Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qahirə Universitetində Azərbaycan dilinin tədrisi bu il də davam edir

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir. Azərbaycan dilini tələbələrə birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.

Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 300-ə yaxın tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib.

Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 35 ölkəsindən 400-ə yaxın tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

 

2022-03-02 14:06:00
1112 baxış

Digər xəbərlər

"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev tələbələrə mühazirə keçib

Veteran.gov.az xəbər verir ki, Masallı Dövlət Regional kollecində və ADPU-nun Cəlilabad filialında müəllim və tələbə kollektivinin iştirak etdiyi görüşdə “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “İnsan alverinə qarşı mübarizə, erkən nikahlar, intiharlar və ailədəki zorakılıqlar-doğuran səbəblər və aradan qaldırılması yolları “mövzusunda diskussiya xarakterli mühazirə keçirilmişdir. Maraq doğuran tədbirdə rayon İcra hakimiyyətinin nümayəndələri və rayon polis şöbələrinin əməkdaşları da iştirak etmişlər. Sonda iştirakçılar tərəfindən verilən suallr mahiyyəti üzrə cavablandırılmışdır.  

Hamısını oxu
Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun adını daşıyan küçənin açılışı olub. Rayonun mərkəzində yerləşən küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Veteranlar Təşkilatının üzvləri  və şəhidin valideynləri iştirak ediblər. RİH-nin başçısı Rafiq Cəlilov  çıxış edərək bildirib ki, Qadir Heydərov  11 may 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində doğulmuşdu.  O, orta  məktəbi 2016-cı ildə bitirib, həmin ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb. Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. O, 29 oktyabr  2020-ci ildə Qubadlının  yüksəklikləri  uğrunda gedən döyüşlərdə  şəhid olub, əbədiyyətə qoşulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qadir Heydərov ölümündən sonra  "Vətən uğrunda", "Cəsur döyüşçü",  "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları  və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Şəhidin atası Ədalət Heydərov  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlığını bildirib. Qeyd edək ki, həmin gün rayonun  Sabirabad kəndində  "Azərbaycan bayrağı" ordenli şəhid Musa Əsgərovun da adını daşıyan küçənin açılışı olub. Rayon Veteranlar Təşkilatının nümayəndələri Vətən Müharibəsi şəhidi Rəfail İşiyevin yaşadığı binanın önündə vurulmuş barelyefin açılışında da iştirak ediblər.

Hamısını oxu
“Hər bir qazi canlı əfsanəmiz və qürur mənbəyimizdir”

İntiqam Babayev: “Onlar Vətən müharibəsində üzərlərinə düşən missiyanı ən yüksək səviyyədə yerinə yetirib”   “Qazilərimiz canlı əfsanələrimiz və qürur mənbəyimizdir”.   Veteran.gov.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvələr Təşkilatının bu gün keçirilən “Nəsillərin görüşü” adlı konfransdakı çıxışında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib. Nazir müavini qeyd edib ki, gənclər 44 günlük Vətən müharibəsində işğalçıları torpaqlarımızdan qovaraq ərazi bütövlüyümü bərpa edib, böyük qəhrəmanlığa imza atıblar:   “44 günlük Vətən müharibəsində gənclərimiz erməni faşizminə qarşı mübarizədə böyük qəhrəmanlıq göstərək işğalçıları torpaqlarımızdan qovdu, bununla da dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Onlar üzərlərinə düşən missiyanı ən yüksək səviyyədə yerinə yetirdilər. Vətən müharibəsində işitak edən hər bir gənc bir tarix yazdı və bununla da şanlı vətən tariximizə öz adlaırnı qızıl hərflərlə həkk etdirdilər. Onların bu qəhrəmanlığı hər zaman böyük minnətdarlıq və ehtiram hissi ilə yad ediləcək, qürurla xatırlanacaq. Bu qəhrəmanlıq gələcək nəsillər üçün də örnək təşkil edəcək, öyrəniləcək və təbliğ ediləcəkdir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezidentin köməkçisi cəbhəboyu zonada olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib. Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb. Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

Hamısını oxu