Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“44 günlük Vətən Müharibəsindən sonra” mövzusunda Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunub

Veteran.gov.az BAK-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, “44 günlük Vətən Müharibəsindən sonra”  mövzusunda Miqrasiya Proseslərinin Tətbiqi İctimai Birliyinin sədri, Docent Doktor Fəridə Hicran Vəliyevanın layihəsi əsasında Niderland Krallığında silsilə görüş və tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri də Benilüks Azərbaycanlıları Konqresi (BAK ) sədri Elsevər Məmmədovun təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Bakıdan gələn qonaq, Sahibkar Qadınlar İctimai Birliyinin Prezidenti Zemfira Ağayeva da iştirak etmişdir.

Giriş sözü ilə qonaqları salamlayan və BAK-a təşrif buyurduqları üçün, onlara öz təşəkkürünü bildirən  BAK sədri Elsevər Məmmədov sözü Fəridə Hicrana verdi.

Fəridə Hicran  44 günlük müharibə zamanı şanlı Ordumuzun və xalqımızın göstərdiyi igidlik və fədakarlıqdan danışaraq doğma Qarabağımızın 30 illik düşmən caynağı altından axırı ki, azad olmasını və rahat nəfəs almasını vurğuladı. Bu illər ərzində çəkdiyi Vətən həsrətinin acılı xatirələri Fəridə xanımın, bir qarabağlı kimi, qəlbinə qubar olub dərdə çevrilməsi onu nakam bir şairəyə çevirmişdir.  Erməni vəhşıyı ucbatından yerlə-yeksan olan Qarabağımızın şəhər və kəndlərini bu halda aşkarlamaq Fəridə Xanımın dərdli fəryadına, ahu-zarına çevrildi.  Tarixi memarlıq abidələrinin darmadağın edilməsindən, təbiətimizə vurulan ziyandan ürək ağrısı ilə danışan Fəridə Hicran, Prezident İlham Əliyevin apardığı məntiqli və uzaqgörən siyasəti və hərbi  uğurları  barədə geniş məlumat verdi. Şanlı Qələbəmiz bir çıraq olaraq bütün həsrətli qəlblərin məlhəmi olmuş,  xalqımıza Vətən torpağına bir daha qayıdış sevincini yaşatmışdır.

Qazandığımız Qələbəyə görə Ordumuza dərin rəğbət və minmətdarlığını bildirən Fəridə Xanım, eləcə də, xaricdə yaşayan həmvətənlərimizin bu işdə, “arxa cəbhə” kimi gostərdiyi iş və fədakarlığına görə öz təşəkkürlərini bildirdi.

Bu əsas işdə bizlərə daha mətinli və cəsur olmağa səslədi.

Azərbaycanın ədalətli mübarizəsinin bütün dünyada səs salmasını vurğulayan Fəridə Hicran, həmçinin, Vətənimizin təbliğatına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı və gələcək işlərində, burada fəaliyyət göstərən bütün icmalara uğurlar arzuladı.

Şəhidlərin ruhunun xatirəsini bir dəqiqəlik sükutla yad edən Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva muharibədən əvvəl, müharibə zamanı və sonrası görülən işlərdən danışaraq həmvətənlərimizin bu işdə çiyin-çiyinə fədakarcasına çalışaraq Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə və lazımi təşkilatlara layıqıncə çatdırıldığını vurğuladı.

BAK sədrinin müavini Sima Cəfərli də  BAK-da gedən iş və tədbirlərdən söhbət açaraq gələcək plan və işlərə nəzər saldı. O, həmçini BAK üzvlərinin 44 günlük müharibə zamanı və sonrası keçirilən tədbirlərindən danışdı. Şuşanın alınması ilə bağll BAK qərargahında Niderlandda fəaliyyət göstərən bütün icmaların iştirakı ilə keçirilən Bayram abu havalı yığıncağını xatırlayaraq hər kəsin keçirdikləri sevinc və qürur hisslərini bölüşdu.

Daha sonra Lady Club təsisçisi Kəmalə Cəlilova öz   ürək sözlərini söyləyərək, Vətən yolunda görüləcək işlərdə hər kəsə uğurlar arzuladı.

Həmçinin,  iştirakçılar arasında fikir mübadiləsi aparıldı və müharibədən öncə və sonrakı dövrdə Niderlandda Azərbaycan İcmalarının keçirdikləri tədbir və aksiyalar barədə müzakirələr oldu.

Öz xatirə və hisslərini bölüşən tədbir iştirakçıları bir birlərinə gözəl əhval ruhiyyə və xoş ovqat bəxş etdilər.

Vətənimizdən gələn hər bir qonaq özü ilə qürbətdə yaşayan həmvətəninə sevinc payı bəxş etdi.

İştirakçılar, Fəridə Hicrana və Zemfira Ağayevaya maraqlı tədbirə görə öz təşəkkürlərini bildirdilər, onlara işlərində bol uğurlar arzuladılar.

Gələcəkdə belə görüşlərin təşkil olunması və yeni layıhələr keçirilməsi istəyini bildirdilər.

 

2022-03-22 15:57:00
1221 baxış

Digər xəbərlər

Şəhid polkovnikin oğlu: Hərbi təlimlərdə iştirak etməyə hazıram

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi təlimlər çox gözəl bir addımdır.   AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.   Onun sözlərinə görə, bu təlimlərdə iştirak etmək hər bir vətəndaşın borcudur:   "Bu, planlı bir təlimdir. Ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə cəlb olunur və hərbiyə aid bilikləri təkmilləşdirilir. Bu da öz növbəsində çox gözəl bir addımdır və əlbəttə, çağırılsaq, hər bir Azərbaycan gənci kimi, vətənpərvər vətəndaş kimi borcumuzdur ki, belə bir təlimlərdə iştirak edək.   Hər zaman hazırıq və hər zaman hazıram. Sadəcə olaraq əmr gözləyirik və səbr edirik”.

Hamısını oxu
“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib. Maraqlıdır, bu yürüş Ümummilli Liderə ehtiram əlaməti olmaqla yanaşı, həm də gənclərin idmana təşviq edilməsi, idmanın təbliği baxımından atılan addım kimi də dəyərləndirilə bilərmi? Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikrlər səsləndirib: “Şübhəsiz ki, DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü Ümummilli Lider Heydər Əliyevin xatirəsinə sonsuz ehtiram nümunəsi kimi mühüm əhəmiyyətə malikdir və olduqca təqdirəlayiqdir. Bununla yanaşı, qeyd etdiyiniz kimi, bu cür addımlar həm də idmanın təbliği, sağlam həyat tərzinin təşviqi baxımından da böyük önəm kəsb edir. Bildiyiniz kimi, Ulu Öndər hər zaman ölkəmizdə idmanın inkişafına böyük önəm verib, bu istiqamətdə ciddi addımlar atıb. Ümumiyyətlə, ölkəmizdə idman hərəkatının inkişafı, idman sahəsində ilk ciddi uğurların əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə gənclətinin həm fiziki, həm də ruhi-mənəvi baxımdan sağlam yetişdirilməsi üçün onların idmanla məşğul olmasını zəruri hesab edirdi. Hansı ki, sonrakı dönəmdə Prezident İlham Əliyev Ulu Öndərin bütün sahələrdəki siyasəti ilə yanaşı, idman siyasətini də uğurla inkişaf etdirdi, Azərbaycan bu müstəvidə də böyük nailiyyətlər əldə etdi. Bu baxımdan DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü ölkə gənclərinə verilən praktiki mesaj kimi də dəyərləndirilə bilər. Bu mesaj gənclərimizin idmanla məşğul olmasının, idmanın kütləviləşməsinin nə qədər mühüm önəm kəsb etdiyini əks etdirir. İnanıram ki, gənclərimiz ölkəmizdə idmanın inkişafı ilə bağlı Ulu Öndərin çağırışlarına hər zaman sədaqət hissi ilə yanaşacaq, bu çağırışlara idman sahəsindəki uğurları ilə cavab verəcəklər. Heydər Əliyevin idmanla, sağlam həyat tərzi ilə bağlı çağırışlarını əməli müstəvidə yaşatdığına, gənclərə davamlı örnək olduğuna görə DTX əməkdalarına da təşəkkür edir, onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Ветерану Великой Отечественной Войны Сметанину Георгий Петровичу

Hamısını oxu
“Valideynlər pandemiyanın bitmədiyini nəzərə almalı, məsuliyyətlə davranmalıdır”

Tamam Cəfərova: “Sabahın mənzərəsi bu gün özümüzü necə aparacağımızdan asılıdır”   Son günlər ali təhsil müəssisələrinin fəaliyyətə başlaması universitetlər qarşısında ciddi sıxlığın yaranması ilə müşahidə edilməkdədir. Buna səbəb isə COVİD-19 pasportunun yoxlanılması prosesinin bəlli bir zaman alması, nəticədə universitet qarşısında sıxlığın artmasıdır.   Bəs problemdən çıxış yolu nədədir? Koronavirus təhlükəsinin davam etdiyi bir zamanda ortaya çıxan bu sıxlığı necə ortadan qaldırmaq olar?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova mövcud situasiyada hər bir vətəndaşın məsuliyyətlə davranmasının zəruri olduğunu bildirib:   “Universitetlər qarşısında son günlər yaranan sıxlığın əsas səbəbi ali məktəbə bu il qəbul olunan və birinci kursda təhsil alacaq tələbələrin bir çoxunun universitetlərə valideynləri, yaxud yaxın qohumlarının müşayiəti ilə gəlməsidir. Halbuki, valideynlər də anlamalıdır ki, pandemiya bitməyib, koronovirus təhlükəsi davam edir.  Buna görə də hansısa tələbəni müşayiət etməklə universitet qarşısında sıxlıq yaratmaq olmaz. Bu, elə valdieynlərin özü üçün də təhlükəlidir. Ümumiyyətlə, pandemiyanın davam etdiyi müddət ərzində hər kəs maksimum diqqətli olmalı, sosial məsafə amilinə ciddi əməl etməlidir. Unutmaq olmaz ki, sabahın mənzərəsi bu gün bizim özümüzü necə aparacağımızdan asılıdır”.   Millət vəkili qeyd edib ki, universitetlər qarşısında sıxlığı azaltmağın daha bir yolu daha çevik yoxlanış sisteminin tətbiqi ola bilər:   “Hər gün universitetlərə minlərlə tələbə və müəllim üz tutur ki, onların hamısının qısa zaman kəsimində yoxlanması praktiki olaraq mümkün deyil. Sıxlığı yaradan amillərdən biri də məhz bununla bağlıdır. Buna görə də COVİD-19 pasportunun yoxlanılmasında daha çevik mexanizmlərin tətbiqi sıxlığı azaltmaq yolunda mühüm addım ola bilər. Bunun üçün isə ali təhsil müəssisələri lazımi texniki avadanlıqlarla təmin edilməli, yoxlamaların daha mobil və sürətli şəkildə təşkili təmin olunmaldır. Hansı ki, bu məsələdə əlaqədar dövlət qurumlarının təhsil müəssisələrinə texniki dəstək verməsi, onları gərəkli avadanlıqlarla təmin etməsi vacibdir. Hesab edirəm ki, bu və bu kimi amilləri nəzərə almaqla sıxlığın qarşısını almaq mümkündür”.   Seymur ƏLİYEV    

Hamısını oxu