Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad Rayon Veteranlar Təşkilatı Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirib

Cəlilabad Rayon Veteranlar Təşkilatı Qarabağ Qaziləri ictimai birliyinin Cəlilabad filialı ilə birlikdə 3 -Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri əmək və müharibə veteranları ictimai birliklərin nümayəndələri və qələm adamları iştirak ediblər.

Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.
Rayon Veteranlar Təşkilatının sədri şair yurnalist Ədalət Salman çıxış edərək bildirib ki Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. O, ölkəmizdə əlillərin sosial rifahının yaxşılaşdırılması mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.
Əmək və müharibə veteranları çıxış edib kövrək təbəqəyə mənsub olan əlillərimizə həssaslıqla yanaşıb onlara hər cür qayğı göstərmək hamımızın müqəddəs borcu olduğunu bildiriblər.

Tədbirin sonunda müharibə əlillərindən bir qrupuna rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib.


Cenubtv.az

 

2022-12-04 21:20:00
983 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi iştirakçısı 97 yaşlı Babakişi Fətullayev öz təqaüdündən 1000 manat orduya ianə edib.

97 yaşlı Babakişi Fətullayev bu addımı hər kəsə örnək olmaq üçün atıb.  O, ermənilərin dinc əhaliyə atəş açmasını pisləyib. “Almanlar Belarusu, Ukraynanı tutanda, bir nəfər də olsun dinc əhaliyə dəyməmişdilər. Bunlar vəhşidirlər”.

Hamısını oxu
Ermənilərin yazışması ələ keçirildi:

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən və işğalçı ölkə Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmalar əldə olunub. AFN NUHÇIXAN İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.Bildirilib ki, Ermənistan Hökumət Aparatının Vətəndaşların qəbulu və müraciətlərinin müzakirəsi idarəsinin müdiri Aleksandr Qazaryanın 5 oktyabr 2020-ci il tarixdə Ermənistan Müdafiə nazirinə göndərdiyi iki məktubda işğalçı ölkənin ordusundakı acınacaqlı vəziyyət öz əksini tapıb.Birinci məktub Ermənistan ordusundakı özbaşınalıqla bağlı əsgər valideyninin müraciəti əsasında yazılıb. Həmin məktubu təqdim edirik:"Bizə Lori vilayətinin Lori Berd icmasının Aşot Yerkat 14 ünvanında yaşayan Qayane Balayan müraciət edib. O bildirib ki, oğlu Anri Balayan 1 oktyabr tarixində Müdafiə Nazirliyinin 13516 saylı hərbi hissəsinin təlim taboruna məcburi hərbi xidmətə çağırılıb. O, könüllü orduya gedib. Ancaq daimi olaraq hərbi hissədə döyülüb. Onun komandirləri tərəfindən heç bir tədbir həyata keçirilməyib. Bununla əlaqədar bizim təşəbbüsümüzlə MTX tərəfindən araşdırmalar aparılıb və aydınlaşıb ki, baş leytenant Arsen Hovhannisyan bir neçə dəfə əsgərləri döyüb və nəticədə, iki əsgər özünə qəsd edib.Bunlar barədə hərbi hissənin həkimi ilə də danışılıb, o da bu məlumatları təsdiqləyib. Həmçinin həkim Arsen Hovhannisyanın qızdırması və tərləməsi olan əsgərlərə tibb məntəqəsinə getmək üçün icazə vermədiyini də deyib. Qeyd edək ki, Anri Balayan xəstədir və son iki gün ərzində onun vəziyyəti daha da ağırlaşıb. Buna baxmayaraq, onun Qarabağa aparılmasına qərar verilib. Əsgərlər qorxurlar ki, Arsen Hovhannisyan onları Qarabağdakı müharibə şəraitindən istifadə edərək öldürə bilər.Onların ailələri bu barədə bizə çox məktublar göndərirlər. Xahiş edirəm ki, əsgərlərin vəziyyətini araşdırın və sonra Qarabağa göndərmək barədə qərar qəbul edin. Arsen Hovhannisyanı Qarabağa göndərməyin. Onunla bağlı qeyd olunmuş məlumatlarla əlaqəli araşdırmalar həyata keçirin və nəticələr barədə yeddi gün müddətində məlumat göndərin”.İkinci məktubda isə müharibədə ölən əsgərlər barədə valideynlərə məlumat verilməməsi bildirilir:"Baş nazirin tapşırığı ilə Qarabağda ölmüş əsgərlərin cəsədləri Gorus şəhərinə gətirilib. Ancaq indi onların şəxsiyyətini müəyyənləşdirmək mümkünsüzdür. Artıq onların İrəvan şəhərinə gətirilməsi barədə qərar qəbul edilib. Sizdən xahiş edirəm, ölmüş əsgərlərin ailələrinə bu barədə hər hansı məlumat verməyəsiniz. Əgər biz onların şəxsiyyətini aydınlaşdırsaq, bu barədə sizə məlumat verəcəyik. Həmin zamana qədər hər gün 100 cəsəd göndərin. Bu məsələ barədə hərbi qulluqçular məlumatlandırılmamalıdırlar. Baş nazirin göstərişi ilə daşınmanı polis həyata keçirəcək”.

Hamısını oxu
Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək

Bakı, 18 mart, AZƏRTAC NATO-nun Baş katibi Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, bu səfər kifayət qədər möhkəm olan NATO-Azərbaycan münasibətlərini daha da inkişaf etdirəcək: “Azərbaycan uzun müddətdir ki, NATO-nun müxtəlif proqramlarında çıxış edir, dünyanın fərqli nöqtələrində sülhyaratma missiyalarına qatılır. Dövlətimizin bu addımı NATO rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilməkdədir. Azərbaycan NATO-nun sülhyaratma missiyasında iştirak etməklə yalnız bölgəmizdə deyil, dünyanın ən müxtəlif coğrafiyalarında sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu göstərir. Bu baxımdan hesab edirəm ki, NATO baş katibinin Bakı səfəri Azərbaycanla bu qurum arasında münasibətlərin inkişafına təkan verəcək”. Polkovnik qeyd edib ki, Azərbaycanın NATO-nun Əfqanıstan missiyasına uzun illər verdiyi töhfə çox vacib idi: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olub. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci ilin avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr hərbi qulluqçularımız olublar. Bu isə bir daha Bakının Azərbaycan-NATO əməkdaşlığına güclü sadiqliyini göstərir”. Bununla yanaşı, Cəlil Xəlilov vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatının üzvüdür və bu siyasətinə sadiqdir. O xatırladıb ki, NATO-nun Baş katibi səfər əsnasında ölkəmizin beynəlxalq ekoloji təhlükəsizlik istiqamətində atdığı addımlara da açıq dəstək ifadə edib, COP29-un əhəmiyyətini yüksək qiymətləndirib: “Səfər əsnasında Yens Stoltenberq Azərbaycanın qlobal ekoloji təhlükəsizliyin təmini istiqamətində atdığı addımlara da diqqət çəkib, bu addımların bəşəriyyət üçün mühüm önəm kəsb etdiyini vurğulayıb. Habelə deyib ki, cari ilin noyabrında keçiriləcək COP29 dünyamızın ekoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu konfrans bərpaedilən enerji mənbələrindən istifadə etməyin, “yaşıl enerji”yə keçidin nə qədər vacib və zəruri olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıracaq, bu məqsədə çatmaq üçün yeni istiqamətlər və yollar müəyyənləşdiriləcək. Odur ki, Yens Stoltenberqin paytaxtımıza səfəri yalnız hərbi təhlükəsizlik deyil, həm də ətraf mühitin mühafizəsi baxımından da önəmli səfər oldu. Bu səfər bir daha sübut etdi ki, dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar dövlətimizin ekoloji siyasətini yekdilliklə dəstəkləyir, bunun sadəcə Azərbaycanın və regionun deyil, bütün bəşəriyyətin rifahına xidmət etdiyini başa düşür”.

Hamısını oxu
Rusiya Federasiyasının Azərabycan Respublikasındakı səfiri Respublika Veteranlar Təşkilatında olub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Boçarnikov Mixail Nikolayeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə 02 mart 2020-ci il tarixində görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov qonaqları salamlamış, onlara Təşkilatın fəaliyyəti, ölkəmizdə veteranlara möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən göstərilən qayğı, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı barədə ətraflı məlumat vermişdir. O, alman faşizmi üzərində qələbənin qazanılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqlardan söhbət açmışdır. Qələbənin 75 illiyi ərəfəsində keçirilən bu görüşün əhəmiyyətindən danışan sədr, ölkələrimizin veteran təşkilatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini xüsusi vurğulamışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Azərbaycan milli diviziyalarının şərəfli döyüş yolları barədə ətraflı məlumat vermişdir.   Səfir Mixail Boçarnikov Respublika Veteranlar Təşkilatının sədrinə və sədr müavininə səmimi görüşə və ətraflı məlumatlara görə minnətdarlıq bildirmişdir. O, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyədə olduğunu, alman faşizmi üzərində qələbənin qazanılmasında iştirak etmiş bütün insanların xatirəsinin rus xalqı üçün daim əziz olduğunu xüsusi qeyd etmişdir.

Hamısını oxu