Digər xəbərlər
Cəlil Xəlilov: “Azərbaycan hər zaman İranın maraqlarına hörmətlə yanaşıb və ona qarşı beynəlxalq kampaniyalarda yer almayıb” “İranın Azərbayanın dost münasibətinə hərbi təlimlərlə cavab verməsi anlaşılan deyil”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, Azərbaycanın dost münasibəti fonunda İranın bu adddımı təəssüf hissi doğurur: “Azərbaycan hər zaman bütün qonşulara, o cümlədən İran dövlətinə münasibətdə xoş davranış sərgiləyib, mehriban qonşuluq siyasəti yürüdüb. Tarixə nəzər salsaanız görərsiniz ki, Azərbaycan heç vaxt İrana qarşı qlobal güclərin həyata keçirdiyi təzyiq siyasətinə dəstək verməyib, anti-İran xarakterli beynəlxalq kampaniyalara qoşulmayıb. Azərbaycan ərazisində İran əleyhinə hər hansı bir fəaliyyət həyata keçirilməyib. Azərbaycan hər zaman İrana münasibətdə hörmət və həssaslıqla yanaşıb.Lakin təəssüflər olsun ki, İran tərəfi torpaqlarımız işğaldan azad ediləndən sonra sərhədlərimiz boyunca genişmiqyaslı hərbi təlimlərə start verib ki, bu da başadüşülən deyil. İran hər zaman özünü dünya miqyasında İslam təəssübkeşi olan dövlət kimi təqdim edib. Lakin təəssüflər olsun ki, məscidləri dağıdan, viran qoyan Ermənistanın son 30 ildə həyata keçirdiyi vəhşiliklərə etiraz etməyib. Bununla bağlı İran tərəfindən rəsmi səviyyədə qəti bir mövqe ortaya qoyulmayıb. Yalnız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu bu torpaqları erməni faşizmindən azad edəndən sonra bütün bu barbarlığa son qoyuldu. Hesab edirəm ki, İran tərəfi Azərbaycanın haqlı narahatlığını başa düşməli, qonşuluq münasibətinə xələl gətirən bu kimi addımlara yol verməməlidir”.
Hamısını oxu
Post-müharibə dövründə göstərilən sosial dəstək tədbirləri açıqlanıb. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, post-müharibə dövründə təqribən 100 min şəxsə 190 min xidmət göstərilib. 93 min nəfərə 104 min şəxsə sosial ödənişlər ödənilib. Post-müharibə dövründə 7 979 şəhid ailəsi üzvünə 15 943, 3 000 müharibə əlilinə 5 900, 81 856 müharibə veteranına 81 856 sosial ödəniş həyata keçirilib. Həmin dövrdə mənzil və avtomobil təminatı ilə bağlı 11,7 min nəfərə 3 714 xidmət göstərilib, 3500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Bundan əlavə 214 avtomobil müharibə əlillərinə verilib. Məşğulluq tədbirləri ilə bağlı 12,1 min nəfərə 12,1 min xidmət göstərilib, 7,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Məşğulluq marafonu çərçivəsində 643 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub. Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri çərçivəsində 9,1 min nəfərə 27 min xidmət göstərilib. Post-müharibə dövründə 2954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib. Bundan əlavə Reabilitasiya Müəssisələrində 2 500 qaziyə xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı müasir protezlə təmin edilib. 1419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib və s. Şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid Əlaqələndirmə Mərkəzlərində 41 min nəfər xidmətlə təmin olunub göstərilib. Həmin Mərkəz Azərbaycan Respublikası Prezidentinin 25.06.21 Fərmanı ilə yaradılıb. Mərkəzə 6 qurum və 33 YİH orqanı üzrə 26 xidmət daxildir. Sosial ödənişlərdə artım, yeni sosial ödənişlərlə bağlı məlumatda bildirilib ki, 01.01.2021-ci ildən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, 01.01.2022-ci ildən müavinətlər orta hesabla 60% artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa görə orta aylıq pensiya 75% artıb.
Hamısını oxu
77-й годовщине со дня освобождения героического города Сталинграда было посвящено мероприятие, состоявшееся 3 февраля с.г. в Объединении ветеранов войны, труда и Вооружённых Сил АР. Вступительным словом мероприятие открыл заместитель председателя Объединения ветеранов, полковник Джалил Халилов. В своей речи он подчеркнул всемирно-историческое значение победы под Сталинградом, которая положила начало перехвату советским командованием стратегической инициативы в войне. Военным значением этой победы явилось снятие угрозы захвата Вермахтом Нижнего Поволжья и Кавказа, особенно бакинских месторождений нефти. В своем выступлении Дж.Халилов отметил, что план немцев – стремительным ударом с ходу прорваться к Сталинграду- был сорван упорным сопротивлением советских войск(в составе которых были и азербайджанские бойцы) в большой излучине Дона и их активной обороной на юго-западных подступах к городу. Далее, Дж.Халилов отметил, что героические сражения за завод «Красный Октябрь», Тракторный завод и артиллерийский завод стали известны на весь мир. В этой связи Дж.Халилов напомнил, что на Тракторном заводе Сталинграда служила разведчицей бывший член Объединения ветеранов Мария Степановна Рзаева(светлая ей память!). В своих уникальных мемуарах «О войне, о жизни», она, в частности, рассказывала, что «все - и зенитчики, и танкисты, и пехотинцы – сражались со святыми словами в сердце: «Отстоим любимый Сталинград!», «Будем стойко защищать родные берега!», что в распространяемых в городе листовках было обращение к защитникам Сталинграда: «Не сдавайте врагу наш любимый город! Любой ценой защищайте его!». Говоря об азербайджанских участниках битвы за Сталинград, Дж.Халилов особо подчеркнул выдающиеся заслуги дважды Героя Советского Союза Ази Асланова, чей юбилей был торжественно отмечен в Объединении ветеранов в январе с.г. Делясь воспоминаниями, Дж.Халилов рассказал, что в 2013г. ему довелось принять участие в торжествах, посвящённых 70-й годовщине со дня освобождения Сталинграда, а также в научно-практической конференции, посвящённой этой знаменательной дате. От имени азербайджанского народа он возложил живые цветы на Мамаев курган. Минутой молчания участники собрания почтили память павших защитников Сталинграда. В мероприятии приняли участие ветераны войны и тыла, представители общественности, сотрудники Объединения ветеранов. В фойе была развёрнута выставка книг, посвящённая историческому Сталинградскому сражению.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Media Turk TV-yə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırır.
Hamısını oxu