Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Ağsu Rayon Veteranlar Təşkilatının X Hesabat-seçki konfransı keçirilib

veteran.gov.az xəbər verir ki, konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağıriv, rayon veteranları və ziyalıları iştirtak edib.

 

Giriş nitqi və hesabat məruzəsi ilə çıxış edən Ağsu Rayon Veteranlar Təşkilatının sədri Camaləddin Zeynalov görülən işlər haqqında məlumat verib, aktual məsələlərə toxunub. Daha sonra Yadulla Mehdiyev Təftiş komissiyasının hesabını səsləndirib.

Tədbirdə çıxış edən əmək veteranlarıYaşar Qarayev, Tahir Xası, Əmrulla Kərimov dövlətin veteranlara olan qayğısından bəhs edib, gənc nəsillə veteranlar arasında təmasların güclənməsinin vacibliyindən danışıblar.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların cəmiyyətdəki roluna diqqət çəkib. Dövlətin veteranları daim diqqət mərkəzində sxladığını bildirən Cəlil Xəlilov, veteranların da ölkənin ictimai həyatında aktiv iştirak etdiyini, dövlət başçısının siyasətini qətiyyətlə dəstəklədiklərini bildirib. Veteranlar qarşısıdna duran vəzifələr toxunan polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar bundan sonra da milli maraqlarımızın müdafiəsində yaxından iştirak etməli, gənc nəslin maariflənməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsində əllərindən gələni əsirgəməməlidirlər.

Yekun nitqi ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov veteranların rayonun ictimai həyatındakı roluna toxunub, onların fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısının şəhid ailələrinə, veteranlara yüksək qayğı və diqqət göstərdiyini bildirən icra başçısı, gənc nəslə ali mənəvi dəyərlərlərin aşılanmasında veteranların mühüm rol oynadığını vurğulayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Seymur ƏLİYEV

2022-11-18 20:24:00
841 baxış

Digər xəbərlər

“Səhiyyə Nazirliyi və TƏBİB-in qazilərimizə olan həssas münasibətini yüksək qiymətləndirirəm”

Məşhur Məmmədov: “Türk psixoloqlarının ölkəmizə səfəri Türkiyənin qazilərimizə olan qayğısının bariz nümunəsidir”   Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazilərinə psixoloji dəstək məqsədi ilə bir qrup türkiyəli mütəxəssis Azərbaycana gəlib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb, mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Moderator.az-a açıqlamasında türk psixoloqların məlum gəlişini şərh edən millət vəkili Məşhur Məmmədov, bunu qardaş Türkiyə dövlətinin Azərbaycana, onun qazilərinə olan diqqət və qayğısının növbəti təzahüri kimi dəyərləndirib. Millət vəkili Səhiyyə Naizrliyi və TƏBİB-in bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Təbii ki, türk psixoloqlarının qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə gəlişi hər şeydən əvvəl qardaş Türkiyə dövlətinin qazilərimizə, vətənimizin şanlı müdafiəçilərinə olan diqqət  və qayğısının göstəricisidir. Heç kimə sirr deyil ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan böyük dəstək verdi, bir an belə olsun dövlətimizi, xalqımızı tək buraxmadı. Artıq iki ildir ki, müharibə başa çatsa da, qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirir. Bugünlərdə bir qrup türkiyəli mütəxəssisin qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə səfər etməsi də bu dəstəyin davamıdır. Türkiyə bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, o, hər zaman Azərbaycanın yanındadır və bundan sonra da onu dəstəkləməkdə davam edəcək. Mən xalqımıza, qazilərimizə verdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı sonsuza kimi yaşayacaq, bu birlik və qardaşlıq sadəcə ölkələrimizdə deyil, bütün dünyada sülhün, tərəqqinin, əmin-amanlığın bərqərar olması və inkişafına öz töhfəsini verəcəkdir. Mən bu məsələdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətini də yüksək qiymətləndirirəm. Təkcə bir faktı nəzərə çatdırım ki, bu gün TƏBİB-ə tabe olan tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsinin üzvləri çalışır. Səhiyyə Nazirliyi və TƏBİB qazilərimizin tibbi bərpa və reabilitasiyasında mühüm rol oynayır, hər bir qazi və şəhid ailəsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır. Şübhəsiz, dövlət qurumlarımızın qazilərimizə, şəhid ailələrinə bu cür qayğıkeş, həssas münasibəti qürurvericidir və həmin qurumların öz vəzifə borcuna, dövlət başçısının tapşırıq və tövsiyyələrinə yüksək dəqqiliklə əməl edildiyini göstərir”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Sadıq Murtuzayev

Sadıq Murtuzayev respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb. O, beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razpad şəhərinin fəxri vətəndaşı seçilib, Yubiley medalı ilə təltif olunub. O, akademik İmam Mustafayevlə birgə yazdığı "İmam Şamil" kitabına görə Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin Böyük qızıl medalına layiq görülüb.Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti və kollektivi Sadıq Murtuzayevin vəfatından kədərlənir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

Hamısını oxu
Novxanıda Zəfər Günü münasibətilə bayram süfrəsi təşkil edilib

8 Noyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində böyük zəfərin 5-ci ildönümü münasibətilə iş adamı Cəlil Nağıyev tərəfindən şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib. Tədbirdən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub.  350 nəfərin iştirak etdiyi bayram süfrəsində açılış nitqi ilə çıxış edən məscidin axundu Hacı Ələsgər Mikayılzadə, 8 Noyabr zəfərinin tarixi önəmindən bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi bu zəfərin dünya hərb tarixində misilsiz hadisə olduğunu söyləyib. Axund qeyd edib ki, bu zəfər Azərbaycan xalqının böyüklüyünü, şücaətini, yenilməzliyini bir daha bütün dünyaya sübut etdi, birmənalı şəkildə təsdiqlədi. Şəhid Rauf İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov çıxışında Azərbaycan gəncliyinin cəsarət və vətənpərvərliyinə diqqət çəkib, zəfərin əldə edilməsində gənclərimizin mühüm rol oynadığını vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən bu möhtəşəm zəfərin xalqımızın və dövlətimizin həyatında silinməz iz buraxdığını bildirən Rauf İbadov, gələcək nəsillərin də vətənpərvərlik ruhunda yetişdirilməsinin mühüm önəm kəsb etdiyini söyləyib. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov 8 Noyabr zəfərinin milli-mənəvi dəyərlərimiz baxımından əhəmiyyətinə diqqət çəkib. Hacı Bəxtiyar Nəcəfov qeyd edib ki, məhz erməni faşizminin darmadağın edilməsindən sonra işğaldakı ərazilərdəki dini abidələri, məcscidləri əsarətdən qurtarmaq, onları bərpa etmək mümkün olub. Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qvvələrimizin əldə etdiyi böyük zəfərə, onun beynəlxalq aləmdə doğurduğu əks-sədaya diqqət çəkib. Hacı Soltan Əlizadə qeyd edib ki, 8 Noyabr zəfəri öz unikallığı, təkrarsızlığı, əzəməti ilə bütün dünyanı heyrətə gətirib, dünya hərb tarixində dərin iz qoyub. Artıq regionda sülhün və sabitliyin mövcud olduğunu xatırladan axund, bunu dövlətimizin, Prezidentimizin ən böyük uğurlarından biri kimi xarakterizə edib. Tədbirdə çıxış edən BDU-nun tələbəsi Nüsrət Mirzəyev, kənd ağsaqqalı Nuhbala Ağayev, “Azərbaycan Bayrağı” ordenli ehtiyatdfa olan polkovnik Elmar Hüseynov, müharibə veteranı polkovnik-leytenant İlham Rüstəmov, tanınmış ziyalı Musa Mirzəyev və digərləri də 8 Noyabr zəfərini Azərbaycan xalqının ən böyük tarixi qələbəsi kimi qiymətləndirib, şəhidlərimizin və qazilərimizin qəhrəmanılığından ehtiramla söz açıblar. Tədbirin sonunda çıxış edən iş addamı Cəlil Nağıyev bayram münasibətilə Azərbaycan xalqını  təbrik edib, 8 Noyabr zəfərinin tarixi önəminə toxunub: “Mən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu böyük, misilsiz 8 Noyabr zəfərinin 5-ci ildönümü  münasibətilə xalqımızı təbrik edir, şəhidlərimizin və şəhid analarının qarşısında baş əyir, qazilərimizə sonsuz təşəkkürümü bildirirəm. Hər kəsə məlumdur ki, bizə bu səfəri bəxş edən Prezidentimiz, Silahlı Qüvvələrimiz, şəhidlərimiz və qazilərimiz oldu. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müharibə dönəmində xalqla sərgilədiyi mənəvi həmrəylik, xalqımızın dövlətimiz ətrafında sıx birləşməsi, öz ordusunun yanında olması da qələbimizə böyük töhfə verdi. Qələbəmizi öz qanları, canları bahasına təmin edən şəhidlərimiz, ölümün gözünə dik baxaraq düşmən üstünə cəsarətlə addımlayan, öz igidlikləri ilə onları dəhşətə gətirən qazilərimiz bizim üçün əbədi qürur və iftixar mənbəyidir. Qələbəyə nail olsaq da, hələ qarşıda görməli olduğumuz çox iş var. Biz yeni qələbələr üçün Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməli, dövlətimizin işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərinə dəstək verməli, habelə, uşaq və yeniyetmələrimizin vətənpəvərlik ruhunda tərbiyə edilməsinə böyük diqqət yetirməliyik. Unutmamamlıyıq ki, xalqımızın və dövlətimizin gələcəyi yeniyetmə və gənclərimizdən, onların milli-mənəvi dəyərlərə bağlılığından, vətənpəvərlik ruhundan bilavasitə asılıdır. Mən bir daha xalqımızı bayram münasibətilə təbrik edir, xalqımıza əmin-amanlıq, Prezidentimizə və dövlətimizə xalqımızın rifahı, respublkamızın çiçəklənməsi naminə apardıqları mübarizədə sonsuz uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Konstitusiya günü qeyd edildi

Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri istefada olan general-polkovnik Tofiq Ağahüseynov açdı. Təşkilatın sədri Konstitusiyanın dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin funksiyalarını dolğun əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik hüquqi sənəd olduğunu bildirdi. O, həmçinin Azərbaycan Konstitutsiyasının dünyanın ən inkişaf etmiş ölkələrinin Konstitutsiyaları ilə eyni humanist prinsiplərlə əsaslandığını vurğulamış, xalqımızın ikinci dəfə müstəqillik əldə etdikdən sonra belə mükəmməl ali hüquqi sənədin qəbul olunmasını Azərbaycan Respublikasının hüqüqi dövlət kimi varlığının əyani sübütu olduğunu qeyd etmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək konsititutsiyanın əhəmiyyətindən və onun tarixi inkişafından danşdı. Cəlil Xəlilov: “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.  Artıq 18 ildir, Azərbaycan xalqı böyük fəxrlə noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun məqsədlə o zaman ölkə prezidenti olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb. Tədbirdə digər çıxış edənlər  Konstitutsiya gününün əhəmiyyətindən konstitutsiyanın xalqın və dövlətin tarixindəki önəmindən danışdılar. Həmçinin Konstitutsiyanın hazırlanmasında və qəbul edilməsində fəaliyyəti olan insanların xalqımızın yaddaşında əbədi qalacaqları vurğulandı.

Hamısını oxu