Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şuşa ili” çərçivəsində keçirilən Forum Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığına mühüm töhfədir”

Cəlil Xəlilov: “Biz yaxın gələcəkdə hər iki dövlətin QHT-ləri arasında əməkdaşlığın yeni müstəviyə keçdiyinə şahid olacağıq”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. Forum çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.

Bu tarixi Forumla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov məlum Forum və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında imzalanan “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”un mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilməsi olduqca mühüm bir hadisədir. Bu Forum Azərbaycan və qardaş Türkiyənin vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığın genişlənməsinə, bu əməkdaşlığın mahiyyət etibari ilə yeni mərhələyə daxil olmasına mühüm töhfə verəcək.

Forum çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalandı ki, bu Memorandum tərəflər arasındakı əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur.

Hesab edirəm ki, bu Forum Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyətləri institutları arasında əməkdaşlığın inkişafına ciddi təkan verməklə yanaşı, iki qardaş dövlət arasında münasibətlərin digər müstəvilərdə də inkişafına öz töhfəsini verəcək.

Digər mühüm bir məqam Azərbaycan və Türkiyənin belə bir Forum keçirməklə bütün dünyaya növbəti dəfə öz birlik və həmrəyliklərini nümayiş etdirməsi ilə bağlıdır. Bildiyiniz kimi, tarixin bütün dönəmlərdə Azərbaycan və Türkiyə bir-birlərinin yanında olub, dar məqamda bir-birlərinə dəstək veriblər. Bunun son örnəyi 44 günlük Vəətn müharibəsi oldu. Hansı ki, bu müharibədə qardaş Türkiyə Azərbaycana həm diplomatik, həm də mənəvi baxımdan böyük dəstək verdi, onunla həmrəylik nümayiş etdirdi. Azərbaycan da bütün beynəlxalq platformalarda qardaş Türkiyəyə dəstək verməkdədir. Bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsini əlamətdar hadisə hesab edirəm.

Forumun təşkilatçılığını yüksək səviyyədə həyata keçirdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də öz təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram”.

2022-05-20 19:05:00
1012 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevlə Respublika Veteranlar Təşkilatında görüş keçirilib

17 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevlə görüş keçirilib. Görüş əsnasında Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər haqqında məlumat verdi. T.Ağahüseynov Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının, eləcə də, ordumuzun və digər dövlət orqanlarının yubileylərinin keçirilməsi, 9 May Qələbə günün qeyd edilməsi, bir sözlə tariximizin işıqlandırılmasında veteranların fəaliyyəti haqqında danışdı. O, Təşkilatın Beynəlxalq əməkdaşlığının da genişləndirdiyini, bu sahədə fəalliyətini artırdığını diqqətə çatdırdı. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov  nitqində Azərbaycan Respublikası Prezidentinin ölkə veteranlarını həmişə diqqət mərkəzində saxlamasından, onların problemlərinin birinci növbədə həll olunmasından danışmış, müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl sərancam və fərmanlar imzalandığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan veteranları bu baxımdan bütün MDB məkanında ən çox qayğı və diqqətlə əhatə olunmuşlar və Ulu öndərin dediyi kimi veteranlara sözün həqiqi mənasında Azərbaycanın xəzinəsi kimi yanaşılır. C.Xəlilov veteranların maddi rifah halını yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsinin onları daim ruhlandırdığını, özlərini daim sırada hiss etdiklərini vurğulamışdır. Azərbaycan veteranlarının dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı dəstəklədiklərini və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildirmişdir. Azərbaycanda müharibə əlillərinə və veteranlarına yüksək dövlət qayğısı göstərildiyindən danışan Ərəstun Mehtiyev respublikada bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyətinin canlandığını şəxsən şahidi olduğunu bildirmişdir. O, xüsusilə 1994-cü ildən etibarən bu istiqamətdə ardıcıl və məqsədyönlü addımların atıldığını, Ümummilli lider Heydər Əliyevin imzaladığı ilk Qanunlardan birinin məhz veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olduğunu qeyd etmişdir. Bunula da yüksək səviyyəyə qaldırılan veteranlara dövlət qayğısının hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Ə.Mehtiyev bu günkü təqdimatların da bu sahədə növbəti addımın sübutu olduğunu vurğulamışdır.  Daha sonra Təşkilatın fəaliyyətini yüksək qiymətləndirən Ərəstun Mehtiyev general –polkovnik Tofiq Ağahüseynova və sədr müvini Cəlil Xəlilova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim etmişdir.

Hamısını oxu
Ermənistanın 2 ədəd PUA-sı məhv edildi

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı general-mayor Mürsəl İbrahimova başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun anası vəfat edib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə veteranlar adından general-mayor Mürsəl İbrahimova dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu
Vətən Müharibəsinin daha bir qazisi şəhidlik zirvəsinə ucalıb

Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.   Respublika Veteranlar Təşkilatı bununla bağlı müharibə qazisinin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, səbr diləyib.   Məlumat üçün qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb, kəşfiyyat bölüyündə xidmət edib.   Allah rəhmət eləsin!

Hamısını oxu