Digər xəbərlər
Уважаемый Джалил Маликович! Поздравляем Вас с избранием Председателем Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики. Желаем Вам успехов в поддержке и защите ветеранов в Вашей прекрасной стране. Лично Вам хорошего здоровья, благополучия необходимого для работы с ветеранами. С уважением, ПредседательКомитета «Ветеранов Чернобыльцев» лиц, пострадавших от катастрофы на Чернобыльской атомной электростанции Владимир Каменков
Hamısını oxu
Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə ilə müsahibə – Vüsal müəllim, Azərbaycan karateçilərinin III MDB Oyunlarındakı çıxışı böyük maraq doğurdu. Ümumilikdə bu nəticəni necə qiymətləndirirsiniz? – Bu, təkcə idman uğuru deyil, illərlə formalaşan sistemli işin, dövlətin idmana göstərdiyi diqqətin və federasiyanın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mingəçevir “Kür” Olimpiya Mərkəzində keçirilən yarışlarda milli komandamız 16 medal (6 qızıl, 3 gümüş, 7 bürünc) qazanaraq lider federasiyalar sırasında yer aldı. Bu, Azərbaycan karate məktəbinin gücünü və peşəkarlıq səviyyəsini bir daha təsdiqlədi. – Bu uğurun arxasında hansı əsas amillər dayanır? – Ən böyük amil dövlət qayğısı və federasiya rəhbərliyinin düzgün strategiyasıdır. Federasiyanın prezidenti Ülvi Quliyevin rəhbərliyi altında həm idmançıların hazırlığı, həm də yarışlara təşkilati baxımdan yüksək səviyyədə yanaşılır. Məşqçi heyətimiz: Kişilər üzrə baş məşqçi Şahin Atamov, kata üzrə baş məşqçi Vahid Ayvazov, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov çox səmərəli iş aparıblar. Onların peşəkarlığı və fədakarlığı komandanın inamlı çıxışına zəmin yaradıb. – MDB Oyunlarına hazırlıq prosesi necə təşkil olunmuşdu? – Yarışlardan öncə iki mühüm təlim-məşq toplanışı keçirildi: biri Türkiyənin Mərmərə bölgəsində, digəri isə Qusar rayonunda. Bu toplanışlarda həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığa xüsusi diqqət ayrıldı. Bu proseslər nəticəsində komanda yarışlara tam formalaşmış və hazır vəziyyətdə çıxdı. – Qarşıda komandanı hansı beynəlxalq yarışlar gözləyir? – Hazırda çox intensiv dövrə daxil olmuşuq. Ən yaxın mərhələdə Fransada keçiriləcək dünya çempionatına lisenziya qazandıran kvalifikasiya yarışlarında iştirak edəcəyik. Ardınca İslam Həmrəyliyi Oyunları, daha sonra isə lisenziyalı idmançıların dünya çempionatı gəlir. Bundan əlavə, noyabrın 7-10-u tarixlərində yeniyetmə və gənclər arasında ölkə birinciliyi keçiriləcək. Həmin yarış nəticəsində formalaşacaq komanda 2026-cı ilin fevralında Avropa çempionatında Azərbaycanı təmsil edəcək. – Milli komandada gəncləşmə prosesi müşahidə olunur. Bu, planlı siyasətdirmi? – Bəli, tam şəkildə planlı prosesdir. Hazırda milli komandamızda yeni nəsil karateçilər yetişir. Bu, karatenin gələcəyi üçün vacib mərhələdir. Biz anlayırıq ki, nəticə qazanmaq zaman tələb edir. Yaş kateqoriyası dəyişdikcə məsuliyyət də artır. Amma bu dəyişikliklər idmançıların daha yetkin və rəqabətədavamlı olmasını təmin edir. Təcrübə qazandıqca onlar beynəlxalq arenada da daha inamlı çıxış edəcəklər. – Federasiya rəhbərliyi və məşqçilər korpusu üçün bu nəticələr hansı mesajı verir? – Bu nəticələr göstərir ki, biz doğru yoldayıq. Ülvi Quliyevin rəhbərliyi ilə federasiyada formalaşan idarəetmə modeli artıq öz bəhrəsini verir. Biz yalnız nəticəyə deyil, həm də idmançılarımızın şəxsiyyət kimi yetişməsinə önəm veririk. Karate idman növü eyni zamanda nizam, hörmət və milli ruhun məktəbidir. Biz çalışırıq ki, bu dəyərlər yeni nəsildə daha güclü formalaşsın. – Sonda, bu uğurların davamlılığı üçün hansı hədəflər müəyyən olunub? – Əsas hədəf karatenin ölkəmizdə daha geniş yayılması və beynəlxalq səviyyədə Azərbaycan adının daha yüksəkdə ucaldılmasıdır. Federasiya olaraq çalışırıq ki, hər bir uğur dövlətimizin idman siyasətinə töhfə versin. Gənclərimizə nümunə olmaq, onların idmana marağını artırmaq və yeni çempionlar yetişdirmək bizim borcumuzdur. Əminik ki, dövlətimizin dəstəyi, federasiyanın planlı fəaliyyəti və idmançılarımızın əzmi sayəsində qarşıdakı illərdə daha böyük uğurlara imza atacağıq.
Hamısını oxu
Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsinin əvvəlindən başlamışdı. Onların müsəlmanlara qarşı özlərini təkəbbürlü aparmaları, milli və dini heysiyyətlərini açıq aşkar təhqir etmələri müşahidə olunurdu. 1917-ci ilin fevralından etibarən çar hakimiyyət orqanlarının ləğvindən istifadə edərək ermənilər gizli şəkildə silah anbarını ələ keçirdilər. Erməni və malakanlardan ibarət qarnizon təşkil etdilər, bu barədə yerli müsəlman Milli Şurasına və qəza komissiyasına məlumat vermədilər. Getdikcə Şamaxı şəhərində və ətraf kəndlərdə silahlanan ermənilər əvvəlcə özlərini müsəlmanlara elə göstərirdilər ki, guya onlara qarşı heç bir düşmənçilik hissi bəsləmirlər. Əslində isə hər şey tam əksinə idi. Belə ki, Cənubi Qafqazın müxtəlif ərzilərindən gizli şəkildə Mədrəsə kəndinə gələn erməni əsgərlərinin köməyinə əlavə olaraq martın əvvəlində Bakıdan bolşevik hakimiyyəti tərəfindən xeyli hərbi sursat, top və pulemyotlarla silahlanmış üç min erməni qoşun dəsətəsi göndərildi. Şamaxı şəhəri 1918-ci il martın 18-də səhər tezdən güclü top atəşinə tutulmağa başlandı, şəhər cənub hissədən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Bu müsəlman əhali üçün gözlənilməz idi, çünki cəmi bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov müqəddəs Xaç və İncil qarşısında and içmişdilər ki, heç vaxt azərbaycanlılara qarşı silah işlətməyəcəklər, sülh və qardaşlıq şəraitində yaşayacaqlar. Lakin bu and bir gün sonra pozuldu. İlk olaraq Piran-Şirvan ərazisinə soxulan ermənilər müsəlman evlərini talan edib yandırır, mülki əhalini öldürürdülər. Yandırılan evlər arasında qəza müftisi Hüseynbəyovun, həmçinin Hacı Vahab Ələkbərovun, Şıxıyevlərin, Həsənovların, Veysovların, Məhərrəmovların və başqalarının mülkləri də var idi. Heç kimə aman verməyən daşnaklar insanları qəddarlıqla, işgəncə verərək qətlə yetirirdilər. 1918-ci ilin martın 18-də şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırdılar: Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özününzün müqəddəs Həzrət Abbasınızı çağırın. Şamaxı şəhərindəki bu vəhşiliklər bir neçə gün davam etmişdir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrin Şamaxıya köməyə gəlməsini eşidən ermənilər və malakanlar Qozlu-çay malakan kəndinə çəkilirlər. Köməyə gələn qoşuna tanınmış ictimai-siyasi xadim, I Dövlət Dumasının deputatı İsmayıl Xan Ziyadxanov başçılıq ediridi. Dörd gün sonra qüvvələrin qeyri bərabər olması səbəbindən azərbaycanlı silahlı dəstələr şəhərdən çıxmağa məcbur olurlar və demək olar ki, müsəlman əhalinin böyük hissəsi də şəhəri tərk edir. Ancaq bu proses çox tələsik olduğuna görə əhalinin bir hissəsi şəhərdə qalır. Bir neçə gün sonra yenidən erməni və malakan quldur birləşmələri ikinci dəfə şəhəri ələ keçirirlər. Bu dəfə talanların, əhaliyə divan tutulmasının daha böyük qəddarlıq və qanişənliklə törədilməsi müşahidə olunurdu. Şəhərin azərbaycanlı əhalisi tamamilə məhv edilmiş, əmlakları qarət edilmiş, bütün müqəddəs yerlər, 13 məsçid, o cümlədən 800 illik tarixi olan Cümə məsçidi yandırılmışdı. Ermənilərin xüsusi qəddarlıqla qətlə yetirdikləri nüfuzlu insanlar içərisində axund Hacı Cəfərqulu (xilas olmaq üçün onun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqlarla birlikdə), şəhər hakimi Teymur bəy Xudaverdov, eləcə də Məmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Mir İbrahim Seyidov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Əbdürrəhim ağa Ağalarov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Məhiyyədin Əfəndizadə və bir çox başqaları var idi. Şamaxıya hər iki hücum Daşnaksutyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Soyqırım əməliyyatlarına daşnak cəllad Stepan Şaumyanın xeyir duası ilə Stepan Lalayan, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Armenak Matirosyants, Aleksandr Xaçaturov və başqa vandallar rəhbərlik etmişdir. Şamaxı qəzasının azərbaycanlı əhalisinə 1 milyard rubldan çox ziyan dəymişdir, qəzanın 86-dan çox kəndi erməni daşmaklarının hücumlarına məruz qalmışdır. Xüsusilə Əngərxan, Mərzəndiyyə, Quşçu, Sündü, Dilman, Kalva, Ərəbqədim, Nəvahi, Qubalı Baloğlan, Təkəli, Yəhyalı, Bağırlı, Ağsu, Müci, Naburda soyqırıma məruz qalanların sayı çox olmuşdur. Ümumilikdə ermənilər tərəfindən 10000-dən şox azərbaycanlı qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının tərəfindən 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hökuməti qurulduqdan sonra istintaq dayandırılmış və bu işə xitam verilmişdir. Beləliklə 1918-ci ilin mart-iyul aylarında Şamaxı qəzasında baş verən dəhşətli hadisələr bunun ən qatı soyqırım cinayəti olduğunu sübut edir. Əsrin əvvəlində erməni daşnakları Şamaxı qəzasında və digər ərazilərdə həyata keçirdikləri soyqırım aktını əsrin sonunda Xocalıda təkrarladılar. Bu isə onların mənfur xislətinin dəyişməz olduğunu bir daha isbatladı. Ancaq 2016-cı ildə 4 günlük aprel döyüşləri, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında şanlı ordumuz ölkə prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dəmir Yumruq kimi birləşib erməni vandallarını darmadağın edərək işğal olunan Qarabağ torpaqlarını azad etdi, əsrin əvvəli və sonunda günahsız olaraq öldürülən soyqırım qurbanlarının intiqamını aldı. Rasim Nazimoğlu AMK nəzdində MK-in və ADİU (UNEC) nəzdində QSK-in müəllimiTarix və siyasi elmlər üzrə araşdırmaçı
Hamısını oxu
Bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı işləri ildən-ilə genişlənir. O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramı başa çatdırılacaq. Nazir müavini qeyd edib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 539 mənzil verilib, digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8127 mənzil və fərdi ev verilib. V.Nəsirli bildirib ki, Nazirlik müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib. Yeni mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən hərtərəfli təminatlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Hamısını oxu