Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

ASCO sədrindən nümunəvi addım: Vətən müharibəsi qazisinin təhsil xərcini öz üzərinə götürdü

İvan Levşaya ASCO tərəfindən xüsusi təqaüd də veriləcək

 Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev yüksək bal toplayan tələblələrlə görüşüb. Görüş əsnasında Rauf Vəliyev bu il  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına qoşulan, akademiyanın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən 44 günlük Vətən müharibəsi qazisi, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə təltif olunan İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini bəyan edib. Həmçinin, bildirilib ki, Vətən mmüharibəsi qazisinə ASCO tərfindən xüsusi təqaüd də veriləcək.

Məlumat üçün qeyd edək ki, bu, ASCO tərəfindən müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı yeganə fakt deyil. Belə ki, son iki ildə ASCO mütəmadi surətdə müharibə iştirakçıları ilə bağlı məsələlərə xüsusi diqqət sərgiləyib ki, bu da cəmiyyətdə mənunluqla qarşılanıb. Vətən müharibəsi qazisinin təhsil haqqının ASCO tərəfindən ödənilməsi ilə bağlı qərar da ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb.

Seymur ƏLİYEV

2022-09-23 20:37:00
1040 baxış

Digər xəbərlər

“Bu Sərəncam dövlətimizin və Prezidentimizin veteranlara olan diqqət və qayğısından xəbər verir”

“1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətimizin və Prezidentimzin veteranlara olan diqqət və qayğısından xəbər verir”. Bunu saytımız açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 24 aprel 2026-cı il tarixli məlum Sərəncam vətən qarşısında xidmətləri olan şəxslərin illər, qərinələr sonra belə unudulmadığını, daim dövlətimizin diqqət mərkəzində olduğunu göstərir: “Hər il olduğu kimi bu il də Prezident İlham Əliyev İkinci Dünya müharibəsində iştirak edən şəxslərə, eləcə də həlak olan döyüşçülərin dul arvadlarına, həmçinin, arxa cəbhədəki xidmətlərinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardımın verilməsi ilə bağlı Sərəncam imzaladı. Ölkə başçısı bununla bir daha göstərdi ki, hər bir veteran, eləcə də onların ailə üzvləri daim dövlətin diqqət mərkəzindədir və onların vətən qarşısındakı xidmətlərindən uzun zaman ötməsinə baxmayaraq, bu xidmətlərin heç biri unudulmur, hər zaman minnətdarlıq hissi ilə yad edilir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dövlət başçısının bu Sərəncamını veteranlarımızla yanaşı, həm də şanlı hərb tariximizə verilən böyük diqqət və yüksək qiymət kimi dəyərləndirir, buna görə Müzəffər Ali Baş Komandanımza öz təşəkkürümüzü bildiririk.  Bu Sərəncam İkinci Dünya müharibəsində iştirak edən şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial rifahına  maddi dəstək olmaqla yanaşı, mənəvi baxımdan da ciddi sitimuldur. Prezidentimiz tərəfindən veteranlarmıza göstərilən bu qayğı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm rol oynayır ki, bu da milli-mənəvi dəyərlərimizin təbliği, xalqımızın və dövlətimizin gələcək təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu nəcib, xeyirxah addıma görə bütün veteranlar adından bir daha Prezident İlham Əliyevə təşəkkür edir, Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk”. Seymur ƏLİYEV  

Hamısını oxu
Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib. Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd edib və Hərbi Dəniz Qüvvələrinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildirib. Hərbi prokuror görüş zamanı Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularına nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.  

Hamısını oxu
Qəhrəman atanın vətənpərvər övladı

Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il mayın 10-da Ağdam rayonunda anadan olub. İlk təhsilini də Ağdamda alıb. O, təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlir və 1938-ci il mayın 10-da ordu sıralarına çağırılır. 1940-cı ildə Birinci Kiyev artilleriya məktəbini bitirərək leytenant rütbəsi alır və 364-cü alayın batareya komandiri təyin olunur. O, müharibənin ilk günlərindən səngərdə dayanır, düşmənə sarsıdıcı zərbələr vurur. 1941-ci ildən Həmzə Sadıqov Cənub-Qərb, Don və Birinci Ukrayna cəbhələrində vuruşur və burada yaralanır. Bir müddət hərbi hospitalda müalicə alır. 1942-ci il mayın 20-də 76-cı diviziyada 122-ci qvardiya topçu alayının divizion komandiri təyin olunur. İgid həmyerlimizin döyüş şöhrəti də məhz bundan sonra başlayır. Fon Rodenburq Stalinqrad cəbhəsində faşist işğalçılarının məğlub edilməsinin birinci səbəbini Bakı şəhərinin alınmaması və benzinin çatışmaması ilə əlaqələndirir. Tarixdən məlumdur ki, Adolf Hitlerin Bakının işğal planı 1942-ci ilin sentyabrın 25-də başa çatdırılmalı idi. Əgər bu əməliyyat uğurla həyata keçsəydi, İohan Fon Rodenburq Bakının komendantı təyin olunacaqdı. Lakin Hitlerin böyük arzusunu qafqazlı balası, azərbaycanlı Həmzə ürəyində qoyur. Hitlerin 8 kəşfiyyat generalının sırasında bu faşist canisinin xüsusi yeri olub. Təcrübəli alman generalını "Sadıqaşvili" ləqəbli gənc azərbaycanlı kəşfiyyatçı zabit Həmzə Cümşüd oğlu Sadıqov əsir tutub. Həmzə Sadıqovun Stalinqrad cəbhəsindən sonra uzun və çətin cəbhə yolu başlayır. O, Praqanın, Budapeştin və Drezdenin azad olunması uğrunda gedən döyüşlərdə də xüsusi fədakarlığı ilə fərqlənir. Onun döyüşdə göstərdiyi igidliklər dövlət tərəfindən qiymətləndirilir. Həmzə Sadıqov çoxlu orden və medallarla təltif olunur. Keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin Mərkəzi arxivindən alınmış 10 fevral 1978-ci il tarixli sənəddən xalqımızın qorxmaz oğlu Həmzə Sadıqovun döyüş rəşadətləri haqqındakı qeydləri oxuyuruq: "Stalinqrad yaxınlığında faşist işğalçılarının darmadağın edilməsində baş leytenant Həmzə Sadıqovun komandanlıq etdiyi batareya 200 alman əsgər və zabitini, 15 pulemyot, 20 taxta-torpaq atəş nöqtəsini və istehkamını, 6 müşahidə məntəqəsini, canlı qüvvə və hərbi ləvazimatla dolu olan 10 yük maşınını sıradan çıxarmışdır". Qəhrəmanın oğlu Firdovsi Sadıqov atasının sənədlərini səliqə ilə saxlayır, həm də onun haqqında çoxlu arxiv sənədləri toplayıb. Sənədlərin bir hissəsini Volqoqrad dövlət müdafiə muzeyinə təqdim edib. Firdovsi Sadıqovun ağır sınaq illərində şərəfli döyüş yolu keçmiş hər bir Azərbaycan oğlunun və eləcə də atası Həmzə Sadıqovun həyatını  hər zaman araşdırmış, və gənc nəslə örkən olan qəhrəmanlarımızı Azərbaycan gəncliyinə tanıtmışdır. Respublika Veteranlar Təşkilatı ilə daim əməkdaşlıq edən Firdovsi Sadıqov Təşkilatın gördüyü işlərdə yaxından iştirak edir. Firdovsi Sadıqovun fədakar əməyi hər zaman Respublika Veteranlar Təşkilatının rəhbərliyi tərəfindən layiqincə qiymətləndirmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Rusiya Federasiyasının təsis etdiyi “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyik yubiley medalı”nı Firdovsi Sadıqova təqdim edildi.

Hamısını oxu
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər

Veteran.gov.az  xəbər verir ki, 5 fevral 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçılarının təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə daun sindromlu uşaqlarla görüş keçirilib. “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəznində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan görüşdə “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edən və QDF-in donorları olan SOCAR, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Entertainment Company” şirkəti, UMİCO Market və “CBC Sport” televiziya kanalının nümayəndələri, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər. Mərkəzdə təhsil alan uşaqlar musiqi sədaları altında rəqs ediblər, onlar üçün müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və turnirdə iştirak edən şirkətlərin nümayəndələri “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları adından uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər. Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblər üçün də hədiyyələrin alınması ilə bağlı təşəbbüs irəli sürülüb və yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır. Tədbirdə qeyd olunub ki, torpaqlarımıza dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Bugünkü tədbirin keçirilməsində də başlıca məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməklə yanaşı, QDF-in donorları arasında həmrəyliyin və birliyin təşviq edilməsidir. Sonra Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova tədbir iştirakçılarını Mərkəzlə tanış edərək onlara burada yaradılan şəraitlə bağlı geniş məlumat verib. Qeyd olunub ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Mərkəzdə kompyuter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Nəzərinizə çatdıraq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçirilir. Turnirin iştirakçıları tərəfindən Fonda ianə edilən 141.000 AZN vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Hamısını oxu