Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir”

Məşhur Məmmədov: “Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi bu diyarı uşaqlara erkən yaşlarından tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir”

 

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi Qarabağla bağlı animasiya filmlərinin çəkilməsinə qərar verib. Filmlərdə Qarabağın tarixi, mədəniyyəti, xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı məqamlar yer alacaq.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu cür filmlərin uşaqlara vətəni erkən yaşlarından tanıtmaq və sevdirmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib:

 

“Qarabağ, onun təbliği və tanıdılması ilə bağlı atılan hər bir addım, görülən hər bir iş mühüm əhəmiyyətə malikdir. Biz tariximizi, mədəniyyətimizi bilmədən onu sevə bilmərik. Sevdirmək üçün isə sadəcə gənclər və yeniyetmələr arasıdna deyil, uşaqlar arasında da düzgün iş aparmalı, onlara erkən yaşlarından vətənimizi, onun gözəlliklərini, qəhrəmanlıq tariximizi tanıtmalıyıq. Unutmaq olmaz ki, uşaq yaddaşında yer alan hər bir məlumat həmin insanın xatirəsində, düşüncəsində, ruhunda həmişəlik iz qoyur, onun üçün həmişəlik doğma və unudulmaz olur. Bu baxımdan Mədəniyyət Naizlriyinin dəstəyi ilə animasiya filmlərinin hazırlanması olduqca faydalı və əhəmiyyətlidir.

 

Ümumiyyətlə, Qarabağla bağlı istənilən bədii əsər, yaxud musiqi əsəri, mədəniyyət və incəsənət nümunəsi böyük təbliğati əhəmiyyətə malikdir. Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir. Sizə bir nümunə deyim. Məşhur “Qarabağ” mahısı hər bir azərbaycanlıya yaxşı məlumdur. Bu mahnıda Qarabağ, vətən torpağı, onun müqəddəsliyi ilə bağlı qəlbə, ruha hopacaq böyük, nəhayətsiz sevgi var. Bu mahnı səslənəndə Azərbaycanımızın harasında yaaşmasından asılı olmayaraq, hər bir insan özünü qarabağlı kimi hiss edir. Bu faktın özü bir sənət əsərinin necə böyük təsir qüvvəsinə malik olduğunu göstərir. Odur ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi də olduqca faydalı və təqdirəlayiqdir. Bu cür filmlər uşaqların doğma Azərbaycanımızın bir hissəsi olan Qarabağı daha yaxından tanıması, onu daha dərindən sevməsinə böyük töhfə verəcək”.

 

Seymur ƏLİYEV

2022-03-11 09:59:00
951 baxış

Digər xəbərlər

“Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Quzey Kıbrıs nümayəndəsi Serdar Şengül Respblika Veteranlar Təşkilatının qonağı olub

“Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Quzey Kıbrıs nümayəndəsi Serdar Şengül Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru polkovnik Cəlil Xəlilovu təşkilatın ofisində ziyarət edib, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.  Şahin Əliyev Cəlil Xəlilova müəllifi olduğu “İlhamlı Zəfər - 20” və “Kıbrıs - Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını hədiyyə edib. Şahin Əliyev və Serdar Şengül  qonaqpəvərliyinə görə  görə Cəlil Xəlilova təşəkkür ediblər.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 30 illiyinə həsr olunan tədbir keçirilib.   Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fatma Səttarova bu tarixi günün əhəmiyyətinə diqqət çəkib, müstəqilliyin hər bir xalq üçün qürur mənbəyi olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xalqımızın Azərbaycan Xalq Cümhuriyyəti dönəmində müstəqillik qazandığını, lakin bu müstəqilliyin cəmi 23 ay davam etdiyini bildirib. polkovnik qeyd edib ki, yalnız 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi.   Müstəqilliyyimizin möhkəmlənməsində, dövlətimizin hərbi, iqtisadi, siyasi və digər müstəvilərdə güclənməsində ümummilli lider Heydər Əliyevin roluna diqqət çəkən polkovnik Cəlil Xəlilov, Prezident İlham Əliyevin sayəsində bu prosesin yeni mərhələyə qədəm qoyduğunu, uğurla inkişaf etdirildiyini söyləyib.   Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Firdosiyyə Əhmədova AXC və 90-cı illərin əvvəllərində əldə edilən dövlət müstəqilliyimizlə bağlı tarixi məqamları şərh edib. Tarixçi alim qeyd edib ki, AXC dönəmindən fərqli olaraq, xalqımız son 30 ildə öz müstəqilliyini nəinki qoruyub saxladı, onu regionun ən güclü dövlətinə çevirməyə nail oldu.   Bəzi dövlət və güclərin bu gün də Azərbaycanla bağlı siyasətində ciddi ədalətsizliyə yol verdiyinə diqqət çəkən tarixçi alim, bütün bu təzyiqlərə tab gətirmək, dövlətimizin maraqlarını qətiyyətlə müdafiə etmək üçün xalqın dövlətimiz, dövlət başçımız ətrafında sıx birləşməsinin vacibliyini qeyd edib.   F.Əhmədova həmçinin qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti əvvəlki dönəmlərədən fərqli olaraq, builki 18 oktyabr tarixinin daha yüksək əhval-ruhiyyədə qeyd edilməsinə səbəb olub.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadrlar şöbəsinin müdiri Bəhram Zahidov bəzi qonşu dövlətlrin ölkəmizə təzyiq göstərmək cəhdlərinə diqqət çəkib, hazırkı həssas məqamda bütün veteranları dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb. Professor qeyd edib ki, eyniylə Vətən müharibəsində olduğu kimi vətəndaşlarımız bu gün də Prezident İlham Əliyevin hər bir çağırışını dəstəkləməli, milli maraqlarımızın müdafiəsində ciddi aktivlik və ayıq-sayıqlıq sərgiləməlidir.   Tədbir maraqlı müzakirələrlə davam edib.      

Hamısını oxu