Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar Təşkilatında Çexiya Respublikasının səfiri ilə görüş keçirilmişdir

16 may 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Petr Vaqnerlə görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Azərbaycanın İkinci dünya müharibəsində iştirakı, Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə ətraflı məlumat vermişdir. O, həmçinin Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmış, Çexiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. General-polkovnik Tofiq Ağahüseynov özünün də İkinci dünya müharibəsi veteranı olduğunu, hərbi xidməti dövründə 7 il Çexiyada işlədiyini bildirmiş və bu ölkə ilə, çex xalqı ilə bağlı xoş xatirələrini bölüşmüşdür.   Görüş iştirakçılarını milli Azərbaycan diviziyalarının zəfər yolu barədə geniş məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmin dövrdə Çexoslovakiya ərazisində, xüsusilə Praqa şəhəri uğrunda gedən döyüşlərdə həmyerlilərimizin göstərdikləri şücayətdən bəhs etmişdir. O, İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparmış, Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmiş 416-cı milli diviziyanın Bakıdan Praqaya qədər 5000 km. döyüş yolu qət edərək, Çexoslovakiya ilə yanaşı, daha 5 Avropa ölkəsinin – Rumıniya, Bolqarıstan, Yuqoslavinya, Macarıstan, Avstriyanın faşizmdən azad edilməsindəki iştirakından danışmış, diviziyanın zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adının verildiyini bildirmişdir. Qonaqlara 223-cü milli atıcı diviziyanın 1942-ci ilin yayında Şimali Qafqazdan başlayan döyüş yolunun Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriyadan keçməsi, diviziyanın 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olması və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşməsi yada salınmış, onun döyüşçülərindən 3483 nəfərinin müxtəlif orden və medallarla təltif edilməsi, 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adının verildiyi bildirilmişdir. Qonaqlara Çexoslavakiyanın azadlığı uğrunda döyüşlərdə fərqlənmiş 77-ci Azərbaycan diviziyası barədə də məlumat verimişdir.  Daha sonra Çexiya səfirinə hazırda həmin döyüşlərin iştirakçısı olmuş 8 nəfər azərbaycanlının həyatda olması, onların digər müharibə veteranları ilə bərabər hərtərəfli qayğı və diqqətlə əhatə edildikləri çatdırılmışdır. Səfir Petr Vaqner Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə ətraflı məlumatlata görə öz minnətdarlıq etmiş, Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə Çexiyanın müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığının faydalı və arzuedilən olduğunu bidirmişdir. O, Çexiyanın alman faşizmindən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün insanların xatirəsinin çex xalqı üçün daim əziz olduğunu xüsusi vurğulayaraq, həmin qanlı döyüşlərin sağ qalan iştirakçıları ilə görüşə imkan yaradılmasını xahiş etmişdir. Bundan məmnun qalacaqlarını bildirən səfir həmçinin hər iki ölkənin veteran təşkilatları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

2018-05-16 00:00:00
3716 baxış

Digər xəbərlər

Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial media hesablarında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı paylaşım edilib. Veteran.gov.az həmin paylaşımı təqdim edir:

Hamısını oxu
Rusiyada Kursk döyüşündə həlak olan azərbaycanlı döyüşçünün qalıqları 80 il sonra tapıldı

İkinci Dünya Müharibəsinin döyüş meydanlarında həlak olmuş Qızıl Ordu əsgərlərinin qalıqlarını axtaran Rusiya bölmələrindən biri 1943-cü ildə ən böyük tank döyüşünün baş verdiyi Kursk vilayətində azərbaycanlı döyüşçünün qalıqlarını tapıb. Caliber.Az-dan bildirilir ki, onun kimliyi qalıqlar arasından tapılan “ölüm medalyonu”nun vasitəsilə müəyyən olunub. Məlum olub ki, o, əslən Gəncədən (Sovet dövründə Kirovabad) olan 1913-cü il təvəllüdlü Əhməd Həsənovdur.  Rusiya Müdafiə Nazirliyinin tarixi arxivindən verilən məlumata görə, 81-ci qvardiya atıcı diviziyasının Qızıl Ordu əsgəri Ə.Həsənov 1943-cü il iyulun 17-də Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında itkin düşüb. Hazırda müəyyən olunub ki, Əhməd Həsənov Kursk döyüşündə qəhrəmancasına həlak olub və kütləvi məzarlıqda dəfn edilib. Rusiya axtarış bölmələri Azərbaycan sakinlərindən 80 ildir taleyindən xəbərsiz qalınan qəhrəmanın qohumlarının tapılmasına köməklik göstərməyi xahiş edir.  

Hamısını oxu
Şuşa işğaldan azad edildi

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi! Gözün aydın Azərbaycan! Yaşa, yaşa Müzəffər Ali Baş Komandan! Eşq olsun şanlı Azərbaycan Ordusuna! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Hamısını oxu
Naxçıvanda ata 52 gün sonra meyiti tapılan şəhid oğluna qurban kəsdi

Əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan şəhid Ərtoğrul Nadirlinin tabutu yaşadığı Sədərək rayonundakı evinə gətirilərkən atası Hümbət Nadirli ona qurban kəsib.   Bu barədə özünün sosial şəbəkə hesabında əslən Naxçıvandan olan jurnalist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.   Onun sözlərinə görə, hərbi xidmətini Daşkəsəndə davam etdirən Ərtoğrul Nadirli müharibə başlayarkən Kəlbəcər istiqamətində Murovdağın alınmasında xüsusi şücaət göstərib, eyni zamanda, onlarla döyüş yoldaşını həm yaralı, həm də sağ döyüş bölgəsindən çıxarıb. Daha sonra komandir baş leytenant şiddətli döyüş zamanı özü də qəhrəmancasına şəhid olub.   Şəhid komandirin nəşi 52 gün sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və həmin rayon ərazisindəki yüksək rütbəli hərbçilərin köməyi ilə tapılıb. Ərtoğrulun meyiti çətinliklə tapıldığı üçün atası bu addımı atıb.   Qeyd edək ki, şəhidin qarşılanması zamanı Naxçıvanda böyük izdiham yaşanıb.//oxu.az

Hamısını oxu