Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi Fatma Səttarovanı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib

Bu gün Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri  Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarovanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

 

Təbrikə görə qonaqlara öz minnətdarlığını bildirən Fatma Səttarova Azərbaycan cəmiyyətində qadınlara hər zaman böyük hörmət və ehtiram göstərildiyini, dövlətin idarə edilməsində qadınların yaxından iştirak etdiyini vurğulayıb.

 

Görüşdə cəmiyyətdə qadınların artan rolundan məmnunluqla bəhs olunub, yaxın gələcəklə bağlı plan və layihələr müzakirə edilib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

 

2022-03-05 14:47:00
1390 baxış

Digər xəbərlər

İki dünyanın 46 yaşlı GENERALI

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. Publika.az xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olur. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı verilib. O, ailəli olub, 2 oğul və 1 qız atası idi. Yeni yaşın mübarək, cənab General!      

Hamısını oxu
19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim”

Torpaq uğrunda ölən varsa, Vətəndir. Uğrunda ölməyə hazır olduğumuz torpağı düşmən tapdağından vuruşa-vuruşa, qanımız axıdaraq azad etdik. 19 yaşlı Misir Axundov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə müharibənin beşinci günündə yaralanıb və ağır şəkildə xəstəxanaya çatdırılıb. Torpaqları işğaldan azad edən müzəffər ordunun hər bir fərdi kimi o da bu döyüşlərdə iştirak etməyindən qürur və fərəhlə danışır. Tək təəssüf etdiyi məqam isə bu şanlı mübarizədə axırıncı günə kimi iştirak edə bilməməsi, əsgər yoldaşlarının yanında olmamasıdır.  Elcan Vahabzadə də torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan gənclərdəndir. Döyüşlər başlayan vaxt o, Gölgöldəki hərbi hissədə 3 ay idi ki, xidmət edirdi. Sentyabrın 27-dən başlayan Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə iştirak edən əsgərimiz Kəlbəcər istiqamətində yaralanıb.    Azərbaycan Televiziyası hər iki qazimiz haqqında süjet hazırlayıb.  Həmin süjeti təqdim edirik:  

Hamısını oxu
“Hərbi Prokurorluq “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verir”

Məşhur Məmmədov: “COP29 ərəfəsində bu cür tədbirlərin keçirilməsi xüsusilə əhəmiyyətlidir” Hərbi Prokurorluğun Azərbaycan Silahlı Qüvvələrində qanunçuluğun, nizam-intizamın möhkəmlənməsində mühüm rol oynadığı şübhəsizdir. Bununla yanaşı, prokurorluq əməkdaşları Silahlı Qvvələrin şəxsi heyətinin Ümummilli lider Heydər Əliyev ideyaları ilə silahlanması, onların dövlətimizin müasir çağırış və  prioritetləri haqqında ətraflı məlumatlanması istiqamətində də ardıcıl iş aparmaqdadır. Bu baxımdan Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Silahlı Qüvvələrin yüksəkrütbəli hərbi qulluqçularının Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi birgə tədbirlər mühüm əhəmiyyətə malikdir. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Hərbi Prokurorluğun həyata keçirdiyi bu tədbirlərin “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verdiyini bildirib: “Təbii ki, Hərbi Prokurorluq tərəfindən Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Silahlı Qüvvələrdə tədbirlərin keçirilməsi mühüm önəm kəsb edir. Bu, hər şeydən öncə gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı təlqin edən Heydər Əliyev ideyalarına daha dərindən yiyələnməsi, onların vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi baxımından vacibdir. Bu, həm də gənc hərbçilərimizə şanlı tariximizin təbliği, öyrədilməsi deməkdir. Keçirilən tədbirlər eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”ni əhatə edir ki, bu da sadəcə dövlətimizin deyil, bütövlükdə planetimizin bugünü və gələcəyi baxımından son dərəcə önəmlidir. Təbiətin qorunması, ekoloji mühitin yaxşılaşması bu gün hər zamankından daha mühüm əhəmiyyət kəsb edir. Onu da unutmaq olmaz ki, yaxın günlərdə ölkəmizdə COP 29 sammiti gerçəkəşəcək. 200-ə yaxın dövlətin iştirak edəcəyi sammit iqlim dəyişikliklərinə qarşı mübarizəyə həsr olunacaq. Hansı ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində atılan addımlar, həm də COP29 sammitinin mahiyyəti ilə uzlaşmaqdadır. Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi tədbirlər qarşıdakı sammit ərəfəsində ikiqat əhəmiyyət kəsb edir. Bu cür tədbirlər yeni ekoloji düşüncə tərzinin formalaşması, insanların təbiətə daha duyarlı münasibətinin təmin olunması və s. baxımından faydalıdır. Mən həm Hərbi Prokurorluğa, həm də Silahlı Qvvələrimizə uğurlar arzulayır, onlara öz şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Ermənistan gec-tez Xocalı soyqırımını etiraf etmək və üzr istəmək məcburiyyətində qalacaq”

“Ermənistan gec-tez Xocalı soyqırımını etiraf etmək və üzr istəmək məcburiyyətində qalacaq”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Prezidentin Xocalı səfəri zamanı səsləndirdiyi fikirlərə diqqət çəkən polkovnik Cəlil Xəlilov, Azərbaycanın soyqırımının tanıdılması istiqamətindəki səylərinə də diqqət çəkib:   “Azərbaycan uzun müddətdir ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm addımlar atmaqdadır. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında həuyata keçirilən “Xocalıya ədalət” kampaniyasını xüsusilə qeyd etmək lazımdır. Məhz “Xocalıya ədalət” kampaniyası sayəsində dünya ictimaiyyəti dolğun şəkildə məlumatlandırılıb və bu proses bu gün də davam etməkdədir.   Dövlətimizin apardığı qətiyyətli siyasət və təbliğati iş nəticəsində Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsində, eləcə də ABŞ-ın bir çox ştatında tanınıb. Xocalı soyqırımı ilə bağlı kitablar yazılıb, filmlər çəkilib. Görülən bütün bu işlər göstərir ki, Xocalı soyqırımının tanıdılması bizim üçün prioritet istiqmaətlərədn biridir və biz bu missiyanı uğurla başa çatdıracağıq.   Prezident İlham Əliyevin bugünlərdə Xocalı sakinləri ilə görşündə Ermənistanı bu soyqırımını tanımağa, buna görə Azərbaycan dövlətindən, Azərbaycan xalqından üzr istəməyə səslədi. Dövlət başçısı bildirdi ki, Ermənistan Xocalı soyqırımına görə üzr istəməsə, törətdiyi bu vəhşiliyi etitaf etməsə, heç vaxt ayağa qalxa bilməyəcək.   Prezidentin çıxışından da göründüyü kimi, Ermənistan Azərbaycanla normal münasibətlər qurmaq, dövlət olaraq sabit, dinamik inkişafını təmin etmək, təhdid və təhlükə mənbəyi olmadığını sübut etmək istəyirsə, o zaman öz qanlı keçmişi ilə üzləşməli, etdiyi cinayəti etiraf emtəli, buna görə üzr istəməlidir. Tarixi ilə üzləşməyən, tarixi səhvlərini etiraf etməyən və tarixini sağlam düşüncə ilə təftiş etməyən istənilən dövlətin gələcəyə sağlam addımlarla qədəm qoyması mümkünsüzdür”.   Polkovnik qeyd edib ki, Xocalı soyqırımının tanıdılması və təbliğində veteranlar da aktiv şəkildə iştirak etməkdədir:   “Veteranlarımız hər zaman dünya tarixinin ən dəhşətli soyqırımı olan Xocalı soyqırımının təbliğində aktiv iştirak edib və bununla bağlı səylərini bu gün də əzmlə davam etdirməkdədir. Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması, erməni faşizminin bu böyük cinayətinin ifşası hər zaman diqqət mərkəzimizdə olub. Təşkilatımız bununla bağlı silsilə tədbirlər keçirib, beynəlxalq konfrans və müzakirələrdə aktiv şəkildə iştirak edib.   Əminəm ki, biz yaxın gələcəkdə Xocalı soyqırımının Ermənistan tərəfindən etirafına nail olacaq, soyqırım qurbanlarının ruhunu qismən də olsa təsəlli edə biləcəyik”.  

Hamısını oxu