Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov rayonunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə fiziki tərbiyə müəllimləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə keçirilən “İdman həftəsi” çərçivəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qarşıdan gələn 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hamını təbrik etdi və bildirdi ki, ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və fundamental uğurlar Umummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf etməsi tamamilə məntiqi və qanuna uyğundur. Gəncləri idman vasitəsilə layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdarə rəisi vurğuladı ki, 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkədə milli idman növləri ilə yanaşı Olimpiya idman növləri də böyük vüsət aldı. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait Azərbaycana medalların axıb gəlməsi ilə bərabər Respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Əlbəttə ki, bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir.

Sonda adları aşağıda qeyd edilən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən İdman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, gənclərdə idmana, bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə və 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə fəxri fərmanlar ilə təltif olunmuşlar:

- Kənan Məmmədov – 34 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Cəfər Aslanov - 36 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- İradə Lələyeva - 37 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Eldar Muxtarlı - 39 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Amid Qasımov - 45 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Rübabə Həsənova – Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Səyyad Əkbərov - 57 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Yelena Həsənova – “Tərəqqi” texniki-humanitar liseyin fiziki tərbiyə müəllimi;

- Namiq Əsədov – “Ankara məktəbi” məktəb-liseyin fiziki tərbiyə müəllimi;

- Afət Məmmədova - 82 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Esmira Hüseynova - 93 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Nicat Əhmədov - 177 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Samir Paşayev - 178 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Əhliman Hüseynov - 193 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Rəqsanə Lətifova – Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi;

- Qətibə Bayramova - Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi;

- Vasif Piriyev - Məktəb-Lisey Kompleksin fiziki təhbiyə müəllimi;

- Xavər Mahmudova - 202 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- İlahə Mustafayeva - 207 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Rauf Nəzərov - 212 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Əli Kərimov - 258 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi;

- Murad Mehdiyev – Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli liseyin fiziki tərbiyə müəllimi;

- Mariya Novruzova – “Evrika” liseyinin fiziki tərbiyə və cüdo, 6 nömrəli məktəb-liseyinin fiziki tərbiyə və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının cüdo müəllimi.

Təltif olunan müəllimlərizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

 

2022-03-04 10:22:00
1109 baxış

Digər xəbərlər

Prezidentin “mükəmməlliyin sərhədi yoxdur” fikrinə ordu və prokurorluqdan əməli isbat...

Hərbi prokurorun təqdim etdiyi qürurverici statistika hansı mətləblərdən xəbər verir? Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ordunun peşəkarlığının və döyüş hazırlığının yüksəldilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bir nömrəli prioritet vəzifə elan edilib. Elə bu səbəbdən də dövlətimizin müdafiə və təhlükəsizliyinin təminatına ayrılan vəsait hər il müntəzəm şəkildə artmaqda, bu müstəvidə mühüm addımlar, ciddi yeniliklər həyata keçirilməkdədir. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin zərbə gücünü, müdafiə qabiliyyətini yüksəltmək, onun dünya orduları içərisində onsuz da yüksək olan reytinqini daha da yaxşılaşdırmaq, dövlətimizin təhlükəsizliyinin etibarlı təminatını sığortalamaqdır.   Məhz bu səbəbdən də Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində Ordumuzun inkişafı ilə bağlı dövlət siyasətinin bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib,  “mükəmməlliyin sərhədi yoxdur” deyərək heç bir uğurun son məqsəd olmadığını vurğulayıb: “Ermənistanın nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm. Güclü tərəfləri gözəl bilərək, eyni zamanda, biz lazım olanları düzəltməklə məşğul olduq. Hərçənd onların sayı az idi. Amma, necə deyərlər, mükəmməlliyin sərhədi yoxdur”. 23 yanvar 2026-cı ildə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il üzrə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası Silahlı Qüvvələrimizin bu inkişafa doğru əzmlə addımladığını göstərir. Qeyd edək ki, kollegiyada hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov ötən illə bağlı qürurverici statistika səsləndirib, maraqlı faktlara diqqət çəkib. Hərbi prokurorun çıxışından məlum olub ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib. Həmçinin, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilib ki, bu da çox ciddi nailiyyətdir. Silahlı Qüvvələrdə hərbi xidmət əleyhinə cinayətlərin hər il ötən ilə nisbətən əhəmiyyətli dərəcədə azalması Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının, ordu rəhbərliyi ilə prokurorluq orqanlarının birgə əməkdaşlığının, habelə, Müdafiə Nazirliyi, qoşun növü komandanlığı və Hərbi Prokurorluq əməkdaşlarının öz vəzifələrinə vicdan və məsuliyyətlə yanaşmasının nəticəsidir. Xatırladq ki, hər il Hərbi Prokurluq Müdafiə Nazirliyi və digər hərbi birləşmələrin rəhbərləri ilə birlikdə Silahlı Qüvvələrdə silsilə tədbirlər həyata keçirir, qanunçuluğun və nizam–intizamın gücləndirilməsi, milli-mənəvi dəyərlərin və Ulu Öndər Heydər Əliyev irsinin  təbliği, hüquqi maarifləndirmə və s. ilə bağlı mühüm addımlar atır. Hansı ki, bütün bu addımlar nəticə etibarilə Silahlı Qüvvələrdə nizam-intizamın güclənməsini, hərbi xidmət əleyhinə cinayətlərin azalmasını, hərbi qulluqçular arasında daha sağlam münasibətin formalaşmasını, vətənpərvərlik ruhunun yüksəlməsini təmin edir. Hərbi Prokurorun hesabat məruzəsində yer alan statistik rəqəmlər bu həqiqəti praktiki baxımdan təsdiq edir. Onu da xatırladaq ki, Hərbi Prokurorluq hərbi qulluqçular və onların ailə üzvləri ilə daha çevik ünsiyyəti təmin etmək, baş verən istənilən hadisəyə daha operativ reaksiya vermək, vətəndaşların arzu və istəkləri ilə tanış olmaq üçün səylərini davam etdirir. Bu məqsədlə 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılıb. Fəaliyyətdə olduğu 4 ay ərzində “962-Etimad xətti” üzrə 219 müraciət daxil olub. Bütövlükdə isə 2025-ci ildə Hərbi prokurorluq orqanlarına 1001 müraciət ünvanlanıb, 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib. Bütün bunlar Hərbi Prokruroluğun Silahlı Qüvələrdə apardığı işin miqyas və əhəmiyyətini göstərir. 2025-ci ildə əldə edilən bütün bu uğurlar onu deməyə əsas verir ki, 2026-cı ildə Hərbi Prokurorluq və Silahlı Qüvvələrimiz öz nailiyyətlərini davam etdirəcək, yeni müvəffəqiyyətlər əldə etməklə hər bir azərbaycanlıya qürur və sevinc hissi yaşadacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Ağdam rayonunun Quzanlı qəsəbəsində şəhidlərin şəkilləri ictimai məkanlarda yerləşdirilib

Veteran.gov.az xəbər verir ki, 15 fevral 2023-cü il tarixində şəhid pilot, leytenant Zeynalov Bəhruz Novruz oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Zeynalov Mikayıl Məmməd oglunun böyüdülmüş şəkilləri Ağdam rayonu Quzanlı qəsəbəsində magistral yolun kənarında quraşdırılan xüsusi lövhələdə yerləşdirilib. Şəhdilərimizlə bağlı söüzgedən tədbirdə Ağdam rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəliyi də iştirak edib. Şəhid pilot, leytenant Zeynalov Bəhruzun atası Novruz həkim və şəhid Mikayıl Zeynalovun qardaşı İsrayıl Zeynalov çıxışlarında hər zaman Ali Baş Komandanın qayğısını üzərlərində hiss etdiklərini, eyni zamanda icra hakimiyyətinin onların hər bir probleminə xüsusi həssaslıqla yanaşdığını bildiriblər.  

Hamısını oxu
Xalq şairinin yubiley tədbiri keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına ümumtəhsil tam orta məktəbi ilə birlikdə  Azərbaycanın görkəmli şairi  Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin və ölməz sənətkarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin müəllimi Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu tədbirdə şəhid Vasif Hüseynov adına  ümumtəhsil tam orta məktəbin direktoru Şəhla  Mürsəlova giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib yeni istifadəyə verilmiş bu təhsil ocağında belə bir tərbirin keçirilməsinə görə Rayon Veteranlar Təşkilatına öz təşəkkürünü bildirib. Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü, şair-publisist Ədalət Salman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı ölkəmizdə tədbirlər keçirilməsi haqqında verdiyi sərəncamı sənət adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirib və unudulmaz şairin Azərbaycan ədəbiyyatında  özünəməxsus yer tutduğunu xüsusi vurğulayıb. Tədbirdə  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Zülfi Vellidağ, Əfrahim Abbas,  Arzu  Əyyarqızı, Etibar Sevənli, Mikayıl İnçəçaylı, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə, veteran pedaqoq Dadaş Bayramov, müharibə veteranı Qurban Əhməd, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından danışıb, onun milli azadlıq ruhunda yazdığı əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər. Məktəb şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, “Gülüstan” poemasından ayrı-ayrı hissələr söylənilib. Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir məktəbin pedaqoji və şagird kollektivinə, həmçinin qonaqlara xoş ovqat yaşadıb.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları ilə görüş keçirilmişdir

25 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Federasiyasının Azərbaycan  Respublikasındakı Səfirliyinin nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə Respublika Veteranlar Təşkilatının dünyada sülhün təmin olunmasında fəaliyyəti, Rusiya Federasiyasının veteran təşkilatları və digər qurumları ilə əlaqələri haqqında qonaqlara məlumat verildi. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqələrin möhkəmləndirilməsi və bundan sonrada əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edildi. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

Hamısını oxu