Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Binəqədi rayonunda yerləşən 246 saylı məktəb-liseydə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və    baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Binəqədi   rayonunda yerləşən 246  saylı  məktəb-liseydə şagirdlərlə görüşüb. 26 fevral Xocalı soyqırımı ilə əlaqədar təşkil olunan tədbirdə Binəqədi rayon VT –nın sədri Teyyub Həsənov, Təşkilatın üzvü Rövşən Xəlilov, Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, məktəbin direktoru Nəbi Mahmudov, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva,  şagird və müəllim kollektivi iştirak edib.

 

Tədbiri məktəbin direktoru Nəbi Mahmudov açıb. O,qonaqları tədbir iştirakçılarına  təqdim edib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şagirdlərin hazırladıqları Xocalı faciəsinə həsr edilmiş kompoziziyalara baxılıb, şeirlər dinlənilib.

 

Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi  vəhşiliklərin canlı şahidi olan polkovnik qeyd edib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi müzəffər  ordumuz tərəfindən düşmənin darmadağın edilməsi ilə nəticələnib: “Ordumuzun əsgər və zabitləri Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına və müharibənin qaydalarına əməl edərək istər hərbi əsirlərlə, istərsə də mülki insanlarla humanist davranmışlar. Mənim siz şagirdlərə tövsiyəm odur ki, faciələrimizi heç zaman unutmayasınız, müəllimlərinizin verdiyi tapşıriqları yerinə yetirəsiniz, vətənə layiqli övladlar olasınız”.

 

Teyyub Həsənov və Nəbi Hacıyev də çıxışlarında erməni vəhşiliklərinə və ordumuzun şanlı qalibiyyətinə diqqət çəkib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

2022-02-25 13:55:00
793 baxış

Digər xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkaya ilə görüşüb. Görüşdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva və “TRT Avaz” kanal koordinatör yardımşısı Yücel Kılıçkaya da iştirak edib. Görüş zamanı Türk dünyasının ortaq kanalı kimi fəaliyyət göstərən “TRT Avaz” kanalın genel koordinatörü Sedat Sağırkaya Türkiyə ilə yanaşı digər Türk dövlətləri, o cümlədən Azərbaycanda da “TRT Avaz”-ın geniş yayıldığını, təhsil, mədəniyyət, incəsənət, elm, uşaq və ailə, tarix və coğrafiya, dil və düşüncə mövzulu verilişlər kanalın ümumi yayım məzmununu təşkil etdiyini qeyd edib. O, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib, gələcəkdə mədəni əlaqələr, dostluq və qardaşlığın təbliği istiqamətində əməkdaşlıq, birgə layihələrin daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib. Sedat Sağırkaya Azərbaycanla əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq, Azərbaycan telakanalları ilə həyata keçirilən birgə layihələr barədə fikirlərini bölüşüb. O, Türk dünyasına dair ortaq tarixi, sənədli layihələr üzərində iş getdiyini, jurnalistlər üçün təlim proqramlarının reallaşdırıldığını bildirib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrinin inkişafına dəstək olaraq bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirilməsini planlaşdırıldığını vurğulayıb. Diplomat Türk dünyasının ortaq kanalı olan “TRT Avaz”ın bir mədəniyyət kanalı olaraq Türk coğrafiyasına və dünyaya açılan pəncərə olduğunu qeyd edərək Azərbaycan-Türkiyə qardaşlığının, milli mədəniyyətimizin təbliğində mühüm əhəmliyyətə malik olduğunu söyləyib.  Samir Abbasov “TRT Avaz” proqramlarında Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı verilişlərin yayımlanması, Azərbaycan filmlərinin nümayişi, tanınmış Azərbaycan incəsənət xadimlərinin, musiqilərinin əyləncəli verilişlərdə qonaq qismində iştirakı, gələcəkdə Azərbaycan dilinin tədrisi ilə bağlı proqramların hazırlanması və s. birgə layihələrin həyata keçirilməsinə dair təkliflərlə çıxış edib. O, bu il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Səfirliyin dəstəyi ilə verilişlər hazırlamaq məqsədi ilə Türkiyənin aparıcı telekanallarının, jurnalistlərinin Azərbaycana-Ermənistan işğalından azad edilən bölgələrə Mediatura “TRT Avaz” kanalının jurnalistlərinin qatıla biləcəyini qeyd edib. Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb və razılıqlar olub. Sonda “TRT Avaz” kanal koordinatörü Sedat Sağırkayaya Azərbaycan mədəniyyətinə dair "Salam Azərbaycan" adlı kitab hədiyyə olunub.

Hamısını oxu
Dövlət başçısı: "Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir"

   "Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib".   APA xəbər verir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə onlara göstərilən dövlət qayğısından danışarkən bildirib.   Yaralı və sağlamlığını itirmiş hərbçilərin ən müasir protezlərlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik”.   Prezident qeyd edib ki, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. “Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib”, - deyə dövlətimizin başçısı vurğulayıb.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Tərtərdə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri İman Almuradov  Tərtər rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilk öncə qonaqları salamlayıb , Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə soyqırımı nəticəsində həlak olan soydaşlarımızın və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, yazıçı-jurnalist Ədalət Salman çıxış edərək bildirib ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələrlə dolu səhifələr də yazılıb. Belə dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında rus bolşeviklərinin dəstəyi ilə erməni qəsbkarlarının törətdiyi azərnaycanlıların soyqırımı faciəsidir. Bu soyqırımı təkçə paytaxt Bakıda deyil, Gəncədə, Naxçıvanda, Qarabağda, Lənkəranda, Şamaxı və Quba qəzalaraında vəhşiliklə həyata keçirilib. Qətlə yetirilən soydaşlarımızla yanaşı, məktəblər, məscidlər, xəstəxanalar, milli memarlıq inciləri olan abidələr də məhv edilib.  O, daha sonra ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsini xüsusi vurğulayıb və qeyd edib ki, hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ehtiramla qeyd olunur. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Firudin Zeynalov, "Qarabağ qaziləri" İctimai Birliyinin rayon bölməsinin sədri Maşallah Əliyev, ADP-nin Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdilla, Sakit Üçtəpəli və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı törədilən soyqırımı qətiyyətlə pisləyiblər. Vurğulayıblar ki, Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli "1918-ci il azərbaycanlıların soyqrımının 100 illiyi hsqqında" Sərəncamından sonra insanlıq əleyhinə olan bu cinayətlər barədə həqiqətlər beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılıb.

Hamısını oxu