Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polis övladı Avropa çempionu oldu

Bugünlərdə İstanbulda idmanın Muay-tay növü üzrə Avropa çempionatı start götürüb. Yarışda  Avropanın 37 ölkəsindən 613 idmançı gücünü sınayıb. Ölkəmizi bu yarışda 13 kişi və 1 qadın idmançı təmsil edib.

İdmançılarımız 3 qızıl, 1 gümüş, 5 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar.

Yığma komandanın heyətində qızıl medal qazanan idmaçılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır.

E.Rzayevanın 14-15 yaş qrupunda 67 kiloqram çəki dərəcəsində ilk görüşünü meydan sahibi türkiyəli Özge Çeliklə olub. Ona inamla qalib gələn idmançımız, növbəti mərhələyə rəqibin texniki məğlubiyyətilə adlayıb.  Finalda rusiyalı təmsilçi Tatyana İvanovanı da məğlub edərək Avropa çempionu adını qazanıb.

Emilinin atası bildirib ki, DİN rəhbərliyi, eləcə də Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev polis övladı kimi Emili Rzayevanın yarışlara qatılmasını dayimi diqqətində saxlayır.

Xatırladaq ki, DİN İdman Cəmiyyətinin yetirməsi E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, idman ustasıdır.

Biz də Avropa çempionu Emili Rzayevaya yeni-yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq.

 

Ruslan Vəliyev,

polis baş leytenantı

 

2022-02-19 15:11:00
1761 baxış

Digər xəbərlər

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdədir. Səfər çərçivəsində magistratura səviyyəsində maşınqayırma mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb. Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və BTU-nun prezidenti, professor Gezine Grande imzalayıblar. İmzalanma mərasimindən sonra AzTU-nun rektoru Vilayət Vəliyev və BTU-nun prezidenti Gezine Grande müqavilənin 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi olduğunu bildiriblər. Sənədin hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, nümayəndə heyətində Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev də iştirak edib. Yaqub Piriyev Almaniyanın mühəndis təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu müqavilə Almaniya universitetləri ilə imzalanan ilk ikili diplom müqaviləsidir. O da qeyd olunub ki, Təhsil Nazirliyi Almaniya universitetləri ilə ikili diplom proqramlarına böyük əhəmiyyət verir. Daha sonra nümayəndə heyəti universitetin kampusu və laboratoriyaları ilə tanış olub. Həmçinin AzTU-nun məzunları olan, BTU-da magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tədqiqat hesabatları dinlənilib və perspektiv imkanlar barədə müzakirələr aparılıb. Nümayəndə heyətinin səfəri davam edir.  

Hamısını oxu
Sabirabad rayonunun Nərimankənd kəndində Şəhidlərin Xatirə Kompleksinin açılışı olub

Mayın 14-də Sabirabad rayonunun Nərimankənd kəndində Şəhidlərin Xatirə Kompleksinin açılışı olub.   Tədbridə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını, onların daim minnətdarlıq hissi ilə yad ediləcəyini bildirib.   Daha sonra çıxış edən 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Mətləb Cəfərovun həyat yoldaşı Vüsalə xanım, kompleksin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib, bu cür addımların şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm önəm kəsb etdiyini qeyd edib.   Tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, o cümlədən rayon ziyalıları iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Daha bir şəhidimiz torpağa tapşırıldı

Şəhid baş əsgər Məmmədov Elşad Dönməz oğlu dəfn olunub. Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Allah rəhmət eləsin! Şəhid baş əsgər Məmmədov Elşad Dönməz oğlunun dəfn mərasimi keçirilir.   Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanına gətirilib.  Mərasimdə deputat Qənirə Paşayeva, Müdafiə Nazirliyinin rəsmiləri, rayon icra hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti də iştirak edir.   Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, müddətli həqiqi hərbi xidmətdə olan Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Bildirək ki, Məmmədov Elşadın yeddi aylıq övladı var.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dərbənd Mərkəzi Kitabxanası və ADİU-nun Dərbənd filialını ziyarət edib

Təşkilat sədri hər iki müəssisəyə Ulu öndər Heydər Əliyev, mərhum dövlət xadimi Əziz Əliyev və general Həzi Aslanovla bağlı kitablar hədiyyə edib Veteran.gov.az xəbər verir ki, Polkovnik Cəlil Xəlilov 17 aprel 2025-ci il tarixində Dərbənd Mərkəzi Kitabxanası və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına baş çəkib, hər iki müəssisəyə Ümummilli lider Heydər Əliyev, mərhum dövlət xadimi Əziz Əliyev və general Həzi Aslanovla bağlı kitablar hədiyyə edib. Mərkəzi kitabxanada Rusiya tarixi ilə yanaşı, həm də Azərbaycan tarixi ilə bağlı nadir kitabların qorunduğundan məmnunluğunu bildirən polkovnik Cəlil Xəlilov, Dərbənd Mərkəzi Kitabxanasının bütün regionda qiymətli məlumat mənbəyi kimi xüsusi çəkiyə malik olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına baş çəkən Təşkilat sədri, Universitet rəhbərliyi ilə görüşüb, burada təhsil alan azərbaycanlılarla maraqlanıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Dövlət İqtsiad Universitetinin Dərbənd filialı Dağıstanın elmi həyatında mühüm yer tutmaqla yanaşı, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə də böyük töhfə verir. Polkovnik Cəlil Xəlilov universitetin müəllim-tələbə heyətinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV    

Hamısını oxu