Digər xəbərlər
Ötən gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur. Oxu.Az-ın məlumatına görə, general-mayorun cənazəsi artıq İkinci Fəxri xiyabana gətirilib. Xiyabanda dövlət himni səsləndirilib. Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Dünən isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub. İlhamə Əbülfət
Hamısını oxu
Respublikası Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, veteranlar şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilir.
Hamısını oxu
“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib: “Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib. Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir. Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir: “Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq” Məlum olduğu kimi, hər il 24 aprel tarixi ermənilər tərəfindən “soyqırım günü” kimi qeyd edilir. Tamamilə absurd və xəstə təfəkkür məhsulu olan “erməni soyqırım” iddiası ilə bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bu gülünc iddianı bütün türk dünyasına atılan iftira kimi dəyərləndirib: “Şübhəsiz, “erməni soyqırımı” iddiasının heç bir fakta istinad etmədiyi, tarixi həqiqətlərə deyil, siyasi qərarlara söykəndiyi hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, həm Ermənistan və erməni diaspor təşkilatları, həm də bəzi dövlətlər bundan Türkiyəyə qarşı siyasi təzyiq məqsədi ilə istifadə etməyə, onun imicinə, tarixdə oynadığı sülhpərvər missiyaya kölgə salmağa çalışır. Onların məqsədi tarixi saxtalaşdırmaq, Türkiyəyə qarşı yeni tələb və iddialar üçün zəmin formalaşdırmaqdır. Halbuki, 1915-ci ildə Türkiyədəki ermənilərin yaşadıqları ölkəyə xəyanət edərək qiyam qaldırdığı, minlərlə türkü – uşağı, qocanı, hamiə qadınları qətlə yetirdiyi ilə bağlı çoxsaylı və təkzibedilməz tarix faktlar mövcuddur. Yəni ermənilər 1915-ci ildəki olayların qurbanları deyil, türk xalqına qarşı törədilən soyqırımın sifarişçiləri və icraçılarıdır. Belə olan halda ermənilərin öz etdikləri cinayətləri Türkiyənin boynuna qoymaq cəhdləri siyasi həyasızlıqdan və əxlaqsızlıqdan başqa bir şey deyil”. Azərbaycan xalqının hər zaman hər bir məsələdə qardaş Türkiyənin yanında yer aldığına diqqət çəkən Cəlil Xəlilov, bu gerçəyin bundan sonra da dəyişməz olaraq qalacağını bildirib: “Azərbaycan və Türkiyə tarixin ən keşməkeşli dönəmlərində belə bir-birlərinin yanında yer alıb, bir-birlərinə qardaş yardımı göstəriblər. Azərbaycan hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Biz Türkiyə ilə birlikdə ermənilərin qondarma “soyqırım” iddialarını ifşa etməkdə davam edəcək və bütün dünyaya türk dünyasının haqq səsini çatdıracağıq. Onu da qeyd edim ki, qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır və bu iftiraya, bu tarixi yalana qarşı mübarizədə Türkiyəyə dəstək olmaq bizim hər birimizin milli, vicdani və insani borcumuzdur”. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu