Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

MİRİİB sədri Zamin Zeynal: Sosial Şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğinə ehtiyac var

MİRİİB sədri Zamin Zeynal: Sosial şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğ edilməsi ilə yanaşı İCTİMAİ QINAĞIN olması da vacibdir.

İnformasiya mədəniyyəti nədir?

İnformasiya mədəniyyəti informasiyanın məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Bir sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri aşağıdakılardır:

– Telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri;

-İnformasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn: ofis proqramlarını, qrafik redaktorları və s.-ni bilmək);

-İstər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxumaq);

-İnformasiyanın anlaşıqlı şəkildə təqdimatı və ondan səmərəli istifadə etmək bacarığı;

-İnformasiyanın emalının müxtəlif üsullarını bilmək;

– Müxtəlif növ informasiya ilə işləmək bacarığı.

Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir.
Bu gün informasiya texnologiyalarını müəyyən edən proqram məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur.
Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən kompüter savadlılığı deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazışma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün əhəmiyyətli dərəcədə artmaqdadır.

Ümumiyyətlə “sosial şəbəkə” nədir, hansı zərurətdən yaranıb?

Sosial şəbəkələr – sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (insanlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. “Sosial şəbəkə” termininin 1954-cü ildə ortaya çıxdığı düşünülür. “Sosial şəbəkə” anlayışı sosioloq Ceyms Barnes tərəfindən təqdim edilib. İnternetin yaranması (1969) ilə Ceyms Barnesin elmi konsepsiyası məşhurlaşmağa başlayıb. İlk müasir sosial media isə 1997-ci ildə yaradılan “Six Degrees” olub.

Müasir dövrün bəzi məşhur sosial şəbəkələri, onların əsas fərqləndirici xüsusiyyətləri və istifadə imkanları ilə gəlin birlikdə tanış olaq:

“Facebook” – ən iri sosial şəbəkə olmaqla, insanların yoldaşlarıyla ünsiyyət qurması və məlumat almaq məqsədi ilə yaradılan bir ictimai veb saytıdır;

“YouTube” – istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir;

“WhatsApp” – mobil və digər platformalar üçün ismarışların ani mübadilə sistemi olmaqla, mətn ismarışları, şəkil, video və audio göndərməyə imkan verir;

“Instagram” – şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir;

“TikTok” – musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarışlar yollamağa imkan verən sosial şəbəkədir;

“Twitter” – onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən saytdır. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər;

“LinkedIn” – işgüzar əlaqələrin qurulması və professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır;

“Skype” – səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır;

“Pinterest” – hər növ şəkillərin paylaşıldığı və panorama sistemi vasitəsi ilə çalışan internet vebsaytıdır;

“Viber” – ağıllı telefonlar və digər əlaqə vasitələri tərifindən 3G və ya Wi-Fi şəbəkəsi üzərindən mesajlaşma və səsli görüşmə imkanı təqdim edən əlaqə vasitəsidir;

“Odnoklassniki” – Azərbaycan dilində mənası “sinif yoldaşları” olmaqla, Rusdilli internetin ən populyar sosial şəbəkələrindən biridir;

“WeChat” – mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir.

Bu gün bəzi insanlar üçün sosial şəbəkələr gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisidir. Əgər bir neçə il öncə sosial şəbəkələr gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa, son zamanlar bu münasibət tamamilə dəyişmişdir.

Hazırda sosial şəbəkələr həm ünsiyyət və müxtəlif sosial əlaqələrin qurulması, həm də maariflənmək və öyrənmə prosesində iştirak üçün bir platforma rolunu oynayır. Belə ki, sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi dünyanın hər yerindən olan insanlarla virtual ünsiyyət yaratmaq, dostlarla görüşmək və ya köhnə dostları tapmaq, iş axtarışı, tanışlıqlar, ictimai həyatda baş verən aktual məsələlər barədə fikir bildirmək, qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədilə istifadə olunur.

Təhsil, təlim-tədris və digər maarifləndirmə proseslərində isə canlı yayım vasitəsilə müxtəlif iclaslar, müzakirələr keçirmək, onlayn rejimdə keçirilən müxtəlif forumlarda iştirak etmək, marketinq və ya biznes işi qurmaq, dil öyrənmək, müxtəlif sorğular təşkil etmək, elmi yeniliklərlə bağlı məlumat əldə etmək və digər məqsədlər üçün sosial şəbəkələr olduqca əhəmiyyətli rola malikdir.

Lakin sosial şəbəkələrdən istifadənin müsbət tərəfləri ilə yanaşı, istifadəçilər üçün mənfi təsirləri də var. Belə ki, sosial şəbəkələrdən çox istifadə bir müddətdən sonra asılılıq yaradır. Bu asılılıq “hypertext” (gündə minimum 120 mesajın yazılması) və “hypernetworking”ə (gündə üç saatdan çox sosial mediadan istifadə) gətirib çıxarır ki, bu da sağlamlığa ziyanlıdır. Araşdırmalara görə, sosial şəbəkələrdən bu cür asılılıq psixoloji problemlərin artmasına – yorğunluq, yuxu məhrumiyyəti, depressiya, təhsildə gerilik, tənbəllik, aqressivlik və hətta intihara səbəb göstərilə bilər.

Buna görə də, sosial şəbəkə istifadəçilərini bu cür mənfi təsirlərdən qorumaq üçün sosial şəbəkələrdən düzgün istifadənin təbliği üzrə maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Bununla yanaşı sosial şəbəkələrdən mənfi məqsədlərə xidmət edən, şəxsi maraqlar naminə etik qaydaları pozan sosial şəbəkə iştirakçılarına hüquqi müstəvidə cəzaların tətbiqi ilə yanaşı bu prosesin müsbət həllinə döğru ictimai qınaq vasitələrindən istifadə edilməsinin də böyük təsiri ola bilər.Yaxşı olar ki, valideynlər uşaqlarını virtual dünyanın mənfi təsirlərindən qorumaq üçün onların sosial şəbəkələrdən istifadəsini izləyərək diqqətli olsunlar.

Zamin Zeynal
Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri

 

2022-10-13 19:03:00
1713 baxış

Digər xəbərlər

“Vətən müharibəsi Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu”

Cəlil Xəlilov: "Azərbaycanda hərbi kadrların hazırlanmasında türk zabitlərinin əməyi böyükdür"   Azərbaycan Ordusunun daha da güclənməsi və modernləşməsi istiqamətində ciddi tədbirlər görülür. Türkiyə ordu modelinin Azərbaycan Silahlı Qüvvələri üçün nümunə götürüləcəyi bəllidir. Ordu quruculuğunda böyük təcrübəyə malik qardaş Türkiyənin hərbi-texniki sahədə uğurlarından geniş istifadə olunacaq. Türkiyə ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Xatırladaq ki, Prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə təmas edib və açıq şəkildə vurğulayıb ki, “Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik”. Dövlət başçısı bəyan edib ki, Türk ordusunun müasir modeli Azərbaycan üçün ən məqbul modeldir. Ötən gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da parlamentdə çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətinə böyük dəstək verdiyini açıqlayıb.    Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Şərq”ə bildirib ki, Türkiyə ordusu çağdaş dünyanın ən müasir ordularından biridir və  NATO hərbi-siyasi alyansında xüsusi çəkiyə malikdir. Polkovnik vurğulayıb ki, Türkiyə ordusu istər fiziki hazırlıq səviyyəsinə, istərsə də müasir hərbi texnikaları real hərbi əməliyyatlar zamanı uğurla tətbiq etməsinə görə dünyanın ən güclü orduları sırasında yer alır:    “Türkiyə ordusunun döyüş təcrübəsi kifayət qədər böyükdür. Qardaş ölkənin hərbçiləri uzun illərdir terrorizmə qarşı ciddi mübarizə aparır. Bu mübarizənin coğrafiyası İraq, Suriya kimi dövlətləri də əhatə edir. Əminliklə demək olar ki, bu gün dünyada terrorizmə qarşı ən ciddi və ən səmərəli mübarizə aparan qardaş Türkiyədir. Türkiyə bununla sadəcə özünün və regionun deyil, bütün bəşəriyyətin təhlükəsizliyini təmin etməyə çalışır, ümumilikdə insanlığa böyük fayda verir. Bu baxımdan Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması təbii ki, son dərəcə faydalı olar”.    C.Xəlilov əlavə edib ki, Azərbaycanda hərbi kadrların hazırlanmasında, onların müasir hərbi texnikanın sirlərinə yiyələnməsində türk zabitlərinin əməyi böyükdür:    “Yadınızdadırsa, Müdafiə naziri Zakir Həsənov bir neçə ay bundan öncə televiziyaya müsahibəsində Türkiyənin 8 Noyabr zəfərinə verdiyi töhfəni özünəməxsus şəkildə izah etdi. Bildirdi ki, “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusu üçün imtahan idi və bu imtahanı Azərbaycan Ordusu verdi.    Lakin Azərbaycan Ordusunu bu imtahana Türkiyə hazırlamışdı”. Bu ifadə Türkiyənin Azərbaycan Ordusunun döyüş hazırlığının, peşəkarlığının yüksəlməsində nə dərəcədə mühüm rol oynadığını göstərir. Vətən müharibəsi də Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu.    Azərbaycan bu müharibədə həm Türkiyə, həm də İsrail istehsalı olan dronlardan kütləvi istifadə etdi. Türkiyə də Suriyadakı hərbi əməliyyatlarda dronlardan kütləvi istifadə etmiş və terrorçuların hədəflərini yüksək dəqiqliklə məhv etmişdi. Türkiyənin dronlarla bağlı təcrübəsini öyrənən və bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən Azərbaycan da erməni faşizminə ağır zərbə vurdu, işğalçını darmadağın etdi. Azərbaycan Ordusunun türk hərb modelinə uyğunlaşdırılması gücünün daha da artması, peşəkarlığının yüksəlməsi, döyüş bacarığının bir qədər də təkmilləşməsinə səbəb olacaq.    Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur”.   Sherg.az  

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçısı İzzət Nəhmətov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Astara rayonun Pensər kənd sakini, 1925-ci ildə anadan olan, II Dünya  müharibəsinin iştirakçısı Nəhmətov İzzət Məmmədsəfa oğlu 31 iyul 2026-cı ildə yaşadığı Pensər kəndində vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti İzzət Nəhmətovun vəfatından kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Naxçıvanda ata 52 gün sonra meyiti tapılan şəhid oğluna qurban kəsdi

Əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan şəhid Ərtoğrul Nadirlinin tabutu yaşadığı Sədərək rayonundakı evinə gətirilərkən atası Hümbət Nadirli ona qurban kəsib.   Bu barədə özünün sosial şəbəkə hesabında əslən Naxçıvandan olan jurnalist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.   Onun sözlərinə görə, hərbi xidmətini Daşkəsəndə davam etdirən Ərtoğrul Nadirli müharibə başlayarkən Kəlbəcər istiqamətində Murovdağın alınmasında xüsusi şücaət göstərib, eyni zamanda, onlarla döyüş yoldaşını həm yaralı, həm də sağ döyüş bölgəsindən çıxarıb. Daha sonra komandir baş leytenant şiddətli döyüş zamanı özü də qəhrəmancasına şəhid olub.   Şəhid komandirin nəşi 52 gün sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və həmin rayon ərazisindəki yüksək rütbəli hərbçilərin köməyi ilə tapılıb. Ərtoğrulun meyiti çətinliklə tapıldığı üçün atası bu addımı atıb.   Qeyd edək ki, şəhidin qarşılanması zamanı Naxçıvanda böyük izdiham yaşanıb.//oxu.az

Hamısını oxu
İş adamı şəhidlərin xatirəsinə iftar süfrəsi açıb

Veteran.gov.az xəbər verir ki, hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərən Səfər Əlirzayev tərəfindən hər il olduğu kimi bu il də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə iftar süfrəsi açılıb. İftardan öncə Nehrəm qəsəbə şəhidliyində şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Aprelin 7-də olan iftar məclisisində Muxtar Respublikanın digər kənd və rayonlarından olan şəhid valideynləri, qazilər, qəsəbə sakinləri ilə yanaşı, Naxçıvan Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov, DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirak ediblər. Həmçinin iki gün ərzində Səfər Əlirzayevin iştirakı ilə Naxçıvanın müxtəlif yaşayış məntəqələrində olan şəhidlərin məzarları onların doğmaları ilə birgə ziyarət olunub. Ziyarət əsnasında şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub.  

Hamısını oxu