Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rusiyanın Pskov şəhərində İkinci Dünya müharibəsi zamanı əsirlikdə həlak olmuş altı azərbaycanlının cəsədi tapılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, “Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur.
 
Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib. “Rusiya Qadınlar İttifaqı” təşkilatı tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilən məktuba əsasən onların arasında azərbaycanlılar da var.
 
"Məktubda qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədilə səfirlik tərəfindən ictimaiyyətə təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan Respublikasının aidiyyəti qurumlarına da göndərilib. Onu da bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə edəcəyimiz təqdirdə, ictimaiyyətə məlumat veriləcək", - deyə səfirliyin məlumatında bildirilib.
 
Siyahıda adları olan Azərbaycan sakinləri aşağıdakılardır (ad-soyadlarda yanlışlıq ola bilər):  1913-cü il təvəllüdlü Qureyev Satar  1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini)  1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini)  1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini )  1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini)  1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf.

2018-05-02 00:00:00
3572 baxış

Digər xəbərlər

Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açıb - TƏHLİL!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı dünyamızın neft və qazdan ənənəvi asılılığına diqqət  çəkib, bu asılılığı alternativ enerji mənbləri hesabına azaltmağın vacibliyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bərpaolunan enerji mənbələrindən istifadə təbiətin qorunması, ekologiyanın yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir: “Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur. Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”. (https://president.az/az/articles/view/72619 ). Prezidentin çıxışından məlum olduğu kimi, Azərbaycan bərpaolunan enerji resurslarından istifadəyə görə yalnız regionun deyil, bütün dünyanın ən qabaqcıl ölkələrindən biri hesab edilə bilər. Bununla yanaşı, dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr bərpaolunan enerji mənbələrindən istifadənin daha da genişləndirildiyini, yaxn gələcəkdə bu sahədə daha böyük uğurların əldə ediləcəyini göstərir. Bu isə Azərbaycanın ənənəvi enerji resursu olan neft və qazdan asılılığını azaltmağa, alternativ enerji mənbələrindən daha geniş istifadəyə imkan yaradacaq. Bərpaolunan enerji mənbələrindən – külək və günəş enerjisindən istifadə ekologiyanın qorunması baxımından da həyati əhəmiyyətə malikdir. Müasir dünyamızda ekoloji problemlərin son dərəcə aktual olduğunu nəzərə alsaq, bərpaolunan enerji mənbələrindən istifadə təbiəti qorumağa, enerji tələbatını təbiətə ziyan vurmadan ödəməyə imkan verəcək. Başqa sözlə desək, Azərbaycan özünün və digər ölkəlrin enerji tələbatını ödəməklə yanaşı, həm də təbiətin daha çox qayğısına qalacaq, ekologiyaya zərər vurmadan öz məqsədinə nail olacaq. Azərbaycanın bərpaolunan enerji mənbələrindən geniş istifadə istiqamətində həyata keçirdiyi layihələrin digər bir üstünlüyü, bu kimi addımların həm də təşviqedici xüsusiyyətə malik olmasıdır. Azərbaycan bu kimi addımlarla bütün dünyaya öz timsalında əsl nümunə, konkret bir örnək təqdim edir. Hansı ki, digər dövlətlərin Azərbaycan nümunəsini mənimsəmsinə, bu nümunədən lazımi nəticələr çıxarmasına ciddi ehtiyac var. Çünki ənənəvi enerji resursu olan qaz və neft ehtiyatına malik dövləltərin sayı olduqca məhduddur. Digər dövlətlər bu resursları idxal edir ki, bu da həmin dövlətlər üçün ciddi maliyyə itkisi deməkdir. Alternativ enerji mənbələri isə neft və qaz ehtiyatlarına nisbətən hər kəs üçün daha əlçatandır. Bundan başqa, alternativ enerji resurslarının ekoloji baxımdan təmiz olması ona əlavə üstünlük qazandırır ki, bu da çox mühüm faktordur. Bu baxımdan dünya dövlətlərinin enerji təminatında Azərbaycan təcrübəsini mənimsəməsi, bunu praktikada tətbiq etməsi olduqca vacibdir. Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açan, bu sahədə bənzərsiz bir yol müəyyənləşdirən unikal bir dövlətdir. Onun təcrübəsinin digər ölkələrdə tətbiqi dünyamızın enerji təminatını yaxşılaşdırmaqla yanaşı, təbiətin qorunmasına, ekoloji mühitin əhəmiyyətli dərəcədə yaxşılaşmasına da töhfə verə bilər ki, bu da bütün bəşəriyyət üçün əvəzssiz bir qazancdır. Seymur ƏLİYEV

Hamısını oxu
Bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər. https://president.az/articles/49682?fbclid=IwAR0QREgqQZgL_-RrPwcCUIXHmxFGf-ps88OYF730jApe0wPhZtIZDX9ZE2M

Hamısını oxu
Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 15 mart 2026-cı il tarixdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi münasibəti ilə "Xortdanın cəhənnəm məktubları" (Ə.Haqverdiyev) tamaşası oynanılıb. Tamaşadan əvvəl çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənərşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Xalq artistləri Yasin Qarayev, Xalidə Quliyeva, Milli Gənc Tamaşaçılar Teatrının Yaradıcı şöbəsinin müdiri Nicat Kazımov və rejissor Elşad Rəhimzadə Zemfira Əbdülsəmədovanı yubileyi münasibəti ilə təbrik ediblər, aktrisanın yaradıcılıq yolundan, onun səhnədə və kinoda yaratdığı maraqlı obrazlardan danışıblar. Zemfira Əbdülsəmədova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə və əlamətdar yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif olunub. Təbriklərdən sonra aktrisanın iştirakı ilə "Xortdanın cəhənnəm məktubları" tamaşası göstərilib.  

Hamısını oxu
TƏBİB şəhidlə bağlı məlumat yaydı

Dmitriy Solntsev Aleksandoroviç Bakıda anadan olub. Orta və ali təhsilini də burada bitirib. Azərbaycan ordusunda hərbi xidmət keçib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, o, 2020-ci ilin mayından pandemiya dövründə könüllü olaraq TƏBİB sıralarına qatılıb. TƏBİB-in tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərirdi.Dmitriy Solntsev bu ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə yollanıb. Oktyabrın 23-ü Qubadlı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq isə heç şübhəsiz ki, əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs olduğunun göstəricisidir...

Hamısını oxu