqların minalanması erməni faşizminin anti-insani mahiyyətindən xəbər verir

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxış edib. Çıxışında Ermənistanın mina terroruna diqqət çəkən ANAMA yetkilisi ermənilərin ən çox mina basdırdığı ərazilərdən birinin də qəbiristanlıq olduğunu qeyd edib: “Azərbaycan öz ərazilərində tam suverenliyini təmin etdikdən sonra aparılan minatəmizləmə prosesində çox sayda xüsusi hazırlanmış tələ-gizli partlayıcı qurğularla rastlaşdıq. Ermənistan tərəfindən minaların ən çox basdırıldığı və minalandığı ərazilərdən biri də məhz qəbiristanlıqlar idi”. Samir Poladovun sözlərindən məlum olub ki, ermənilər həm də meşə sahələrində, su quyularında mina-tələlər basdırıb, partlayıcı mexanimzlər quraşdırıblar: “Mina və partlayıcı qurğular təkcə torpağın altında deyil, həmçinin meşəlik sahələrdə, ağacların üzərində və budaqlarında da yerləşdirilib. Daha bir fəlakətli məqam isə kəhriz quyuları ilə bağlıdır. Vaxtilə yerli əhalinin yeganə içməli su mənbəyi olan bu kəhriz quyularının içərisində, xüsusi şüşə butulkaların daxilində partlayıcı mexanizmlər quraşdırılıb. Üstəlik, demək olar ki, hər bir kəhriz sisteminin yaxınlığında qanunsuz hərbi bunkerlər yerləşdirilmişdi ki, bu da bərpa və təmizləmə işlərini ciddi şəkildə çətinləşdirir”. Samir Poladovun WUF13 çərçivəsində təşkil olunan tədbirdə səsləndirdiyi bu fikirlər erməni faşizminin terrorçu xislətini ifşa etməklə yanaşı, həm də son dərəcə anti-insani mahiyyət kəsb etdiyini isbat edir. Minaların cəbhə xəttində  - hərbi əməliyyat meydanında deyil, qəbiristanlıqlarda – insanların öz doğmalarının məzarlarını ziyarət etdiyi müqəddəs bir məkanda basdırılması sübut edir ki, erməni vəhşiliyi heç bir sərhəd tanımır. Erməni faşizmi öz bədxah niyyətinə çatmaq üçün bütün insani-mənəvi prinsiplərə asanlıqla arxa çevirir, ən ikrahedici vasitələri belə bu yolda məqbul sayır. ANAMA nümayəndəsinin açıqlaması bu həqiqətin ən bariz nümunəsidir. Ermənilərin qəbiristanlıqları minalaması onların, onun həm də anti-dini mahiyyətinə dəlalət edir. Hər kəsə məlumdur ki, səmavi dinlərin hamısında qəbiristanlıqlar müqəddəs sayılır. Heç bir din ölülər üçün son mənzil, dirilər üçün görk olan bu məkanda nəinki kimisə qətlə yetirməyi, ümumiyyətlə, hər hansı zülm, zorakılıq və s. sərgiləməyi qəti qadağan edir. Lakin ermənilərin qəbiristanlıqları mina zonalarına çevirməsi göstərir ki, özlərini “antik xristian” adlandıran ermənilər, əslində, “din” və “Allah” məfhumundan tamamilə uzaqdırlar. Erməni faşizmi üçün yeganə “din” “Böyük Ermənistan” xülyasıdır. Hansı ki, bu xülya qurulduğu ilk gündən ölümə məhkumdur. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi 8 Noyabr zəfəri bunun ən böyük isbatıdır. Seymur ƏLİYEV  

Hamısını oxu