Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”

Cəlil Xəlilov: “Rəsmi İrəvan təxribatlarından əl çəkməsə, Azərbaycan anti-terror əməliyyatına start verə bilər”

 

“Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”.

 

Bunu Veteran.gov.az-a açıqlamasında Mühatibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər göstərir ki, rəsmi İrəvan hələ də 44 günlük Vətən müharibəsində Ermənistanın yaşadığı rüsvayçı məğlubiyyətdən nəticə çıxarmaq istəmir:

 

“Təbii ki, Ermənistanın son günlər ordumuzun mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutması, təmas xəttində tez-tez gərginliklər yaratması heç də təsadüfi və məqsədsiz deyil. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan 44 günlük Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən lazımi nəticə çıxarmaq istəmir. Halbuki, bu müharibə zamanı Ermənistan ordusunun hərbi potensialının 80%-dən çoxunun tamamilə sıradan çıxarıldığı, Ermənistanın baş nazirinin müharibəni dayandırmaq üçün dünyanın aparıcı dövlətlərinin liderlərinə günlərlə yalvardığı, nəhayət, 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya sazişini imzaladığı hər kəsə məlumdur. 44 gün ərzində darmadağın edilən, meyidlərini, yaralılarını döyüş meydanında atıb qaçan Ermənistanın indi yenidən qarşıdurmaya can atması, müxtəlif təxribatlar törətməsi erməni siyasi hakimiyyətinin avantürist niyyətlərindən xəbər verir. Bu, həm də onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzsə də, hələ də Ermənistanda faşizm ideyaları yaşamaqda, təbliğ olunmaqdadır.

 

Şübhəsiz, rəsmi İrəvan təxribatlarından əl çəkməsə, bu, Azərbaycanın anti-terror əməliyyatına start verməsi ilə nəticələnə bilər. Çünki Azərbaycanın sonsuza qədər erməni təxribatları qarşısında səbr nümayiş etdirməsi, bu təxribatlara sonsuza qədər təmkinlə yanaşması mümkün deyil. Azərbycanın belə bir məcburiyyəti də yoxdur. Onu da unutmaq olmaz ki, Ermənistanın bu təxribatları bütövlükdə regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır.  Yəni bu təxribatlar sadəcə Azərbaycanı deyil, bütövlükdə regionu təhdid edir. Buna görə də sadəcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də erməni təxribatlarına sərt reaksiya verməsi, onu sülhə, əməkdaşlğa səsləməsi vacibdir.

 

Bir sözlə, Ermənistanın sabahı, onun gələcəyi atacağı addımlardan, Azərbaycanın sülh çağırışına verəcəyi cavabdan, bu çağırışa sərgiləyəcəyi səmimi münasibətdən asılı olacaq. Əgər Ermənistan Azərbaycanın humanist və sülhpərvər mövqeyinə bundan sonra da təxribatlarla cavab verərsə, bu, Ermənistanın özü üçün ağır nəticələrə, yeni və daha sarsıdıcı məğlubiyyətə səbəb olacaq”.

Seymur ƏLİYEV

2022-03-11 12:02:00
954 baxış

Digər xəbərlər

“QHT-lər sülh və əməkdaşlıq prosesinə töhfə verməli, diplomatiyamızın fəaliyyətini dəstəkləməlidir”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasında çıxış edib, QHT-lərin sülhün, ədalətin bərqərar olmasında oynaya biləcəyi rola diqqət çəkib. Hikmət Hacıyev qeyd edib ki, QHT-lər diplomatik kanalların səylərini daha yaxından dəstəkləyə, cəmiyyət və icmaların səsinin qlobal səviyyədə daha yaxşı eşidilməsinə töhfə verə bilər. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Hikmət Hacıyevin məlum çıxışının QHT-lər, vətəndaş cəmiyyəti institutları qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Bakıda Cənub QHT Platformasının  ilk Baş Assambleyasındakı çıxışı, bu çıxış zamanı səsləndirdiyi fikirlər QHT-lərin gələcək fəaliyyət strategiyasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hörmətli Hikmət müəllim öz çıxışında QHT-lərin xalqın və dövlətin həyatındakı rolunun daha səmərəli, daha optimal ola biləcəyi ilə bağlı fikrlər səsləndirib, diplomatiya ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma kimi məsələlərə böyük töhfə verə biləcəyini vurğulayıb. O, qeyd edib ki, QHT-lər diplomtik kanalalrın səylərini dəstəkləyə, bununla da ümumi işə daha çox fayda verə bilər. Hesab edirəm ki, Hikmət Hacıyevin məlum açıqlaması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, eləcə də bütün digər QHT-lərin qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələr sırasına dövlət siyasətini, ölkə diplomatiyasını daha sıx şəkildə dəstəkləmək, sülh və ədalətin təntənəsi üçün daha effektiv və koordinasiyalı fəaliyyət ortaya qoymaq, cəmiyyətin səsinin beynəlxalq müstəvidə daha aydın eşidilməsi üçün səy göstərmək və s. daxildir. Digər mühüm məqam QHT-lərin koordinasiyalı şəkildə, birlik halında fəaliyyət göstərməsinin, strateji məsələlərdə öz səylərini birləşdirməsinin vacibliyi ilə bağlıdır. Bu cür ortaq fəaliyyət qarşıya qoyulan məqsədə daha tez çatmaq, daha fundamental nəticələr ortaya qoymaq baxımından önəmldir. İnanıram ki, QHT-lərimiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çağırışından gərəkli nəticə çıxaracaq və diplomatiyamızın fəaliyyətini daha yaxından dəstəkləyəcəklər. Dövlətimiz əmin ola bilər ki, bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi fəallıq göstərəcək, milli maraqlarımızın və bəşəri dəyərlərin müdafiəsində əlindən gələni əsirgəməyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban xanım,   Respublika Veteranlar Təşkilatı ölkə veteranları adından göstərdiyiniz qayğı və diqqətə görə bir daha öz dərin minnətdalığını bildirir, Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və ailə səadəti, Azərbaycanın inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayır.   Dərin  hörmətlə,   Rəyasət  Heyəti adından   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik                                                       Tofiq Ağahüseynov

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüş keçirilib

23 fevral 2021-cı ildə Respublika Veteranlar Təşkilatında Gənclər və İdman nazininin müavini ilə təşkilatın rəhbərliyinin görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova rəhbərlik etdiyi təşkilatın ölkəmizin ictimai həyatında xüsusi yeri və rolu olduğunu bildirdi. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eləcə də, veteranların sosial təminatının yaxşılaşdırılması, onlara hüquqi yardımların edilməsi istiqamətində və bu kimi məsələlərdə təşkilatın gördüyü işlər haqqında məlumat verdi. Sədr II Dünya müharibəsi, Qarabağ və 44 günlük müqəddəs Vətən müharibəsində tarix yazan qəhrəmanların, Silahlı Qüvvələr, əmək veteranlarının həyat və fəaliyyətlərinin gənclərə daim örnək olduqlarını, vətən və millət yolunda canından, sağlamlığından keçən şəxslərin tanıdılması yönündə Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyəti haqqında danışdı. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov yaşadığımız mürəkkəb zamanda erməni separatçılarının timsalında faşizm kimi mənfur ideologiyanının məğlub edilməsini regionda və dünyada sülhün, əmin-amanlığın qorunmasına verdiyimiz tövhə kimi qiymətlədirdi. O, gənclər və veteranlarıa göstərilən diqqət və qayğını Prezident İlham Əliyevin bu sahələrdə uğurla həyata keçirdiyi siyasi kursun göstəricisi kimi vurğuladı. Gənclər və İdaman nazirliyi ilə Respublika Veteranlar Təşkilatının qarşılıqlı əməkdaşlığının ölkəmizdə gənclər siyasətinə və veteran hərəkatına tövhələr verəcəyini bildirdi. Gənclər və idman nazirinin müavini İntiqam Babayev göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi. Ölkəmizdə gənclər siyasətinin dünyaya nümunə olacaq səviyyədə təşkil edildiyini bildirdi. Ölkə rəhbərliyinin bu sahəyə ayırdığı diqqət və qayğısının günü–gündən daha da artığını qeyd etdi. İ.Babayev “44 günlük Vətən müharibəsində gənclərin və veternaların həm ön, həm də, arxa cəbhədə göstərdikləri fədakarlıqları sözlə ifadə etmək mümkünsüzdür. Hər bir Azərbaycan gənci Ali Baş Konamdan ətrafında sıx birləşərək dəmir yumruğun gücünə güc qatdı. Vətənpərvərliyi, həmrəyliyi, qəhrəmanlığı veteranlardan əmanət alan gənclərimiz hər zaman vətənimiz Azərbaycan və onun xalqının təssübkeşi, dayağı olacaqdır. Respublika Veternalar Təşkilatı ilə Gənclər və İdman nazirliyinin səmərəli əməkdaşlığı hər zaman davam edəkdir. Bu əməkdaşlıq respublikamızın çiçəklənməsinə öz tövhəsini gələcəkdə də verəcəkdir”. Görüşdə gənclər və veteranların bir sıra lahiyələrdə birlikdə çıxış etmələri, qarşılıqlı əməkdaşlığın daha da artırılması və prespektivləri müzakirə edildi. Dünyada və ölkəmizdə məlum pandemiya şəraiti nəzərə alınmaqla bəzi gündəlikdə duran məsələlərin icrasının vacibliyi vurğulandı. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
8 Noyabr Zəfər Günü münasibəti ilə “Qəhrəmanlıq salnaməsi ” adlı yazı müsabiqəsi keçirilir

Veteran.gov.az xəbər verir ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu düşmən üzərində parlaq qələbimizin ildönümü – 8 NOYABR ZƏFƏR GÜNÜ münasibəti ilə “QƏHRƏMANLIQ SALNAMƏSİ” adlı yazı müsabiqəsi elan edir. Müsabiqəyə Vətən Müharibəsinin şəhidləri, şəhid ailələri və qazilər haqqında müxtəlif mövzularda yazılar qəbul olunur.   Təqdim edilən materiallar 14 ölçülü Times New Roman şrifti ilə, 1.0 intervalda, 2-5 Microsoft Word (A4) səhifəsi həcmində olmalıdır. Bununla yanaşı, müsabiqəyə qatılan müəlliflərdən özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini qeyd etmələri tələb olunur. Müsabiqəyə yazılar 27 sentyabr – 20 oktyabr 2021-ci il tarixləri arasında qəbul olunacaq. Müsabiqəyə 1 sentyabr 2021-ci il tarixindən sonra saytlarda və ya mətbuatda dərc olunmuş yazılar da təqdim edilə bilər.   Yazılar münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndiriləcək. Müsabiqənin yekunu və qaliblərin adları 8 NOYABR ZƏFƏR GÜNÜ ərəfəsində təşkil olunacaq mükafatlandırma tədbirində elan olunacaq. Tədbir haqqında müəlliflərə öncədən məlumat veriləcək. Müsabiqədə ilk 3 yeri tutan iştirakçı qalib kimi və daha 2 iştirakçı həvəsləndirici mükafata layiq görüləcək.   ·       1-ci yer: 700 azn ·       2-ci yer: 500 azn ·       3-cü yer: 300 azn ·       Həvəsləndirici 2 yer: hər biri 150 azn   Yazılarınızı aşağıdakı e-mail ünvanlarına göndərməyiniz xahiş olunur: info@mimta.az info@fuyuzat.az info@isiqqadin.az Əlaqə telefonları: (012) 433 22 96/97 (050/077) 722 33 34  

Hamısını oxu